Şanlı zəfərin qürurlu tarixi
15.09.2024 [10:10]
Bu gün Bakının işğaldan azad edilməsindən 106 il ötür
Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 106-cı ili tamam olur. Bakının azad edilməsi Azərbaycanın və Azərbaycan xalqının tarixində ən şərəfli, qürurlu səhifələrdən biridir.
1918-ci il mayın sonlarında Zaqafqaziya Seymi dağılması ilə mayın 28-də Azərbaycan öz müstəqilliyini elan edib, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun qarşısında duran əsas problemlərdən biri, bəlkə də birincisi paytaxt məsələsi idi. Həmin zaman Bakı şəhəri hələ də Stepan Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında olduğundan, milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşməli oldu. Lakin milli hökümətin varlığının güclənməsi, ümumiyyətlə illər, əsrlər sonrakı özgürlük taleyinin həlli üçün Bakının xilası həyati önəm daşıyırdı. Bakı olmadan müstəqil Azərbaycan başsız bədənə bənzəyirdi. Bu səbəbdən Xalq Cümhuriyyətinin başlıca vəzifəsi Bakının işğaldan azad edilməsi idi. Lakin milli hökümətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvə vardı ki, bu da Bakı Sovetinin 18 minlik qoşununa qarşı çox az idi. Bu fərqlə hərbi əməliyyatlardan söhbət belə gedə bilməzdi.
Belə bir vəziyyətdə Azərbaycana kömək edəcək yeganə qüvvə Osmanlı idi. Cümhuriyyətin qurulması ərəfəsində Azərbaycan təmsilçiləri İstanbula gedərək Osmanlı Türkiyəsindən dəstək istəmişdilər. Türkiyənin hərbi naziri Ənvər Paşa vəziyyəti nəzərə alaraq qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz istiqamətindən Gəncəyə doğru hərəkət etmək barədə əmr vermişdi.
Həmçinin, 1918-ci il iyunun 4-də müstəqil Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında «Qarşılıqlı yardım və dostluq haqqında” imzalanan müqaviləyə əsasən, Osmanlı hökuməti lazım olan vaxtda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü.
Lakin Bakı Sovetinin bolşevik-daşnak ordusu Milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 10-da Gəncə istiqamətində hücuma başlamışdı.
İyunun 23-də Azərbaycan hökuməti ölkədə hərbi vəziyyət elan etdi. 27 iyun-1 iyul tarixində Nuru paşanın komandanlıq etdiyi, Osmanlı və Azərbaycan türklərindən ibarət olan Qafqaz İslam ordusu Göyçay ətrafındakı döyüşlərdə müharibənin taleyini həll etdi. Bakı Sovetinin qoşunlarının Gəncəyə yürüşünün qarşısı alındı və Qafqaz İslam ordusu Bakı istiqamətində əks hücuma başladı. Daşnak-bolşevik qoşunu darmadağın edilərək geri çəkilmək məcburiyyətində qaldı. Bir-birinin ardınca Göyçay, Kürdəmir, Ağsu, Şamaxı daşnak-bolşevik işğalından azad edildi. Artıq növbə Bakının idi.
Həmin vaxt bolşeviklərə qarşı olan və Çar Rusiyasının İran ərazisində hərbi əməliyyat aparan kazak dəstəsinin komandanı polkovnik Lazar Biçeraxovun qoşunu da Bakıda idi. Biçeraxova tabe qüvvələr Bakının şimalındakı Biləcəri stansiyasında müdafiə mövqeyi tutmuşdu.
Bakı Xalq Komissarları Sovetinin həyata keçirdiyi antiazərbaycan siyasəti bolşeviklərin tamamilə nüfuzdan düşməsinə və 1918-ci il iyulun 31-də onların istefasına gətirib çıxartdı. Bundan istifadə edən eser-menşeviklər və daşnaklar avqustun 1-də Bakıda oyuncaq Sentrokaspi Diktaturası adlanan idarəetmə orqanı yaratdılar. Bu orqan da ilk gündən bolşeviklərə divan tutmaq və Cənubi Azərbaycanda olan ingilis qoşununu Bakıya dəvət etmək mövqeyi tutdu. Avqustun 4-də 300 zabit və əsgərdən ibarət ilk ingilis dəstəsi Bakıya gəldi.
Bakının azad edilməsi üçün ilk cəhd 1918-ci il avqustun 5-də göstərildi. Həmin gün Qafqaz İslam ordusu Əlahiddə Azərbaycan korpusu ilə birgə Qurd qapısı istiqamətindən Bakı üzərinə hücuma keçdi. Lakin təəssüf ki, ilk hücum uğursuzluqla nəticələndi.
Avqustun 17-də Bakı neftinə sahib olmaq və Qafqaz İslam ordusunu şəhərə buraxmamaq tapşırığı almış Britaniya ordusunun generalı Lionel Denstervil Bakıya təxminən min nəfərlik qoşun çıxartdı. Biçeraxov general Denstervillə gizli razılığa gələrək, türk qoşunlarına qarşı birgə əməliyyat aparmağa hazır olduğunu bildirmişdi. Lakin Biçeraxov iyulun 30-da Qafqaz İslam ordusu qarşısında məğlubiyyətin labüd olduğunu görərək dəstəsini cəbhə xəttindən çıxarıb Port-Petrovsk (indiki Maxaçqala) istiqamətində şimala çəkildi.
Qafqaz İslam Ordusu sentyabrın 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Sentyabrın 15-də Sentrokaspi Diktaturası məğlub oldu. Osmanlı və Azərbaycan türklərindən ibarət qüvvələrin birgə səyi sayəsində Bakı uğrunda aparılan iki günlük hərbi əməliyyatlar parlaq qələbə ilə nəticələndi.
Sentyabrın 16-da şanlı qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru paşa, Xəlil paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri və Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər.
Paraddan sonra adları çəkilən şəxslər və hökumət rəsmiləri qoşun bölmələrinin müşayiəti ilə Bakıya daxil oldular. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.
Xilaskar Osmanlı ordusu təkcə Bakının azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlar zamanı 1130, ümumiyyətlə Azərbaycan uğrunda 5 minə yaxın şəhid vermişdi. Türk ordusunun Azərbaycanda hərbi əməliyyatlar keçirdiyi bölgələrdə 10-larla şəhidlik mövcuddur.
1918-ci il sentyabrın 15-də Bakının yadelli işğalçılardan azad edilməsi təkcə Azərbaycan üçün yox, bütün Türk dünyası üçün həyati əhəmiyyətli idi. Çünki Bakı ta qədimdən Azərbaycanın elm, mədəniyyət, incəsənət mərkəzi olmaqla yanaşı, həm də Türk dünyasının əsas şəhərlərindən biridir. 106 il öncə Bakının xilas edilməsi onun bu gün ölkəmizin paytaxtı olmasına rəvac verən və bunu şərtləndirən əsas amildir. Bu uğurda canlarını fəda edən türk şəhidləri isə Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tarixə qanla həkk olunmuş məhəng daşıdır. Buna görə də 15 sentyabr Bakının işğaldan azad olunması ilə yanaşı, həm də Türkiyə-Azərbaycan qardaşlığının əbədiyyət qazandığı tarixdir.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20

