/ / Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya - yeni sərhədlər” mövzusunda sessiyada iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya - yeni sərhədlər” mövzusunda sessiyada iştirak edib
24.01.2014 [09:21]
AzərTAc xəbər verir ki, yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya - yeni sərhədlər” mövzusunda sessiya keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.
Bu sessiyanın əsas məqsədinin regionla bağlı yeni məlumatlar əldə etməkdən ibarət olduğunu diqqətə çatdıran aparıcı tədbirə qatılanların əksəriyyətinin ötən ilin aprel ayında Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda keçirilən Dünya İqtisadi Forumunda iştirak etdiyini bildirib və Cənubi Qafqazı maraq doğuran region adlandırıb. O, Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı fikirlərini öyrənmək istədiyini bildirib.
Sessiyada çıxış edən Prezident İlham Əliyev deyib: “Azərbaycana gəldikdə, biz regional əməkdaşlığın gücləndirilməsi üçün böyük işlər görürük. Bildiyiniz kimi, Azərbaycan regionda enerji layihələrinin təşəbbüskarı olub və bu, geniş regional əməkdaşlığa öz töhfəsini verib. İlk olaraq, neft boru kəmərini qeyd etmək istəyirəm. Bu layihə regional tərəfdaşlar qismində Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirdi. Layihə başa çatdıqdan sonra Mərkəzi Asiya dövlətləri onun tranzit imkanlarından bəhrələnməyə başladılar.
Burada biz görürük ki, bütün iştirakçı dövlətlər layihədən faydalanırlar. Onlar yeni bazarlara çıxış və yeni ixrac marşrutları əldə edirlər. Əslində, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliyinin bərpa olunmasından sonra enerji amili regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Biz bu işləri daha da sürətləndirməyə müvəffəq olmuşuq və hazırda nəqliyyat infrastrukturu üzərində çalışırıq.
Təbii ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlıq da artmaqdadır. Bu ölkələrdə ümumi daxili məhsulun artımı böyükdür və bu göstərici dünya üzrə orta göstəricilərdən daha çoxdur, həmçinin artım potensialı da böyükdür. Düşünürəm ki, 22 il əvvəl Sovet İttifaqı adlanan böyük bir ailənin üzvləri hesab olunan ölkələr arasında əməkdaşlığı gücləndirmək uçun siyasi iradə mövcuddur. Bu gün bu ölkələr müstəqildir və hər bir dövlət özü üçün həm siyasi, həm də iqtisadi inkişaf yolu müəyyən edib, iqtisadi potensialdan qaynarlanan sosial proqramlar həyata keçirir. Ancaq regional əməkdaşlıq əlavə fürsətlər də yaradır, daha münbit biznes və sərmayə mühitinin yaradılmasını təşviq edir.
Biz regionumuzda, həmçinin Mərkəzi Asiyada cərəyan edən hadisələri yaxından izləyirik. Xalqlarımız arasındakı ənənəvi dostluq əlaqələri regional əməkdaşlıq formatının yaradılmasına xidmət edir. Azərbaycana gəldikdə biz bu məsələlər üzrə bundan sonra da fəal işləməyə davam edəcəyik və gələcəkdə yeni əməkdaşlıq sahələrinin müəyyən olunması üçün bütün zəruri tədbirləri görəcəyik”.
* * *
Sonra Prezident İlham Əliyev sualı cavablandırıb.
Sualım Azərbaycan Prezidentinədir: - Bu əməkdaşlığın yeni təşəbbüslərin yaranmasına və artıq həyata keçirilən işlərə töhfə verdiyini nəzərə alsaq, Azərbaycan üçün hansı prioritetləri müəyyən etmisiniz?
Prezident İlham Əliyev: Hazırda əsas prioritet nəhəng enerji layihələrinin icrasıdır. Mən ötən ay icrasına başladığımız “Şahdəniz-2” layihəsini nəzərdə tuturam. Layihəyə əsasən iki qaz boru kəməri inşa ediləcəkdir - biri Türkiyə ərazisindən, digəri isə Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya istiqamətlənəcəkdir. Biri Trans-Anadolu, digəri isə Trans-Adriatik kəməri adlanır. Bu iki layihə nəhəng yataqlardan təbii qazın nəqlini nəzərdə tutur və bu, Avropanın ən iri infrastruktur layihəsi olacaqdır.
Bununla da regional əməkdaşlıq baxımından qarşımızda duran ən böyük çağırışlardan biri bu layihənin olduqca qısa zamanda, yəni, 5 il ərzində başa çatdırılmasıdır. Cənubi Qafqazın iki ölkəsi - Gürcüstan və Azərbaycan bu istiqamətdə fəal şəkildə çalışır. Gələcəkdə isə Mərkəzi Asiya dövlətləri inşa olunacaq infrastruktura qoşula bilərlər, çünki bu, enerji təchizatının şaxələndirilməsi üçün əlavə imkan deməkdir.
Daha bir vacib layihə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək dəmir yolu layihəsidir. Bu, Avropanı və Asiyanı birləşdirəcək layihədir və yeni “İpək yolu” hesab olunur. İnşaat işləri davam etməkdədir. Ümid edirəm ki, dəmir yolu xətti 2015-ci ildə istifadəyə veriləcəkdir. Yəni, bu, həm nəqliyyat, həm enerji əlaqəsidir, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu deməkdir. Xüsusilə, əlavə maddi resurslara malik olan ölkələr yeni sərmayə imkanları axtarırlar və düşünürəm ki, bu gün Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya sərmayə qoyuluşu baxımından əlverişli məkanlardır. Çünki burada inkişaf edən bazarlar mövcuddur, sürətli əhali artımı və dinamik iqtisadi inkişaf potensialı vardır.
Beləliklə, nəqliyyat, enerji və ticarətlə bağlı yeni ideyalar bu il ərzində aparıcı istiqamətlər ola bilər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34

