/ / Prezident İlham Əliyev ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzinin açılışında iştirak edib
04.06.2015 [09:35]
İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakubus” MMC-nin birinci Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı deponun və təlim mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.
Qeyd edilib ki, bu ərazidən əvvəllər neftlə çirklənmiş torpaqların və məişət tullantılarının atılma məntəqəsi kimi istifadə olunub. Sahəsi 16 hektar olan bu ərazidə 2014-cü ilin sentyabrından abadlıq və yenidənqurma işləri aparılıb, torpaq qatı təmizlənib, yaşıllıq zolaqları salınıb. Ərazidə yağış sularından təkrar istifadə üçün kiçik kanallar çəkilib, yeraltı çənlər hazırlanıb. Burada 9 hektarlıq ərazidə bir inzibati və dörd xidməti bina inşa edilib. İnzibati binada Ulu öndər Heydər Əliyevin büstü qoyulub. İşçilər üçün hərtərəfli şəraitin yaradıldığı binada mühasibatlıq, marşrut xətlərini idarəetmə, İKT, beynəlxalq əlaqələr, kadrlar və təhlükəsizlik şöbələri fəaliyyət göstərir. Bundan başqa, binada server otağı və iclas zalları da yaradılıb. Ümumilikdə, “Bakubus” MMC-də 1000-ə yaxın iş yerinin açılması nəzərdə tutulur ki, bunlardan təqribən 750-sini sürücülər təşkil edir. Orta aylıq əmək haqqının 700 manat olması nəzərdə tutulur. İlkin yoxlama və qarajın idarəetmə binasında sürücülərin həkim yoxlama otağı, daxili dispetçer xidməti, iş rejimindən sonra avtobusları qəbuletmə və yoxlama məntəqəsi yaradılıb.
Prezident İlham Əliyevə məlumat verilib ki, “Bakubus” MMC-nin avtoparkı Fransa istehsalı olan 151 “İveco Crealis” və 151 “İveco Urbanway” markalı avtobuslarla təchiz olunub.
Dövlətimizin başçısına avtobusların texniki göstəriciləri barədə məlumat verilib. Onların uzunluğu 12,3 metrdir. Avtobusların üstün cəhətlərindən biri də odur ki, onların pilləkənləri yoxdur. Bu da sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Avtobusların hər birində 26 oturacaq var. Bundan əlavə, bu nəqliyyat vasitələri daha 74 sərnişini ayaqüstə daşıya bilər. Avtobuslar yaşlılar və əlillər üçün yerlə də təchiz edilib. Sərnişinlərin ön qapıdan minib arxa qapıdan düşmələrini nəzərə alaraq avtobusun daxilində 7 dayan-tələb düyməsi qoyulub. Dayanacaqlar səsli anonslarla elan ediləcək. Avtomatik transmissiya ilə birgə avtobusda ABS, ASR və sürəti tənzimləmə sistemi quraşdırılıb. Avtobuslarda hərəkət sürətini saatda 50 kilometrədək məhdudlaşdırma sistemi tətbiq edilib, nəqliyyat vasitələrinin salonunda 5, xaricində isə 3 təhlükəsizlik kamerası quraşdırılıb. Bundan əlavə, avtobusun qapıları xüsusi avadanlıqla təmin olunub ki, maneə yarandıqda onlar təkrar açılsın. Qapılar tam bağlanmadıqda isə avtobusların hərəkəti mümkün deyil. Bu nəqliyyat vasitələrinin ön, yan və arxa şüşələri buzlanma və buxarlanma əleyhinə sistemlə təmin edilib. Avtobusun ümumi konstruksiyasında soyuğu və istini izolə edən materiallardan istifadə olunub. Eyni zamanda, avtobusda iqlim-nəzarət və havalandırma sistemi də mövcuddur. Bu nəqliyyat vasitələrində gediş haqqı vahid ödəmə kartları ilə aparılacaq. Bu kartlardan “Bakubus” MMC-yə aid olan bütün avtobuslarla yanaşı, həm də metroda istifadə etmək mümkün olacaq. Avtobusların daha bir üstünlüyü isə onların sıxılmış təbii qazla işləməsidir. Bu da ekoloji baxımdan əhəmiyyətlidir.
Təmir və texniki baxış binasında avtobuslara bütün növ xidmət nəzərdə tutulur. Burada eyni vaxtda 12 avtobusa təmir və xidmət göstərmək mümkündür. Binada rəngləmə, yağdəyişmə, mühərriklərin, şassilərin dəyişdirilməsi və təmiri ilə bağlı ən ağır və mürəkkəb əməliyyatlarda beynəlxalq təcrübədən geniş istifadə olunur. Bunun üçün binada dünyanın məşhur şirkətlərinin avadanlıqları quraşdırılıb.
Ərazidə avtoyuma məntəqəsi də yaradılıb. Məntəqənin ümumi sahəsi 651 kvadratmetrdir. Məntəqədə eyni anda 3 avtobusun yuyulması mümkündür. Buradakı yüksək şərait avtobusların yuyulma müddətinin cəmi 7 dəqiqə olmasına imkan yaradır. Məntəqənin üstün cəhətlərindən biri də istifadə olunmuş suyun və ümumilikdə, ərazidə yağış sularının 85 faizinin separatorlarla ayrılaraq təkrar istifadə edilməsidir.
Deponun ərazisində sahəsi 6 hektar olan və müasir avadanlıqla təchiz edilmiş Sürücü Təlim Mərkəzi yaradılıb, praktiki təlimlər üçün beynəlxalq standartlara cavab verən xüsusi yollar salınıb. Bu yollarda döngələr və maneələr yaradılıb, müxtəlif yol şəraitini imitasiya edən avadanlıq quraşdırılıb. Layihənin yüksək səviyyədə reallaşması məqsədilə bu sahədə Avstriyanın Avropada və dünyada böyük təcrübəsi olan “Test Training International” şirkəti ilə müqavilə imzalanıb. İki menecer və səkkiz təlimçi-təlimatçı Avstriyada müvafiq treninqlərdə iştirak edib. Mərkəzdə minik və yük maşınları, avtobus və motosiklet sürücüləri üçün müvafiq peşəkar təlimlər nəzərdə tutulub. Yol hərəkəti təhlükəsizliyi üzrə təlim mərkəzi sürücülərin tədrisi üçün fərdi uyğunlaşdırılmış təlim proqramı təklif edir ki, burada iştirakçıların yolda hərəkət zamanı məsuliyyəti, diqqəti və bilikləri artırılır. Bu məqsədlərə çatmaq üçün tədris zamanı 5 təlim modulundan istifadə olunur.
Dövlətimizin başçısına buradakı yanacaqdoldurma stansiyası barədə də məlumat verilib. Bu, Azərbaycanda ilk sıxılmış təbii qaz stansiyasıdır. Burada qısamüddətli xüsusi rejimlə cəmi 4 saat ərzində 300 avtobus təqribən 50 min kubmetr yanacaqla təmin edilir. Stansiyada eyni vaxtda 15 avtobusa xidmət göstəriləcək. Burada bir avtobusun yanacaqla tam təmin edilməsinə cəmi 7 dəqiqə vaxt sərf olunur. Stansiyada dünyada mövcud olan ən müasir və təhlükəsiz iş rejiminə malik texnologiyalardan və avadanlıqlardan istifadə edilib. Ölkəmizdə yeni yanacaq növü olan sıxılmış təbii qazın istehsalını və satışını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “SOCAR-CNG” MMC törəmə müəssisəsi yaradılıb. Stansiya kompressor hissəsindən, yanacaqdoldurma məntəqəsindən, elektrik yarımstansiyasından, yeraltı su çənindən, qaz boru kəmərindən, qaztənzimləyici məntəqədən və inzibati binadan ibarətdir. İnzibati binada Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin neft strategiyasının həyata keçirilməsi ilə bağlı müxtəlif tədbirlərdə iştiraklarını əks etdirən fotolardan ibarət stendlər quraşdırılıb. Binada inzibati otaqlar, yeməkxana yaradılıb. Yaxın zamanlarda daha 6 stansiyanın istifadəyə verilməsi nəzərdə tutulur. Gələcəkdə bu stansiyaların sayının artırılaraq ölkə üzrə hər 120 kilometrdən bir quraşdırılacağı planlaşdırılır.
Prezident İlham Əliyev Təlim Mərkəzinin inzibati binasında yaradılan şəraitlə də tanış olub. Binada treninq mərkəzinin sinifləri, yeməkxana və digər inzibati otaqlar var. Burada çalışacaq işçilər üçün avtobus istehsalçıları tərəfindən xüsusi treninqlər və peşəartırma kursları təşkil edilib. Ərazidə ehtiyat hissələri və yay-qış təkərlərinin saxlanılması üçün yerlər, eyni zamanda, növbəli iş rejimində işləyən usta və əməkdaşlar üçün istirahət və qalma yerləri var. Bundan əlavə, ətraf mühitin və işçi heyətin sağlamlığının qorunması üçün yağdəyişmə, digər atqı və sürtkü materialları birbaşa təmas olmadan separatorlarda ayrılaraq xüsusi çənlərdə toplanır. Burada yaradılan şərait avtobus parkının fəaliyyətini beynəlxalq təcrübəyə əsaslanaraq qurmağa geniş imkanlar açır. Sürücülərə xüsusi geyim formaları veriləcək, onların səhər işə çıxmazdan əvvəl “Bakubus” MMC-nin həkimləri tərəfindən yoxlanılması, avtobuslara gecə növbəsində həm texniki baxışın keçirilməsi, həm də nasazlığın aradan qaldırılması təmin olunacaq. Avtobuslar hər gün avtomatik yuyulacaq və mexaniki təmizlənib dezinfeksiya ediləcək. Avtobus sürücüləri ikinövbəli sistemdə işləyərək davamlı attestasiya və təlimlərdə olacaqlar.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11

