Bakıda Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılışı olub
30.05.2014 [09:24]
Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib
Mayın 29-da Bakıda Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.
Azərbaycanda səhiyyə sahəsində islahatlar ildən-ilə daha geniş vüsət alır. Səhiyyənin kompleks şəkildə inkişafı dövlətin sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Son 10 ildə Azərbaycanın səhiyyə sistemi əsaslı inkişaf yolu keçib. Bu sahədə müxtəlif dövlət proqramları həyata keçirilir. Əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması və onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması istiqamətində ardıcıl tədbirlər reallaşdırılır. Səhiyyə müəssisələrinin təmir və bərpası, ən müasir avadanlıqla təchiz edilməsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, əhalinin bütün növ tibbi xidmətlərlə əhatə olunması, tibb işçilərinin ixtisasının artırılması, ən müasir standartlara uyğun yeni kadrların hazırlanması səhiyyə sahəsində islahatların əsasını təşkil edir.
Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda inşası başa çatdırılan Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu da ölkəmizdə reallaşdırılan islahatlara mühüm töhfədir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilən bu səhiyyə ocağı ölkəmizdə idman nailiyyətlərinin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılması, müasir beynəlxalq təcrübənin tətbiqi, gənc idmançıların potensialının aşkar edilməsi və xəsarət almış idmançıların reabilitasiyası məqsədi ilə yaradılmışdır. İnstitutun əsas fəaliyyət istiqamətləri idmançıların və ehtiyat qüvvələrin diaqnostikası, dispanserləşdirilməsi və müalicəsidir.
Prezident İlham Əliyev institutun rəmzi açılışını bildirən lenti kəsib.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına yeni səhiyyə müəssisəsi haqqında məlumat verib. Bildirilib ki, institutun binasının inşasına 2012-ci ilin yanvar ayında başlanıb. Dördmərtəbəli bina orijinal layihə əsasında tikilib. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb. İnfrastruktur ən son elmi-texniki yeniliklərə cavab verir.
Diqqətə çatdırılıb ki, bu tibb ocağında qeydiyyat prosedurlarının rahatlığı üçün hər cür şərait yaradılıb. İnstitutda dünya standartlarına cavab verən avadanlıq quraşdırılıb. Buradakı avadanlıq idmançıların ilkin müayinəsi üçün olduqca vacibdir. Bir sıra avadanlıq biometrik müayinələr üçün nəzərdə tutulub. İnstitutda idmançıların səhhəti ilə bağlı əldə edilən məlumatların təhlili onların cari hazırlıq vəziyyətini qiymətləndirməyə imkan verir. Bu da məşq prosesinin düzgün aparılması üçün vacib əhəmiyyət kəsb edir. Ən müasir avadanlıq məşq və yarışlar zamanı müxtəlif mərhələlərdə idmançıların qidalanmalarının seçimi, tənzimlənməsi və adekvat fiziki yükün müəyyənləşdirilməsinə imkan verir. Yüksək səviyyəli avadanlıq vasitəsilə aparılan funksional yük sınaqları da ümumi işin daha məqsədyönlü şəkildə yerinə yetirilməsində mühüm rol oynayır. Bir sıra spesifik avadanlıq xüsusi iqlim şəraitində idmançıların hazırlıq səviyyəsini yoxlamağa, ekstremal təbii şəraitlərə uyğun qaydada məşğələlər aparmağa əlverişli imkan yaradır. İnstitutda qaçış ustaları, avarçəkmə, xizəksürmə və idmanın digər növləri üzrə idmançıların müayinələri də aparılacaq. Burada yaradılan şərait Azərbaycanda səhiyyə islahatlarının səviyyəsi, həmçinin respublikamızda idmanın inkişafına göstərilən yüksək diqqət və qayğı barədə dolğun təəssürat yaradır.
Qeyd edilib ki, institutda idmançıların hərəkətlərinin video-kompyuter təhlili imkanına malik optik sistem quraşdırılıb. Kompleks diaqnostika gizli zədələri təyin etməyə, reabilitasiya tədbirlərinin səmərəliliyini qiymətləndirməyə, idmançılar üçün optimal geyim seçməyə və paralimpiyaçılarla bağlı aparılan tədbirlərin funksionallığını qiymətləndirməyə geniş imkanlar açır.
Məlumat verilib ki, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutundakı stasionar bölmədə dörd palata var. Həmin palatalar gündüzlər idmançıların fərdi reabilitasiya proqramlarının reallaşdırılması üçün nəzərdə tutulub. Stasionar bölmə, eyni zamanda, ağır xəstə idmançılar üçün müalicəvi və diaqnostik tədbirlərin icrasına yardım məqsədi də daşıyır. Burada paralimpiyaçılar üçün də xüsusi palata yaradılıb. Müasir laboratoriya idmançıların funksional vəziyyətinin təməl, cari və mərhələli monitorinqini həyata keçirmək üçün lazımi avadanlıqla təchiz edilib. İnstitutda müxtəlif sahələr üzrə həkimlərin səmərəli çalışmaları üçün hər cür şərait yaradılıb. Burada ixtisaslı həkimlər idmançıların yüksək nəticələrə nail olmaları üçün onlara müvafiq tibbi yardım göstərəcəklər.
İnstitutda idmançılarla bağlı məşq prosesi və ya reabilitasiya tədbirlərinin optimallaşdırılması məqsədilə hər bir idmançı üzrə məlumatlar təhlil olunacaq. Həmin proses zamanı idmançı və məşqçilərlə sıx əməkdaşlıq aparılacaq. Bu baxımdan hər cür təchizatı olan toplantı otağı da səmərəli fəaliyyətə geniş imkanlar yaradır. Yüksək ixtisaslı ortopedistlər idmançıların bərpaedici müalicəsi ilə məşğul olacaqlar. Nadir avadanlıq müəyyən zədəsi olan idmançıların cəmi 2-3 gün ərzində müalicə olunaraq yarışlarda iştirak etmələrinə imkan verəcək.
İnstitutdakı hovuzlar da idmançıların hərtərəfli müalicəsinin aparılmasına geniş imkanlar açır. Trenajor salonunda spesifik xüsusiyyətlərə malik tibbi trenajorlar quraşdırılıb. Həmin salon idmançıların reabilitasiyasına xidmət edəcək. Müxtəlif bölmələrdə zədəli idmançılara da xidmət göstəriləcək. Müasir texnologiyalar idmançıların sağlamlığını və onların fiziki hazırlığını lazımi səviyyədə saxlamağa hərtərəfli imkan yaradır.
Dövlətimizin başçısına institutun müasir laboratoriyası olan, həmçinin təcili yardım və tibbi heyətin gediş-gəlişi üçün nəzərdə tutulan avtomobilləri də nümayiş etdirilib. Qeyd olunub ki, avtomobildəki laboratoriya müasir avadanlıqla təchiz edilib və bunların köməyi ilə idmançılara səyyar qaydada istənilən xidmət göstəriləcək. Bu laboratoriya-maşında Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunda həyata keçiriləcək əksər müayinə və operativ müalicənin aparılması mümkündür. Ən müasir avadanlıqla təchiz edilən iki təcili tibbi yardım avtomobili də istər yarışlar zamanı, istərsə də digər zəruri hallarda istifadə oluna bilər.
Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.
Sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda aparılan yenidənqurma və əsaslı təmir işləri ilə tanış olub. Qeyd edilib ki, bu stadionda uzun müddət idi əsaslı təmir aparılmayıb. Bakıda Yeniyetmələrin Olimpiya Oyunlarının atletika üzrə 2-ci Avropa təsnifat yarışlarında iştirak edəcək idmançıların məşqlərinin keçirilməsi üçün bu stadionda yenidənqurma və əsaslı təmir işlərinin aparılması qərara alınıb.
Bildirilib ki, qısa müddətdə stadionun təbii ot örtüyü yenilənib. Burada sintetik örtüklü qaçış zolağı salınıb. Tribunanın üst örtüyü də yenidən qurulub. Əsaslı təmirdən sonra stadionda idmançıların səmərəli məşqləri və idman yarışlarının keçirilməsi üçün hər cür şərait yaradılıb.
Stadionda aparılan yenidənqurma və əsaslı təmir işləri ilə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19

