/ / Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirak edən xarici ölkələrin nümayəndə heyətlərinin başçılarını qəbul edib
Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirak edən xarici ölkələrin nümayəndə heyətlərinin başçılarını qəbul edib
07.02.2013 [01:13]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirak edən xarici ölkələrin nümayəndə heyətlərinin başçılarını qəbul edib.
Nümayəndə heyətlərinin başçılarını salamlayan dövlətimizin başçısı xarici ölkələrin Həmkarlar İttifaqları nümayəndələrinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirakını ölkələrimizin müvafiq strukturları arasında mövcud olan yaxşı əməkdaşlığın göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycan ilə qonaqların təmsil etdikləri ölkələr arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Dövlətçiliyin möhkəmləndirilməsində, zəhmətkeşlərin hüquqlarının müdafiə olunmasında həmkarlar hərəkatının rolunu yüksək qiymətləndirən dövlətimizin başçısı milyonlarla insanı özündə birləşdirən həmkarlar ittifaqları arasında sıx əlaqələrin yaradılmasının önəmini qeyd edib. Azərbaycandakı iqtisadi inkişafa toxunan Prezident İlham Əliyev son illər yeni iş yerlərinin açılması, işsizliyin aradan qaldırılması istiqamətində mühüm addımların atıldığını deyib və həmkarlar təşkilatlarının fəaliyyətinin daha da genişləndiyini vurğulayıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayının yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Rusiya Federasiyası Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibinin müavini Valeri Yuriyev ölkəmizdə həmkarlar hərəkatına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Belarus Həmkarlar İttifaqları Federasiyasının sədri Leonid Kozik Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını və belarus xalqının ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, Aleksandr Lukaşenkonun ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərini çox yüksək qiymətləndirdiyini deyib. Leonid Kozik Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ilə görüşlərini ehtiramla xatırlayıb. Son illər ölkəmizdə gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyən qonaq həmkarlar hərəkatına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Dövlətimizin başçısı Prezident Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş edib.
Aleksandr Lukaşenkonun Azərbaycana və özünün Belarusa rəsmi səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq əlaqələrinin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Oleq Budza Moldova Respublikasının Prezidenti Nikolaye Timoftinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Azərbaycanda həyata keçirilən quruculuq işlərinin onlarda böyük təəssürat yaratdığını deyən Oleq Budza ölkəsində Heydər Əliyev adına idman kompleksinin inşası ilə bağlı həyata keçirilən layihəyə görə minnətdarlığını ifadə edib.
Dövlətimizin başçısı Prezident Nikolaye Timoftinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Moldova dövlətinin başçısına çatdırmağı xahiş edib.
Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Tənzilə Narbayeva Prezident İslam Kərimovun salamlarını dövlətimizin başçısına çatdırıb. Azərbaycan və Özbəkistan prezidentlərinin xidmətləri nəticəsində ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçılarının rəhbərliyi ilə ölkələrimiz arasında indiyə qədər əlaqələrimizin genişləndirilməsinə dair 100-dən çox sənədin qəbul olunmasının önəmini qeyd edən qonaq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə rəhbərlik etdiyi qurum arasında əməkdaşlığa dair imzalanan memorandum əhəmiyyətini vurğulayıb.
Dövlətimizin başçısı Prezident İslam Kərimovun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana, Özünün isə Özbəkistana rəsmi səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində bu səfərlərin əhəmiyyətini qeyd edib.
Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubiley döş nişanını Prezident İlham Əliyevə təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31

