Prezident İlham Əliyev Dövlət Film Fondunun yeni binası ilə tanış olub
14.04.2009 [17:19]
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Film Fondunun yeni binası ilə tanış olub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə binanın foyesində ulu öndər Heydər Əliyevin Azərbaycanda mədəniyyətin, o cümlədən kino sənətinin inkişafındakı xidmətlərini əks etdirən fotoguşəyə, habelə Dövlət Film Fondunun tikintisi ilə bağlı şəkillərə baxıblar.
Dövlətimizin başçısına məlumat verilib ki, ümumi sahəsi təxminən 6,6 min kvadratmetr olan binanın birinci mərtəbəsində texniki avadanlıqla təchiz edilmiş inzibati otaqlar, laboratoriya, 120 yerlik salon və yardımçı otaqlar yerləşir. Bu mərtəbədə dünya kinosunun tarixini özündə əks etdirən kinokameralar, o cümlədən 1902-ci ilin istehsalı olan “Edisson” kinoproyektoru, 1910-cu ildə istehsal olunan “Debri” kinokamerası, habelə “Kaspi” qəzetinin Azərbaycan kinosunun tarixi baxımından qiymətli yazının dərc olunduğu nadir nüsxəsi və sair nümayiş etdirilir.
Dövlət Film Fondunda, ümumilikdə, 64 min 373 ədəd saxlanma vahidi, 10 mindən çox müxtəlif arxiv sənədləri, Azərbaycanda istehsal edilmiş filmlər saxlanılır. Burada xüsusi temperatur rejimi tətbiq olunur. Mənfi 5 dərəcədə qorunub saxlanan filmlərin təhlükəsizliyi də diqqətdə saxlanılır. Fondda siqnalizasiya və videomüşahidə sistemi qurulub. Ən qədim tarixi olan filmlərin qorunması məqsədi ilə xüsusi boks yaradılıb. Onların sayı təxminən 1000 ədəddir. Bundan əlavə, indiyə qədər Rusiya arxivlərində saxlanılan 30-a qədər Azərbaycan filminin nüsxələri Bakıya gətirilib və onlar fondun arxivinə daxil edilib.
Fondda kino tarixi ilə bağlı 12 mindən çox foto da qorunur. Fotoarxivə dünyanın müxtəlif yerlərində istehsal edilən filmlərin fotoşəkilləri də daxil edilib. Fondun əməkdaşları bu şəkilləri iki ilə yaxın müddətdə şəxsi arxivlərdən yığıblar. ötən əsrin 60-cı illərindən 90-cı illərin ortalarınadək istehsal edilən 3500 ekran əsərindən çıxarılan fotolar üzərində bərpa işləri aparılıb. Bu arxivə Avropa və Amerikada istehsal edilən filmlərlə yanaşı, Baltikyanı ölkələrdə çəkilən filmlərin fotoşəkilləri də daxil edilib.
Prezident İlham Əliyev videomontaj və bərpa otaqlarında yaradılmış şəraitlə tanış olub.
Fondda 60 əməkdaş çalışır. Burada onların işinin daha səmərəli qurulması üçün yeni texnikalar alınıb.
Dövlət Film Fondunda görülən işlər Azərbaycan kinosu incilərinin daha mükəmməl və etibarlı qorunmasına imkan verir. Burada kino tarixi ilə bağlı tədqiqatların aparılması üçün də lazımi şərait var.
Yaxın gələcəkdə “Azərbaycanfilm”in binasında, çəkiliş pavilyonlarında da təmir və yenidənqurma işlərinin aparılması, kinostudiyanın texniki avadanlıqla təchiz olunması planlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

