Kəlbəcərə qayıdış - ədalətin təntənəsi
27.08.2025 [12:51]
İlham Əliyev: Bizim işimiz quruculuqdur
Gec olsa da, haqq-ədalət öz yerini tapır. 32 ildən sonra tarixi hadisəyə - Azərbaycanın dilbər guşəsi olan Kəlbəcərə ilk köçə şahidlik etdik. O da əlamətdar haldır ki, kəlbəcərlilər doğma yurd yerlərinə qayıtmağın sevincini bu günlərdə Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərə növbəti dəfə səfər etmiş Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birlikdə yaşayıblar. Dövlətimizin başçısı avqustun 21-də Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində buraya köçən sakinlərlə görüşündə bunu ədalətin bərpası kimi dəyərləndirib.
AXC - “Müsavat” cütlüyünün bağışlanmaz xəyanətinin kədərli nəticəsi
1993-cu il aprelin 2-də Kəlbəcərin düşmən əlinə keçməsi xüsusi məna daşıyırdı. Məlumdur ki, qarşı tərəfin əsas məqsədlərindən biri Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaratmaq idi. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına şərait formalaşdırmışdı. Kəlbəcərin işğalı isə çox böyük ərazi üzrə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantını təmin etdi.
Kəlbəcərin, Şuşanın, Laçının coğrafi mövqeyi elə idi ki, bu ərazilərin müdafiəsini təşkil etməklə düşmən hücumlarının qarşısını almaq mümkün idi. Təəssüf ki, Azərbaycanın o dövrdəki rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq bunu etməyi bacarmadı. O cümlədən müstəqilliyimizin ilk illərində AXC-“Müsavat” cütlüyünün hakimiyyətə gəlmək ambisiyalarından çıxış etməklə daxili vəziyyəti gərginləşdirməsi, ölkəni xaosa sürükəməsi düşmənin işğalına şərait yaratdı. O dövrə ekskurs edən Prezident İlham Əliyev vurğulayıb: “Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur. Alınmaz qalamız Şuşa demək olar ki, ermənilərə təhvil verilmişdir.
Mənfur cütlük bundan istifadə edərək bir ay sonra məhz Şuşa və Laçın faciəsi üzərində hakimiyyətə gəldi, doğma diyarınızı qoruya bilmədi, ya da qorumaq istəmədi.
Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz ovaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olmuşdur”.
Torpaqlarımızın işğalının digər bir səbəbi isə havadarlarının Ermənistana güclü dəstək göstərməsi ilə bağlı idi. Bu dəstək həm siyasi, həm də hərbi müstəvidə göstərilirdi. ATƏT-in Minsk qrupunun fəaliyyəti formal xarakter daşıyırdı. Bu ölkəyə qarşı sərt sanksiyalar tətbiq edilsəydi, təbii ki, işğal 30 il davam etməzdi.
Ancaq Azərbaycan dövləti və xalqı işğalla heç vaxt barışmadı. 44 günlük müharibədə acınacaqlı məğlubiyyət acısı yaşayan Ermənistan 2020-ci il noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Həmin sənədə əsasən məğlub Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından döyüşsüz çıxmaq öhdəliyi götürdü. Razılaşmaya əsasən, Kəlbəcər noyabrın 25-də tamamilə boşaldılaraq Azərbaycana təhvil verildi. Həmin tarixdə Azərbaycanın Silahlı Qüvvələri rayon ərazisinə daxil olaraq burada nəzarəti ələ aldı.
Azad Kəlbəcərin yeni dövrü
Kəlbəcərin işğalının fəsadları çox ağır idi. Kəlbəcər şəhərində və rayonun kəndlərində bir dənə salamat bina qalmamışdı. Ancaq artıq bunlar kədərli keçmişdir. Postmüharibə dövründə işğaldan azad olunmuş bütün ərazilər kimi, bir güllə də atılmadan azadlığına qovuşan Kəlbəcərin də yeni dövrü başlayıb. Qalib Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına vaxt itirmədən başladı. Bərpa-quruculuq işərinin sürətlə və yüksək keyfiyyətlə aparılmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev “Bizim işimiz quruculuqdur”, - deyə vurğulayıb.
Qısa müddətdə işğaldan azad olunan bütün ərazilərdə olduğu kimi, Kəlbəcərdə də böyük işlər görülüb, yaşayış məntəqələrinin bərpası, infrastruktur quruculuğu, resurslardan istifadə olunması, iş yerlərinin yaradılması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Kəlbəcərin məskunlaşdırılmasına start verilməsi görülən bu böyük işlərin nəticəsidir. Kəlbəcərə səfər çərçivəsində Prezident İlham Əiyev və birinci xanım Mehriban Əliyeva bir sıra layihələrin icrası ilə tanış olublar, yeni təməlqoyma tədbirlərinə qatılıblar. Bu sırada Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış kompleksinin, şəhər parkının təməlinin qoyulmasını, Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşü, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışını qeyd edə bilərik. Yeni yaşayış kompleksləri istifadəyə verildikdən sonra Kəlbəcərin məskunlaşdırılması daha sürətlə həyata keçiriləcək.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun inşası
Dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm infrastruktur layihələrindən biri də uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Bu yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun inşası qalib Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirir. Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mühüm infrastruktur obyektində görülən işlərlə tanış olublar. Dövlətimizin başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib.
Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Belə ki, uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14

