Ölkəmizdəki inkişafın Konstitusiyada öz əksini tapması vacibdir
11.03.2009 [15:33]
“Yeni Azərbaycan” təşviqat qrupu Lənkəran rayonunun Gərmətük kəndinin sakinləri ilə görüş keçirib. “Yeni Azərbaycan” təşviqat qrupunun Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov ölkəmizin tarixində mühüm tarixi hadisə kimi qiymətləndirilən 18 mart referendumu ilə bağlı tədbir iştirakçılarına məlumat verib. İ.Dadaşov deyib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər xalqımızın yaxşı yaşaması, dövlətimizin qüdrətlənməsi üçün ciddi məqamları özündə əks etdirir. Həmin maddələrdə Azərbaycanın güclü dövlət olması, ölkəmizin dünya dövlətləri içərisində zənginliyi ilə seçilməsi, əhalinin xoşbəxt həyat şəraitinin yaradılması ilə bağlı təkliflər əsas yer tutur. İlqar Dadaşov müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırlandığını və qəbul edildiyini xatırladaraq ötən müddət ərzində ölkəmizin həyatında bir sıra siyasi, sosial və iqtisadi proseslərin baş verdiyini və həmin müsbət dəyişikliklərin hazırda təklif olunan əlavə və dəyişikliklərin yaranması zərurətini meydana çıxardığını bildirib. Onun fikrincə, bu zərurəti nəzərə alan Yeni Azərbaycan Partiyası parlament qarşısında referendum təşəbbüsü ilə çıxış edib və bununla bağlı Konstitusiya Məhkəməsi martın 18-də referendum keçirilməsinə dair qərar qəbul edib. Təklif olunan dəyişikliklər özündə dövlətin güclənməsi və vətəndaşın yaxşı yaşamasını ehtiva etdiyindən hər bir vətəndaş bu prosesdən kənarda qalmamalı, səsvermə günü fəallıq nümayiş etdirməlidir.
“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı izahat xarakterli məlumat verib. O bildirib ki, Azərbaycan son illərdə heç bir ölkənin keçə bilmədiyi inkişaf yolunu keçib və bu proseslər həyatımızın bütün sahələrində hiss olunmaqdadır. “ümummilli lider Heydər Əliyev Azərbaycanın elə bir inkişaf modelini hazırlayıb ki, bu yol ölkəmizi zəngin gələcəyə doğru irəliyə aparıb. Cənab İlham Əliyevin davam etdirdiyi bu strateji xətt ölkəmizin daha da qüdrətli və əzəmətli olmasına səbəb olub, keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Bu keyfiyyət və kəmiyyət dəyişiklikləri isə respublikamızın sosial, iqtisadi, siyasi, mədəni həyatında yeni tələblər ortaya çıxarır. Bu həlli vacib olan məsələlərin qanunlarla tənzimlənməsi zərurəti yaranıb, ən əsası isə həmin tələblərin ölkənin Əsas Qanununda öz əksini tapması vacibdir. Ona görə də, bu cür sosial tələbləri Konstitusiyada nəzərə almasaq, respublikamızın inkişaf dinamikasının tələblərini yerinə yetirməmiş olarıq. Məhz bu zərurəti nəzərə alaraq dinamik inkişafa və güclü dövlət quruculuğu istiqamətində islahatlara dəstək vermək arzusunda olan xalqın istəyi ilə Konstitusiyaya dəyişikliklər edilməsi üçün referendum keçiriləcək”.
Hadi Rəcəbli bir sıra maddələr barədə məlumat verərək onların mahiyyətini kənd sakinlərinə ətraflı şəkildə izah edib. Təklif olunan maddələr içərisində sosial xarakterli müddəalara nəzər salan “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi 12-ci maddənin əhəmiyyətindən də bəhs edib. Onun sözlərinə görə, həmin maddəyə dəyişikliklər vətəndaşlarının layiqli və firavan həyat səviyyəsinin təmin olunmasına imkan verəcək. 15-ci və 17-ci maddələrin də mahiyyəti barədə danışan H.Rəcəbli bu maddələrin də zəngin dövlət, yüksək maddi rifaha malik olan vətəndaş üçün nəzərdə tutulduğunu söyləyib.
“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun vəkili, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Nurlana Əliyeva Əsas Qanuna təklif olunan maddələrin təfərrüatları barədə məlumat verib. O bildirib ki, Konstitusiyaya təqdim olunan əlavə və dəyişikliklərdə yer alan müddəalar insanların hüquq və azadlıqlarının artırılmasına xidmət göstərir. Bu baxımdan vətəndaşlarımız referenduma gedərək layihənin lehinə səs verməklə öz gələcək həyatlarında rastlaşa biləcəkləri hansısa neqativ situasiyaların qarşısını almış olur. Burada yer alan müddəalar gələcəkdə insan hüquq və azadlıqları kontekstində olduqca genişmiqyaslı qanunların hazırlanmasına yol açacaq. Nurlana Əliyeva deyib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər dövlətçiliyimizin möhkəmləndirilməsinə, demokratiyanın inkişafına, insan hüquq və azadlıqlarının qorunması təminatının daha da yaxşılaşdırılmasına və vətəndaşların sosial rifahının gücləndirilməsinə xidmət edir.
Tədbirin sonunda kənd sakinlərinin suallarına ətraflı cavab verilib. Seçicilər bir daha xalqın, dövlətçiliyin mənafeyinə, maraqlarına uyğun olan əlavə və dəyişiklikləri dəstəklədiklərini bildiriblər.
Gərmətük kəndinin sakinləri ilə görüşüb onların referendumla bağlı fikirlərini öyrəndik.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

