Rusiyanın mövqeyi yanlışdır
06.09.2025 [12:56]
Bu ölkə XİN-nin açıqlaması ictimaiyyəti çaşdırmağa hesablanıb
Ötən ilin sonlarından Rusiya ilə Azərbaycan arasında münasibətlərin soyuqlaşmasının səbəbkarı ölkəmiz deyil. Bu münasibətlərdə mövcud vəziyyət qarşı tərəfin adekvat olmayan davranışları səbəbindən yaranıb. Hazırda da Rusiyada davamlı olaraq ölkəmizə qarşı qərəzli kampaniya aparılır.
Nəzərə alaq ki, Azərbaycan və Rusiya qonşu dövlətlərdir. Eyni coğrafiyanı bölüşmələri ölkələrin regional maraqlarını uzlaşdırmaq zərurətini ortaya çıxarır. Hər iki dövlət Xəzər hövzəsi regionunun sabitliyi, təhlükəsizliyi və burada əməkdaşlıq, qarşılıqlı etimad mühitinin bərqərar olması naminə birgə səylər göstərməlidir. Qarşılıqlı əlaqələrdə regional maraqlar, qonşuluq münasibətləri, ölkələrin müstəqilliyi və suverenliyi mütləq nəzərə alınmalıdır. Xüsusilə, iki ölkə arasında 2022-ci il 22 fevral tarixində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanmasını xatırlatmaq yerinə düşər. Sənəddə münasibətlərin xalqlarımızın mənafeyi naminə keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılması niyyəti ifadə olunub.
Azərbaycan mehriban qonşuluq siyasətinə sadiqdir
Azərbaycan Rusiyaya münasibətdə mehriban qonşuluq prinsiplərinə hər zaman sadiq olub. İndiyədək ölkəmiz Rusiya ilə münasibətlərə kölgə sala biləcək hər hansı bir addım atmayıb, əksinə, müttəfiqlik əlaqələrinin möhkəmlənməsinin tərəfdarı olub. Lakin eyni fikirləri Rusiya barəsində ifadə etmək mümkün deyil. Ötən ilin sonlarından Rusiya müttəfiqlik bəyannaməsinin ruhu ilə tamamilə ziddiyyət təşkil edən davranışlar nümayiş etdirməkdədir. Belə ki, 2024-cü ilin dekabrında Rusiyanın hava məkanında “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin vurulmasndan sonra bu ölkə zəruri addımlar atmayıb. İlk növbədə, rəsmi Moskva hadisəyə obyektiv münasibət sərgiləməli, təyyarənin vurulmasına görə müvafiq təzminat ödənməli və günahkarlar cəzalandırılmalı idi. Lakin hələ də qarşı tərəf bunları yerinə yetirməyib.
Beynəlxalq konvensiyalara əsasən, Rusiyanın təzminat ödəməsi şərtdir. Sentyabrın 4-də Rusiyanın Xarici İşlər Nazirliyi təyyarənin vurulması ilə bağlı sığorta ödənişi edildiyini açıqlayıb. Həqiqəti əks etdirməyən həmin açıqlamada bildirilib ki, 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı bir sıra kütləvi informasiya vasitələrində, eləcə də “Telegram” sosial şəbəkəsində sığorta vəsaitinin ödənilməməsi ilə bağlı yalan məlumatlar yayılır. Rusiya XİN-in yaydığı məlumata əsasən, Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri - 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənilib: “15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib”.
XİN: Sığorta və kompensasiya məsələləri tamamilə fərqli mövzulardır
Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə kütləvi informasiya vasitələrinə açıqlamasında deyib ki, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi barədə Rusiya Xarici İşlər Nazirliyi tərəfindən 4 sentyabr tarixli açıqlama təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti çaşdırır. Onun sözlərinə görə, AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı ölkəmizin Rusiya hökumətindən kompensasiya tələb etməsi məsələləri tamamilə fərqli mövzulardır.
Qeyd edilib ki, sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin təşkili prosesi artıq 6 aydır həyata keçirilir. Ümumilikdə bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun şəkildə təmin olunur. “Ödənişlərin məhz Rusiya sığorta şirkəti tərəfindən həyata keçirilməsi məsələsinə gəldikdə qeyd edək ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir. Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb. Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil”,-deyə vurğulanıb.
Münasibətlərin soyuqlaşmasına səbəb nədir?
Bununla yanaşı, A.Hacızadə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin cari ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasının Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsinin səbəbi kimi təqdim etməsinin və onların azadlığa buraxılmasının əlaqələrin yaxşılaşması üçün şərt kimi irəli sürməsini yanlış hesab edib. Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur: “Eyni zamanda, Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərində azərbaycanlıların döyülərək qətlə yetirilmələri münasibətlərdə əlavə gərginlik yaradıb. Bununla yanaşı, Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsir edən amillər sırasındadır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46

