Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunda aparılan işlərin gedişi ilə tanış olub
27.12.2014 [09:19]
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda həyata keçirilən işlərin gedişi ilə tanış olublar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə burada görülən işlər barədə ətraflı məlumat verib.
Təməli 2011-ci ilin iyununda qoyulan stadionun inşası sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Stadionda indiyədək layihə çərçivəsində nəzərdə tutulan inşaat işlərinin əsas hissəsi başa çatıb. Tikintidə ən müasir avadanlıqdan və inşaat materiallarından istifadə olunur.
Sonra Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımına Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən və görüləcək işlərlə bağlı məlumat verilib. Bildirilib ki, stadionun interyerində də son tamamlama işləri aparılır. Buraya gələn qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Bu gün dünyada idman ölkəsi kimi tanınan, idmana, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycan ilk Avropa Oyunlarına sürətlə hazırlaşır. Birinci Avropa Oyunlarına hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionunun inşasında da işlər sürətlə davam etdirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda inşaat prosesinin gedişi ilə mütəmadi olaraq maraqlanır, işlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verirlər. Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 68 minə yaxın tamaşaçı yerinə malik Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılır. Təxminən 50 hektar ərazidə tikilən stadion 6 mərtəbədən ibarət olacaq. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normativlərinə əsasən insanların stadiona daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilir.
Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Stadionun layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir.
Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49

