/ / Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib
26.05.2015 [09:59]
Mayın 25-də Bakıda birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışlarda iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Atletlər kəndində olublar.
Gənclər və idman naziri, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov dövlətimizin başçısına və xanımına görülmüş işlərlə bağlı məlumat verib.
Qeyd edilib ki, birinci Avropa Oyunlarının keçirilməsi zamanı istifadə olunacaq Atletlər kəndi 383 min kvadratmetr sahəni əhatə edir. Atletlər kəndi Oyunların keçiriləcəyi əsas idman komplekslərinə - Bakı Olimpiya Stadionuna, Milli Gimnastika Arenasına və Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə yerləşir.
Azərbaycan Prezidenti İlham Əliyev Atletlər kəndinin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva atletlərin qalacağı binalarda yaradılan şəraitlə tanış olublar. On üç yaşayış binasından, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dördotaqlı 1042 mənzil var. Hər mənzil isə 2, 4 və 6 yataq otağından ibarətdir. Burada ümumilikdə 7499 atlet və rəsmi şəxs yerləşə biləcək. Atletlər kəndində idmançılar və komanda rəsmiləri üçün təhlükəsiz, rahat yaşayış şəraiti yaradılıb. Hər binanın birinci mərtəbəsində ümumi istirahət yerləri var. Burada pulsuz internetə çıxış imkanı olacaq.
Oyunlar müddətində atletləri və qonaqları idman arenalarına vaxtında çatdırmaq üçün inşa edilən böyük avtobus dayanacağında da hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Atletlər kəndindəki yeməkxana ilə də tanış olublar. Bildirilib ki, burada idmançılara əsasən dünya mətbəxi təqdim ediləcək. Yeməkxanada eyni vaxtda 2015 atletə yüksək səviyyədə xidmət göstəriləcək.
Dövlətimizin başçısı Atletlər kəndinin kommersiya mərkəzi ilə də tanış olub. Burada gözəllik salonu, poçt, turizm ofisi və valyuta mübadiləsi məntəqəsi fəaliyyət göstərəcək. Oyunların keçirildiyi günlərdə buradakı supermarketdə “Bakı-2015” birinci Avropa Oyunlarının rəmzlərinin əks olunduğu məhsullar satışa çıxarılacaq. Kommersiya mərkəzindən müxtəlif stadionlarda və idman qurğularında Oyunları izləmək üçün bilet almaq da mümkün olacaq. Bunun üçün ayrıca bilet satışı məntəqəsi fəaliyyət göstərəcək.
Qeyd olunub ki, bu mötəbər idman yarışını izləmək üçün artıq 200 minə yaxın bilet satılıb. Bu proses hazırda davam edir. Müşahidələr göstərir ki, Oyunlara maraq həddən artıq böyükdür.
Atletlər kəndinin mədəniyyət və turizm mərkəzində isə sərgi təşkil olunacaq. Burada ölkəmizin müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri, o cümlədən, xalça, geyim və məişət əşyalarının nümayişi və satışı təşkil ediləcək.
Sonra Prezident İlham Əliyev və birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Best of Azerbaijan” adlanan yeməkxana ilə tanış olublar. Burada yalnız ölkəmizin zəngin mətbəxinə aid təamlar təklif olunacaq və bu xidmətdən eyni vaxtda 450 idmançı istifadə edəcək.
Atletlər kəndində əsas diqqət yetirilən məsələlərdən biri də yarışlar zamanı idmançılara və məşqçilərə, qonaqlara, ümumiyyətlə ehtiyacı olan hər kəsə yüksək tibbi xidmət göstərməkdir. Bu məqsədlə də burada xüsusi poliklinika fəaliyyət göstərəcək. Binada müxtəlif təyinatlı otaqlar, o cümlədən, qeydiyyat, müalicə, stomatoloji, oftalmoloji, laboratoriya, rentgen, fizioterapiya və s. xidmət sahələri var. Poliklinika ən zəruri avadanlıqla təchiz olunub. Bu səhiyyə mərkəzi hər gün səhər saat 8-dən axşam saat 20-dək fəaliyyət göstərəcək və günün 24 saatı təcili yardım xidməti olacaq. Dopinq nəzarəti mərkəzi də poliklinika ilə yanaşı yerləşir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Media kəndinin açılışında iştirak ediblər.
Azərbaycan Prezidenti Media kəndinin rəmzi açılışını bildirən lenti kəsib.
Birinci Avropa Oyunlarını işıqlandırmaq məqsədilə ölkəmizə gələn jurnalistlər Media kəndində yerləşdiriləcək. Burada media nümayəndələrinə səmərəli işləmək və istirahət etmək üçün hər cür şərait yaradılıb. Akkreditasiya mərkəzi ilə tanışlıq zamanı bildirilib ki, ilk Avropa Oyunlarını işıqlandırmaq məqsədilə 900-ə yaxın xarici media təmsilçisi qeydiyyatdan keçib. Burada da mədəniyyət və turizm mərkəzi yaradılıb. Mərkəzdə jurnalistlər üçün Azərbaycan haqqında müxtəlif məlumatların əks olunduğu bukletlər və kitablar sərgilənir. Burada yaradılan şərait təsdiq edir ki, Azərbaycanda birinci Avropa Oyunlarına ən yüksək səviyyədə və bütün parametrlərə uyğun hazırlıq gedir. Xarici media təmsilçilərinə yaradılan şərait jurnalistlərə Oyunları operativ şəkildə bütün dünyaya çatdırmağa imkan verəcək. Onları Media kəndindən idman arenalarına pulsuz xüsusi avtobuslar aparıb-gətirəcək.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva jurnalistlərin qalacağı mənzillərlə də tanış olublar. Media kəndindəki 4 binada ümumilikdə 536 mənzil var. Media kəndində jurnalistlər üçün ayrıca yeməkxana nəzərdə tutulub. Burada onlara dünya mətbəxindən müxtəlif təamlar təklif olunacaq. Yeməkxanada eyni vaxtda 500 nəfər qidalana biləcək.
Həm Atletlər, həm də Media kəndlərində yaradılan şərait dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanda bu cür infrastruktur layihələrinin icrası həm də ölkəmizin uğurlu inkişafının göstəricisidir. Burada görülən hazırlıq işləri bu mötəbər beynəlxalq idman tədbirinin yüksək səviyyədə keçiriləcəyinə bir daha əminlik yaradır. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək. Birinci Avropa Oyunlarının keçirilməsində qazanacağımız təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə geniş imkan yaradacaq.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

