/ / Azərbaycan Prezidenti İlham Əliyev “The Business Year” jurnalının baş direktorunu, jurnalın baş redaktorunu və buraxılışa məsul əməkdaşlarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev “The Business Year” jurnalının baş direktorunu, jurnalın baş redaktorunu və buraxılışa məsul əməkdaşlarını qəbul edib
05.04.2013 [13:07]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də “The Business Year” jurnalının baş direktoru xanım Ayse Nazir Valentini, jurnalın baş redaktoru Ceyson Conu və buraxılışa məsul əməkdaşlarını qəbul edib.
İnvestisiyaların təşviqi və nəşrlər üzrə ixtisaslaşan “The Business Year” jurnalının baş direktoru xanım Ayse Nazir Valentin ölkəmizlə bağlı layihələrə ilk dəfə 2010-cu ildə başladıqlarını məmnunluqla qeyd edib. 2011-ci ildə Azərbaycanın müstəqilliyinin 20 illiyi və 2012-ci ildə isə “Eurovision” beynəlxalq mahnı müsabiqəsi ilə bağlı buraxılışlarının maraqla qarşılandığını qeyd edən qonaq bu il Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı xüsusi material hazırladıqlarını deyib.
Dövlətimizin başçısı jurnalın Azərbaycanın təşviqi ilə bağlı gördükləri işləri yüksək qiymətləndirib. Prezident İlham Əliyev “The Business Year” jurnalının ingilis dilində Azərbaycanla bağlı geniş auditoriya üçün nəzərdə tutulan və müxtəlif yanaşmalarla zəngin olan bu nəşrinin ölkəmizin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün yaxşı imkan yaratdığını deyib. Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik, biznes, sərmayə qoyuluşu, xarici əlaqələr və digər sahələrlə bağlı məsələlərin jurnalda ətraflı təhlil olunmasını yüksək qiymətləndirən dövlətimizin başçısı “The Business Year: Azerbajan-2013” xüsusi buraxılışının əhəmiyyətini qeyd edib.
“The Business Year” jurnalının Prezident İlham Əliyevi “İlin adamı” seçdiyini qeyd edən jurnalın baş redaktoru Ceyson Con bunun Azərbaycanda iqtisadi artımın yüksəlişi, ümum daxili məhsulun son 5 ildə dəfələrlə artması, Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik olması, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə və informasiya-kommunikasiya texnologiyaları sektorunda əldə edilən böyük uğurlarla bağlı olduğunu deyib.
Sonra “İlin adamı” mükafatı dövlətimizin başçısına təqdim olunub.
Prezident “İlin adamı” mükafatına görə təşəkkürünü bildirib. Sonra dövlətimizin başçısı Azərbaycanda əldə olunan bütün uğurların əsasında ölkənin sürətli iqtisadi inkişafının dayandığını qeyd edib. Prezident İlham Əliyev bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində neft-qaz amilindən asılılıq azalıb, neft gəlirlərinin şəffaf şəkildə insanların və ölkənin mənafeyi naminə istifadə olunması nəticəsində son 10 ildə yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə qədər enib. İnformasiya-kommunikasiya texnologiyaları sektorundakı sürətli inkişafa toxunan dövlətimizin başçısı Azərbaycanın kosmik ailənin üzvü olmasının önəmini qeyd edib. 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunduğunu deyən Prezident İlham Əliyev bu sahədə əldə edilən uğurlardan danışıb. Dövlətimizin başçısı ölkəmizin nüfuzunun beynəlxalq aləmdə getdikcə möhkəmləndiyini xüsusi vurğulayıb.
Prezident İlham Əliyev “The Business Year” jurnalının enerji, ticarət, biznes, investisiya, mədəniyyət və digər sahələrdə Azərbaycanı olduğu kimi təqdim etdiyinə görə yaradıcı kollektivə təşəkkürünü bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19

