Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın uğurlarının əsasında davamlı, prinsipial və milli maraqlara söykənən siyasi strategiya dayanır

Azərbaycanın uğurlarının əsasında davamlı, prinsipial və milli maraqlara söykənən siyasi strategiya dayanır

28.04.2009 [15:16]

Bu fikirlər Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bir daha vurğulandı
ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı çağdaş Azərbaycan dövlətçiliyinin təməlini qoydu. Ulu öndərin müəyyənləşdirdiyi strategiya və prioritetlər müasir Azərbaycan Respublikasının inkişafında müstəsna rol oynadı. İnkişafı hədəfləyən və milli maraqların keşiyində dayanan bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həm daxili, həm də xarici siyasət müstəvisində paralel olaraq sabit, davamlı, milli mənafeni qoruyan istiqamətlərin müəyyənləşdirilməsi ölkəmizin əldə etdiyi zəfərlərin açarı sayıla bilər. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin davamlı fəaliyyəti hər zaman xüsusi olaraq vurğulanır. Balanslaşdırılmış xarici siyasət kursunun yüksək professionallıqla inkişaf etdirilməsi ölkəmizi həm yerləşdiyi regionda, həm də beynəlxalq aləmdə münaqişələrdən kənarda saxlamaqla, Azərbaycanın sülhpərvər siyasətinə dəstək verməklə yanaşı, iqtisadi-sosial sferada atılan addımların da hamı tərəfindən yüksək səviyyədə qəbul olunmasına şərait yaradır. Bu isə, yenə də Prezident İlham Əliyevin prinsipial fəaliyyətinin nəticəsidir. ölkə Prezidenti hələ ötən ilin birinci yarısında diplomatik orqanların nümayəndələri ilə keçirdiyi görüşündə vurğulamışdı ki, atılan addımlar bir neçə istiqamətdən Azərbaycanın uğurlarına əsas verir: “Bildiyiniz kimi, mən Prezident kimi xarici siyasətə çox böyük diqqət göstərirəm və son illər ərzində həm işgüzar, həm rəsmi səfərlərlə müxtəlif ölkələrdə olmuşam. Bütün bu səfərlər həm ikitərəfli münasibətlərin inkişafı üçün lazımdır, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində çox mühüm əhəmiyyət daşıyır”.
Bu uğurlar 2009-cu ildə də davamlı olub. Buna səbəb isə yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının davamlı şəkildə icrasıdır. Buna bariz nümunə bir sıra beynəlxalq təşkilatların ölkəmizin qarşılaşdığı problemlərə münasibətidir. Məsələn, ötən ilin aprelində Buxarestdə baş tutan NATO-nun Zirvə Toplantısında qəbul olunan yekun Bəyənnaməsində Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin gərəkliyi vurğulanırdısa, analoji müddəa bu il Strasburqda keçirilən növbəti Zirvə görüşünün yekun sənədində də öz əksini tapıb. Bu isə o deməkdir ki, dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın ədalətli və prinsipial mövqeyini dəstəkləyirlər. Azərbaycanın bu cür qətiyyətli mövqe nümayiş etdirməsinin əsasında isə ölkədə hökm sürən xalq-hakimiyyət birliyi dayanır. Xalq bütün sahələrdə atılan addımlarda ilk növbədə milli maraqların qorunduğunu görür və öz hakimiyyətinə hər zaman dayaq olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin aprel ayının əvvəlində keçirilən Təhlükəsizlik Şurasının iclasında da bu məsələyə toxunmuşdu: “Azərbaycan öz müstəqil siyasətini milli maraqlar üzərində qurubdur. Milli maraqların qorunması bizim üçün ən başlıca, ən ümdə vəzifədir və bu istiqamətdə ölkəmiz böyük nailiyyətlər əldə edibdir. Müstəqil siyasət aparmaq imkanlarımız Azərbaycanın hərtərəfli inkişafına çox böyük töhfə verir. Biz istər ölkədaxili, istər xarici siyasətlə bağlı məsələlərdə müstəqil qərar qəbul etməklə Azərbaycan xalqının milli maraqlarını maksimum dərəcədə müdafiə edirik və bundan sonra da bu siyasət davam etdiriləcəkdir. Artıq həm region müstəvisində, həm də dünyada bəllidir ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan öz müstəqil siyasətini davam etdirir. Bu siyasət həm ölkəmizin inkişafına xidmət göstərir, həm də digər ölkələrlə münasibətlərimiz uzunmüddətli əsaslarla çox düzgün qurulur. Azərbaycanın siyasəti proqnozlaşdırıla bilən siyasətdir, Azərbaycanın siyasəti bölgədə sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına yönəldilibdir”.
Azərbaycan hər zaman öz gücünü, qüdrətini, əlində olan resursları və vəsaiti yerləşdiyi Cənubi Qafqaz regionunun inkişafına və sabitliyinə yönəldir. ölkəmizin həm təşkilatçı, həm də iştirakçı qismində qatıldığı layihələr bunu deməyə əsas verir. Məhz ümummilli liderimiz Heydər Əliyevin şəxsi səyi nəticəsində imzalanan və Azərbaycanla yanaşı, həm yerləşdiyimiz regionun, həm də qardaş Türkiyə dövlətinin inkişafında xüsusi rola malik olan Bakı-Tbilisi-Ceyhan ixrac boru neft kəməri iqtisadi müstəvidə yüksək gəlirlərlə yanaşı, həm də regionun təhülkəsiziliyinin təminatçısı qismində çıxış edir. Bu eyni zamanda Azərbaycanın regionun təhlükəsizliyinin təminatçısı qismində çıxış etməsinə şərait yaradır. Bununla yanaşı, Azərbaycan hər zaman bölgədə sülhün yaranmasını istəyib. Prezident İlham Əliyev bu məsələyə toxunaraq, Azərbaycanın yürütdüyü siyasətin yalnız əməkdaşlığa və inkişafa söykəndiyini bildirib: “Artıq həyat göstərib ki, bizim təşəbbüsümüzlə irəli sürülən nəhəng transmilli enerji, nəqliyyat layihələri və siyasi təşəbbüslər uğurla icra olunur. Azərbaycanın iştirakı olmadan, əlbəttə ki, bu böyük geosiyasi əhəmiyyətə malik olan təşəbbüslər heç vaxt icra oluna bilməzdi. Bizim iradəmiz, siyasi yanaşmamız, o cümlədən, bizim ciddi iştirakımızla yaranmış uğurlu regional əməkdaşlıq meyilləri - bütün bunlar regionda yeni reallıqları mümkün edibdir. Regional məsələlərdə Azərbaycan siyasəti həmişə, bütün zamanlarda çox açıq, aydın olub və bölgənin bütün ölkələrinə xeyir gətirən siyasət olubdur. Əlbəttə, biz regionda baş verən və baş verə biləcək hadisələri izləyirik. Regionda mümkün olan geosiyasi dəyişikliklər bizim tərəfimizdən izlənilir və lazımi tədbirlər görülür. Bir də demək istəyirəm ki, bu istiqamətdə Azərbaycan öz prinsipial mövqeyindən heç vaxt əl çəkməyəcəkdir”.
Bu siyasət yenə də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı milli maraqlar əsasında qurulmuş siyasətin Azərbaycanı növbəti illərdə də böyük uğurlara gətirib çıxaracağına əmin olduğunu dedi: “Bizim uğurlu siyasətimiz artıq özünü göstərdi, özünü sübut etdi. Həm bölgədə yaşanan siyasi qarşıdurmalar, həm bu gün yaşanan iqtisadi-maliyyə böhranı Azərbaycana ən az səviyyədə təsir edə bilmişdir. Bunun da səbəbləri aydındır. Bu barədə mən öz fikirlərimi söylədim. Əminəm ki, bizim düşünülmüş və milli maraqlar əsasında qurulmuş siyasətimiz Azərbaycanı növbəti illərdə də böyük uğurlara gətirib çıxaracaq, Azərbaycanın bölgədəki mövqelərini daha da möhkəmləndirəcək, bizim təsir imkanlarımız daha da artacaqdır. Bu barədə keçən beş il ərzində mən müxtəlif tədbirlərdə öz fikirlərimi söyləmişdim. Bu gün də bunu vurğulamaq istəyirəm, xüsusilə ona görə ki, həyat bizim sözlərimizi təsdiq etdi. Azərbaycan müstəqil siyasət aparır. Azərbaycanın bölgədəki təsir imkanları artır. Bunu biz özümüz, öz siyasətimizlə, öz cəsarətli addımlarımızla təmin etmişik. ölkədə yaşanan vətəndaş həmrəyliyi müstəqil siyasətin aparılmasına ən böyük güc verən amildir. Bu gün bölgədə gedən proseslər, əlbəttə ki, Azərbaycanın önəmini daha da artırır. Biz nəinki bu proseslərin iştirakçısıyıq, həm də bəzi təşəbbüslərin müəllifiyik. Həm iqtisadi, həm nəqliyyat, energetika sahəsində, həm də siyasi məsələlərin həllində Azərbaycanın mövqeyi mütləq nəzərə alınmalıdır və alınır. Azərbaycanın iştirakı olmadan bölgədə nə iqtisadi, nə siyasi addımlar atıla bilməz, Azərbaycanın milli maraqları təmin olunmadan bölgədə geniş mənada əməkdaşlıq mümkün deyildir. Bu, reallıqdır və bu reallıqları biz özümüz yaratmışıq”.
Təbii ki, digər ölkələrin Azərbaycanın milli maraqlarını nəzərə alması üçün ölkəmizin güclənməsinin, qüdrətlənməsinin və varlanmasının böyük əhəmiyyəti olub. Bu isə qeyd olunduğu kimi, yalnız davamlı və prinsipial siyasi strategiyanın tətbiqi nəticəsində əldə olunub. Bu gün Azərbaycan hər bir mənada bir daha sübut edir ki, heç bir siyasi oyunda yer almır, yalnız ədalətin və milli maraqlarının tələbi kontekstində məsələlərə yanaşma əks etdirir. Keçirilən müşavirədə dövlət başçısı bir daha qeyd edib ki, Azərbaycan düzgün yoldadır və bu siyasət gələcək illərdə də davam etdiriləcək: “Bu gün Azərbaycan o ölkədir ki, bizim sözümüzlə, bizim maraqlarımızla hesablaşırlar və o ölkədir ki, bölgədə sabitləşdirici rolunu oynayır və bu rol getdikcə artmaqdadır. Əgər kiməsə bu, aydın deyildisə, hesab edirəm ki, indi bölgənin imkanları ilə tanış olan hər bir kəsə bu, açıq-aydın bəllidir. Əlbəttə ki, bizim həm siyasi çəkimiz, həm iqtisadi gücümüz, həm də mühüm ölkə kimi önəmimiz artdıqca, təsir imkanlarımız da genişlənəcəkdir. Bizim xarici ölkələrlə çox səmərəli əməkdaşlığımız var və dünyada Azərbaycanın dostları artır. Biz bunu beynəlxalq tədbirlərdə, beynəlxalq təşkilatlarda əməkdaşlıqda görürük. Regional əməkdaşlıq məsələlərində Azərbaycan həmişə çox konstruktiv rol oynamışdır. Həmişə çalışmışdır ki, bütün ölkələrlə yaxşı münasibətlərdə olsun və öz milli maraqlarını maksimum dərəcədə təmin edə bilsin. Azərbaycan öz müstəqil siyasətini milli maraqlar üzərində qurubdur. Milli maraqların qorunması bizim üçün ən başlıca, ən ümdə vəzifədir və bu istiqamətdə ölkəmiz böyük nailiyyətlər əldə edibdir. Müstəqil siyasət aparmaq imkanlarımız Azərbaycanın hərtərəfli inkişafına çox böyük töhfə verir. Biz istər ölkədaxili, istər xarici siyasətlə bağlı məsələlərdə müstəqil qərar qəbul etməklə, Azərbaycan xalqının milli maraqlarını maksimum dərəcədə müdafiə edirik və bundan sonra da bu siyasət davam etdiriləcəkdir”.
Pərviz SADAOÄžLU

Paylaş:
Baxılıb: 1235 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30