/ / Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub
01.03.2014 [12:00]
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub.
Azərbaycan dünyada idman dövləti kimi tanınır. Birinci Avropa Oyunları kimi mötəbər idman tədbirinin ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bunun daha bir əyani göstəricisidir. Əlbəttə, belə bir qərarın qəbulunda ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitlik, sürətli iqtisadi inkişaf proseslərinin getməsi, Azərbaycanın dünyada nüfuzunun durmadan artması, respublikamızın müxtəlif mötəbər beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi və bu sahədə zəngin təcrübəyə malik olması mühüm rol oynayıb. İdmanın inkişaf etdirilməsinə prioritet sahələrdən biri kimi böyük önəm verən dövlətimizin başçısının birbaşa göstərişi ilə paytaxtda və regionlarda ən müasir idman infrastrukturunun yaradılması istiqamətində ardıcıl işlər həyata keçirilir. Ölkəmizin bütün regionlarında Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilir. İdmançılara diqqət və qayğı artırılır. Azərbaycan idmançıları dünyanın ən mötəbər yarışlarında bir-birinin ardınca parlaq qələbələr əldə edirlər. Dünya çempionatlarında və Beynəlxalq Olimpiya yarışlarında qızıl medal qazanmış idmançılarımızın sayı ildən-ilə artır. Birinci Avropa Oyunları kimi mötəbər idman tədbirinin ilk dəfə olaraq Azərbaycanda keçirilməsi məhz ölkəmizə beynəlxalq aləmdə inamın sübutudur.
Birinci Avropa Oyunlarının keçirilməsinə az vaxtın qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Respublikamızın paytaxtında da Su İdmanı Növləri Sarayı, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi və digər belə mükəmməl infrastruktur obyektlərinin inşası davam etdirilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionunun inşası da bu istiqamətdə görülən tədbirlərdən biridir. Orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına ötən müddətdə layihə əsasında görülən işlər barədə ətraflı məlumat verib.
Azərbaycan Prezidentinə stadionun müxtəlif görüntüləri təqdim edilib. Bildirilib ki, tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunur.
Qeyd edilib ki, Bakı Olimpiya Stadionunun loqosu da mükəmməlliyi ilə diqqəti cəlb edir. Stadionun inşasında bu sahədə dünyada mövcud olan ən qabaqcıl təcrübədən istifadə edilir.
Diqqətə çatdırılıb ki, stadionun yerləşdiyi ərazi inşaat işləri üçün Azərbaycan Dövlət Neft Şirkətinin tikinti təşkilatları tərəfindən hazırlanıb. Layihənin icrasına 2012-ci ilin noyabrından başlanıb.
2011-ci ildə dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan və 70 min tamaşaçı tutumu olacaq Bakı Olimpiya Stadionu ən müasir standartlara uyğun inşa edilir. İndiyədək layihə çərçivəsində nəzərdə tutulan işlərin bir çox hissəsi həyata keçirilib. Burada əsas stadion, məşqlər üçün köməkçi stadion və yardımçı bina inşa olunur. İdman obyektində əlil tamaşaçılar üçün də bölmələr nəzərdə tutulub. Stadionun layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir. Beynəlxalq Olimpiya normativlərinə əsasən tamaşaçıların stadiona daha çox ictimai nəqliyyatdan istifadə etməklə gəlmələri nəzərdə tutulur.
Məlumat verilib ki, ərazidə avtomobillər üçün 3 min 100 yerlik park da yaradılacaq. Stadionun ətrafında əsaslı abadlıq və geniş həcmdə yaşıllaşdırma işləri aparılacaq.
Tikinti işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20

