Azərbaycan regional mərkəzdən qlobal mərkəzə çevrilir
04.12.2012 [02:01]
Prezident İlham Əliyev: Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkəyə çevrilibdir
Sirr deyil ki, Azərbaycanın inkişafı onu regionda siyasi, iqtisadi, mədəni və hərbi cəhətdən əsas mərkəzə çevirib. Belə ki, Azərbaycanın mövqeyi Cənubi Qafqaz regionundakı siyasi proseslərə təsir etmək gücündədir. Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlayan Ermənistanın hələ də diplomatik və iqtisadi blokada şəraitində qalması bunu təsdiq edən mühüm amildir. Eyni zamanda, maliyyə imkanları və hərbi büdcəsi durmadan artan Azərbaycan özünün müdafiə qabiliyyətini möhkəmləndirərək, regionda ən güclü orduya sahib olub.
Azərbaycanı regional mərkəzə çevirən amillərdən biri də iqtisadi faktordur. Azərbaycan iqtisadiyyatı bölgə iqtisadiyyatının təxminən 80 faizini təşkil edir. Həmçinin, regionda qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində məhz ölkəmizin iqtisadi, enerji potensialı və siyasi iradəsi həlledici rol oynayıb.
Azərbaycan həm də regionda mühüm mənəvi-mədəni mərkəzə çevrilib. Ölkədə mövcud olan geniş elmi potensial və xarici aləmlə qurulan əlaqələr, mədəniyyətimizin inkişaf səviyyəsi, Azərbaycan cəmiyyətinin beynəlxalq aləmə inteqrasiyası, hər il keçirilən çoxsaylı beynəlxalq mədəniyyət tədbirləri və digər amillər respublikamızın bölgədə həm də mədəniyyət mərkəzi kimi formalaşmasına rəvac verib.
Lakin son bir neçə ildə əldə olunan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan bir çox faktorlar üzrə nəinki regional, hətta qlobal mərkəzə çevrilməkdədir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu. Bu onu göstərdi ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş mərasimdəki nitqində də söylədiyi kimi, “Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkəyə çevrilibdir”. TŞ-yə üzv olmaqla Azərbaycan ən ali qurumda qərarların qəbulunda iştirak etmək, dünyada gedən müxtəlif proseslərə öz münasibətini bildirmək, eləcə də, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünyanın diqqətinə çatdırmaq imkanı əldə etdi. Qurumda fəaliyyət göstərdiyi bir ilə yaxın müddətdə Azərbaycan beynəlxalq hüquqa və ədalət prinsipinə göstərdiyi hörmətlə layiqli üzv olduğunu təsdiq etdi. Azərbaycan, həmçinin, artan nüfuzundan yararlanaraq müxtəlif dövlətlərlə ikitərəfli əlaqələri daha da möhkəmləndirdi, bir sıra regionlardakı dövlətlərlə yeni münasibətlər qurdu. Bütün bunlar onu göstərir ki, Azərbaycan beynəlxalq əlaqələrini durmadan genişləndirir. Bununla, ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də, ölkəmizə olan etimadı artırır.
Azərbaycanın qlobal mərkəzə çevrilməsini göstərən ən bariz cəhətlərdən biri ölkədə keçirilən çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərdir. Təkcə son aylarda keçirilən beynəlxalq tədbirlərdən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasını, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Parlament Məclisinin Baş Assambleyasının 40-cı plenar iclasını, QİƏT ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunu, İqtisadi Əməkdaşlıq Təşkilatının XII sammitini və başqalarını qeyd etmək olar. Bu cür beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə nüfuzlu siyasi xadimi, ayrı-ayrı sahələr üzrə ekspertləri, həmçinin, mətbuat nümayəndələri bir araya gələrək müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul edirlər. Bu o deməkdir ki, Azərbaycanın şəhərləri, xüsusən də paytaxt Bakı qlobal problemlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməkdədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev qeyd olunan mərasimdəki nitqində ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini yüksək vurğulayıb: “Bakıda, demək olar ki, hər həftə keçirilən bütün beynəlxalq tədbirlər, beynəlxalq forumlar, Humanitar Forum, İnternet İdarəçilik Forumu, digər mədəni tədbirlər ölkəmizi və paytaxtımızı nəinki regional mərkəzə çeviribdir, - bu, artıq keçmişdə qalıbdır, - ölkəmizi qlobal dünya xəritəsində ciddi mərkəzə çeviribdir”.
Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də qlobal mərkəz rolunu oynayır. Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Humanitar Forumun keçirilməsi Azərbaycanın mədəniyyətlərin inteqrasiyasına verdiyi töhfələrdən xəbər verir. Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Çünki Avropa və Asiya qitələrini enerji layihələri və “TRASECA” çərçivəsində iqtisadi cəhətdən birləşdirmək imkanlarına sahib olan, beynəlxalq siyasi görüşlərin aparıldığı, tolerantlıq və multikulturalizm diyarı olan Azərbaycan humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22

