Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Heydər Əliyev Fondu Marneulidəki Humanitar Universitetin kitabxanasına 100-dək kitab hədiyyə edib

Heydər Əliyev Fondu Marneulidəki Humanitar Universitetin kitabxanasına 100-dək kitab hədiyyə edib

17.04.2009 [18:09]

Dünən Heydər Əliyev Fondunun göndərdiyi 42 adda 100-dək kitab Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzindəki Heydər Əliyevin adına Gürcüstan-Azərbaycan Humanitar Universitetinin kitabxanasına hədiyyə edilib. Azərbaycan, gürcü, ingilis və rus dillərindəki kitablar Azərbaycan-Gürcüstan münasibətlərindən, Dağlıq Qarabağ müharibəsinin ağrı-acılarından bəhs edir. Kitabların təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gürcüstanlı soydaşlarımıza göstərdiyi qayğıdan, ümummilli lider Heydər Əliyevin  xaricdə yaşayan soydaşlarımıza doğma münasibətinin Azərbaycan rəhbərliyi tərəfindən davam etdirilməsindən danışıb, qiymətli töhfəyə görə Fonda təşəkkür edib.

Paylaş:
Baxılıb: 1747 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31