Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının vacib tərəfdaşıdır
29.04.2009 [16:48]
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Brüsseldə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşüb. Dövlətimizin başçısı İlham Əliyevi Avropa Komissiyasının sədri Joze Manuel Barrozu səmimiyyətlə qarşılayıb. Onlar Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqları önündə xatirə şəkli çəkdiriblər.
Sonra Prezident İlham Əliyevin Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşü olub. Joze Manuel Barrozu bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr genişlənir və bu, müxtəlif sahələrdə özünü göstərir. Əlaqələrimiz Avropa Qonşuluq Siyasəti çərçivəsində uğurla inkişaf edir və bu əlaqələr “Şərq tərəfdaşlığı” təşəbbüsünün reallaşması ilə yeni mərhələyə daxil olur.
Avropa İttifaqı Azərbaycan ilə enerji sahəsində də uğurla əməkdaşlıq edir və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.
Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin genişlənməsinin Azərbaycanın Avropa dəyərlərinə verdiyi önəmin göstəricisi olduğunu deyən Barrozu gələcəkdə tərəflər arasında daha konkret layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Avropa Komissiyasının sədri Azərbaycanın iqtisadi sahədə yüksək nailiyyətlər qazandığını söyləyib və ölkəmizin böyük potensiala malik olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini bildirərək qeyd edib ki, Azərbaycan bundan sonra da Avropaya inteqrasiyanı davam etdirmək əzmindədir.
Azərbaycanda gedən iqtisadi inkişafdan danışan dövlətimizin başçısı ölkəmizin bu sahədə böyük nailiyyətlər əldə etdiyini, Azərbaycanın regional iqtisadi əməkdaşlığa, bölgənin təhlükəsizliyinin təmin olunması işinə öz töhfəsini verdiyini bildirib.
Bütün bunların Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı faydalı əlaqələrin inkişafına imkan yaratdığını deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ölkəmiz böyük energetika layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Dövlətimizin başçısı deyib ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməyə hazırdır.
Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu birlikdə işçi nahar ediblər.
İşçi nahardan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu birgə mətbuat konfransı keçiriblər.
Joze Manuel Barrozu Azərbaycan Prezidenti ilə aparılan danışıqların faydalı olduğunu bildirib və qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının vacib tərəfdaşıdır: “Azərbaycan Cənubi Qafqaz regionunda olduqca mühüm tərəfdaşdır. Əminəm ki, dialoq və əməkdaşlığımızın intensivləşdirilməsi hər iki tərəfə böyük fayda gətirəcəkdir. Artıq on ildir ki, həyata keçirilən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi möhkəm bünövrədir. Avropa İttifaqı Azərbaycanın ümumi xarici ticarətində təxminən 30 faizi təşkil edərək, bu ölkənin əsas ticari tərəfdaşıdır. Son illər ərzində Azərbaycan iqtisadiyyatı mühüm artım rəqəmlərini nümayiş etdirmişdir. 2008-ci ildə ölkənin iqtisadi artımı 10,8 faiz səviyyəsində olmuşdur. Bu, əsasən neft və qaz sektoru ilə bağlıdır. Lakin hazırkı maliyyə və iqtisadi böhran həmin inkişafa ciddi təhlükədir. Bu böhran, həmçinin bizə də aiddir. Bu baxımdan, əlbəttə ki, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın uzunmüddətli inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Biz etiraf edirik ki, münasibətlərimizi irəliyə doğru aparmaq istəyirik və bunu edə bilərik. Bu məsələ Prezident Əliyevin mənimlə görüşündə vurğulanmışdır. Bir neçə gündən sonra Praqada təqdim olunacaq “Şərq tərəfdaşlığı” isə fürsəti təmin edir.
Mən, həmçinin regional sabitlik sahəsində əlavə irəliləyişin vacibliyini qeyd etdim. Həmin məsələ ilə bağlı özümün və Avropa İttifaqının fikirlərini bölüşdüm. Biz hesab edirik ki, enerji Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx münasibətlər üçün çox mühüm amildir. Əməkdaşlığımızın gücləndirilməsi ilə bağlı fikirlərdə yekdilik. Bildiyiniz kimi, təhlükəsizlik Avropa İttifaqı üçün ən vacib prioritetdir. Azərbaycan həm hasilatçı, həm tranzit ölkə baxımından əhəmiyyətli tərəfdaşdır. Vəziyyəti təhlil etdiyinə görə mən Prezident Əliyevə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Mən Prezident Əliyev ilə xüsusi olaraq NABUCCO layihəsini müzakirə etdim. Hesab edirik ki, bu layihə bütöv region və Avropa üçün önəmlidir. Azərbaycan tərəfindən enerji siyasəti sahəsində qəbul edilmiş çətin, lakin cəsarətli qərarları alqışlayıram. Fikrimizcə, bu, elə bir mühüm sahədir ki, Azərbaycan ilə Avropa İttifaqı konkret fayda əldə edə bilərlər. Bir sözlə, göndərəcəyimiz mesaj müsbətdir. Biz Azərbaycan ilə bir çox sahələrdə birgə işləmək arzusundayıq. Biz Avropa ilə daha sıx əməkdaşlığın aparılması məqsədilə Azərbaycan tərəfindən atılmış bütün addımları alqışlayırıq. Hesab edirəm ki, bu, həm Azərbaycanın, həm də bütövlükdə Avropa İttifaqının marağındadır”.
Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair memorandumun imzalandığını xatırladıb və qeyd edib ki, tərəflər arasında enerji sahəsində yüksək əməkdaşlıq var: “Biz münasibətlərimizə çox mühüm əhəmiyyət veririk. Bugünkü söhbət bir daha göstərdi ki, həmin münasibətlər hər iki tərəf üçün necə inkişaf etməlidir. Mən ölkəmizin iqtisadi inkişafı ilə bağlı söylədiyi sözlərə görə cənab Sədrə dərin minnətdarlığımı bildirirəm. Faktiki olaraq, son beş il ərzində, ölkəmizdə görünməmiş iqtisadi artım müşahidə olunmuşdur. ümumi daxili məhsul 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə, büdcə xərcləri isə, 10 dəfə artmışdır. Bu il, iqtisadi böhrana və neftin qiymətlərinin gözəçarpan dərəcədə bir neçə dəfə aşağı düşməsinə baxmayaraq, biz artımı davam etdirəcəyik. Cari ilin birinci rübündə iqtisadiyyatımız 4 faizdən çox artmışdır. Ən vacibi isə ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatı 14 faiz artmışdır. Bu, aydın şəkildə onu göstərir ki, bizim iqtisadi inkişafın şaxələndirilməsi, sərmayələr və iqtisadi islahatlar siyasətimiz onunla nəticələnmişdir ki, biz artıq neft və qazdan asılı deyilik. Neft və qaz iqtisadiyyatımızda əvvəl olduğu kimi həlledici rol oynamır. Biz iqtisadi islahatları davam etdiririk. ötən il, Dünya Bankı özünün “Doing Business” hesabatında Azərbaycanı bir nömrəli islahatçı ölkə elan etmişdir. Azərbaycanda, həmçinin siyasi islahatlar aparılır. İqtisadi və siyasi islahatlar paralel şəkildə həyata keçirilir. Bizim üçün Avropa İttifaqı ilə münasibətlər vacibdir, çünki biz istəyirik ki, həyatımızın bütün meyarları Avropa İttifaqının meyarlarına uyğun olsun. Həmin əlaqələrimiz çox möhkəmdir. Onların yaxşı gələcəyi var və ikitərəfli maraqlara əsaslanır. Enerji cənab Sədr ilə ciddi şəkildə müzakirə etdiyimiz məsələlərdən biri idi. Mən Avropada müzakirə olunan layihələrə bir daha öz dəstəyimi bildirdim. Azərbaycan Xəzərdən Qərbə gedən boru kəmərlərinin tikintisini başlayan ölkə oldu. Məhz bizim təşəbbüslərimiz və işlərimiz əsasında bu gün biz Nabukko, Türkiyə-Yunanıstan-İtaliya, Transadriatik qaz kəmərləri və digər layihələr haqqında danışa bilərik, çünki biz bütün zəruri ilkin işləri artıq yerinə yetirmişik. Bu gün, nəhəng neft və qaz ehtiyatları, müasir infrastruktur, boru kəmərləri və önəmli məkanda yerləşən Azərbaycan əlbəttə ki, regional enerji təhlükəsizliyi və Avropanın enerji təhlükəsizliyində mühüm rolunu davam etdirir. Avropa Azərbaycanın böyük tərəfdaşıdır. Əminəm ki, bu səfər və gələcəkdə atılacaq addımlar həmin münasibətləri möhkəmləndirəcəkdir”.
Sonra Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu kütləvi informasiya vasitələrinin nümayəndələrinin suallarına cavab veriblər.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
