Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın daxili işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın daxili işlər nazirini qəbul edib

27.11.2015 [09:49]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvilini qəbul edib.
Gürcüstana bu yaxınlarda etdiyi uğurlu rəsmi səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər zamanı ikitərəfli münasibətlər, o cümlədən regional əməkdaşlıq və təhlükəsizlik ilə bağlı mühüm məsələlərin müzakirə olunduğunu vurğulayıb. Regionda təhlükəsizliyin təmin olunması işində ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın rolunu xüsusi qeyd edən Prezident İlham Əliyev bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb.
Daxili işlər naziri Giorgi Mqebrişvili Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir İrakli Qaribaşvilinin salamlarını dövlətimizin başçısına çatdırıb. Hüquq mühafizə orqanları arasında əməkdaşlığa toxunan Gürcüstanın daxili işlər naziri xüsusilə dünyada terrorun və cinayətkarlığın hökm sürdüyü bir vaxtda ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini qeyd edib. O, ölkəsinin Azərbaycan ilə mədəni və sosial sahələrdə də əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
Dövlətimizin başçısı Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir İrakli Qaribaşvilinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Gürcüstanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 870 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31