/ / Prezident İlham Əliyev Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub
Prezident İlham Əliyev Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub
13.08.2014 [15:05]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq ayrı-ayrı təhsil müəssisələrinin əsaslı şəkildə təmir və yenidənqurma işləri ardıcıl olaraq həyata keçirilir. Hər il olduğu kimi, bu il də respublikanın hər yerində mövcud məktəblər təmir edilir, müasir təhsil müəssisələri, yeni tədris korpusları, idman meydançaları, iclas zalları inşa olunaraq ən müasir avadanlıqla təchiz edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verdi.
Qeyd edildi ki, Məktəb-Lisey Kompleksi istedadlı və qabiliyyətli uşaqlara qayğının artırılması ilə bağlı Dövlət Proqramına uyğun olaraq 2010-cu ildə Bakı Slavyan Universiteti Humanitar Liseyinin və Bakı şəhər 15 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Kompleksdə minə yaxın şagird təhsil alır. Məktəb-liseydə 33 sinif fəaliyyət göstərir. Təhsil Azərbaycan və rus dillərində həyata keçirilir. Azərbaycan bölməsində 600, rus bölməsində isə 400-dək şagird təhsil alır. Məktəbin binası 1935-ci ildə inşa olunub. Əvvəllər hospital kimi fəaliyyət göstərən bina 1958-ci ildə məktəbə çevrilib. Bu müddət ərzində məktəb binası ilk dəfə olaraq əsaslı şəkildə təmir edilir. Binada bənd-bərkitmə işləri həyata keçirilib.
Yeni dərs ili ərəfəsində təhsil kompleksinin 4800 kvadratmetr ərazisi əsaslı şəkildə yenidən qurulub, lisey ən müasir tədris ləvazimatları və avadanlıqla təchiz edilib. Binanın birinci mərtəbəsində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində görülən işləri əks etdirən fotostend yaradılıb.
Dövlət başçısı təhsil kompleksinin sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə tanış oldu.
Kompleksin istilik və işıqlandırma sistemləri, akt zalı, açıq və örtülü idman meydançaları yüksək standartlara uyğun şəkildə yenidən qurulub. Məktəb-Lisey Kompleksinin həyətyanı sahəsində də abadlıq və quruculuq işləri həyata keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

