Ənənəvi dəyərlər ən böyük sərvətimizdir!
15.08.2024 [10:14]
İlham Əliyev: Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurub
Hazırda bəşər sivilizasiyası yüksək səviyyəyə çatıb. Dördüncü sənaye inqilabı dövründə innovativ texnologiyalar həyatın bütün sahələrinə nüfuz edib, internet dünyanı, necə deyərlər, kiçik kəndə çevirib və bir ovuc içinə sığışdırıb. Belə bir şəraitdə tərəqqi, ölkələr, xalqlar arasında ünsiyyətin, əlaqələrin dərinləşməsi üçün daha geniş imkanlar yaransa da, qarşıya yeni çağırışlar da çıxıb. Elmi-texniki tərəqqinin sürətli inkişafının nəticəsində geniş vüsət alan qloballaşma şəraitində meydana çıxan əsas çağırışlardan biri isə xalqların fərqli mədəniyyətlərinin, milli-mənəvi dəyərlərinin qorunması ilə bağlıdır.
Milli dəyərlərə əsaslanan dövlət siyasəti
Qloballaşma şəraitində ölkəmizi fərqləndirən və respublikamızı daha güclü edən amillərdən söhbət açarkən ilk növbədə onu vurğulamaq lazımdır ki, Azərbaycan tarixdən gələn milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinə böyük önəm verən dövlətdir. Dünya birliyinin suveren aktoru olan respublikamızın ideoloji əsasları, daxili və xarici siyasətin prioritetləri məhz milli dəyərlər və milli maraqlar üzərində formalaşıb. Yeni Azərbaycan Partiyasının (YAP) seçki platformasında vurğulandığı kimi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, xalqımıza məxsus yüksək keyfiyyətlərin dünyada tanıdılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Bu siyasətin əsasını və möhkəm özülünü isə milli ruhlu siyasətçi olan Heydər Əliyev qoyub. Mədəniyyətimizin Heydər Əliyev erası xalqımızın bütövlükdə, milli-mənəvi dəyərlərə yeni münasibətinin formalaşdığı dövr kimi xarakterizə olunmaqdadır. Bu dövrün mədəni tərəqqisinin əsas xarakteristikası ondan ibarətdir ki, Heydər Əliyevin həyata keçirdiyi mədəniyyət siyasəti ölkəmizin milli-mənəvi dəyərlərinin qorunmasına, təbliğinə və inkişafına güclü zəmin yaradıb, onu yeni-yeni çalarlarla zənginləşdirib.
Sonrakı mərhələdə Prezident İlham Əliyev bu sahədə siyasəti eyni ardıcıllıqla davam etdirib. Prezident İlham Əliyev Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri ilə keçirdiyi görüşlərdə zəngin tariximizin, milli-mənəvi dəyərlərimizin qürur mənbəyimiz olduğunu dəfələrlə bəyan edib. “Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır”, - deyə dövlətimizin başçısı ölkəmizin “Bakı prosesi” çərçivəsində ev sahibliyi etdiyi qlobal tədbirlərdən birində vurğulayıb.
Ümumiyyətlə, milli-mənəvi dəyərlərin qorunması, cəmiyyətdən gələn sosial sifarişlərin dövlət siyasətində prioritet istiqamətlər kimi müəyyənləşdirilməsi Prezident İlham Əliyevin fəaliyyətindən qırmızı xətt kimi keçir. Dövlət başçısı qloballaşma şəraitində milli dilimizin inkişafına və yad təsirlərdən qorunmasına, Azərbaycan ədəbiyyatının latın qrafikası ilə nəşrinə, zəngin mədəniyyətimizin təbliğinə, tariximizin araşdırılmasına dair çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıb. Ölkəmizdə bütün milli və dini bayramlar dövlət səviyyəsində qeyd edilir.
Zəngin İslam mədəniyyəti...
Qədim tarixə malik Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin formalaşmasında və zənginləşməsində İslam dini mühüm rol oynayıb. VII-VIII əsrlərdən etibarən xalqımızın həyat tərzi, mədəniyyəti, məişəti bəşəriyyəti saflığa, birliyə səsləyən İslam dini ilə sıx vəhdətdə olub və təbii ki, bu dinin çağırışları xalqımızın həyata baxışının, yaşam fəlsəfəsinin formalaşmasına öz müsbət təsirini göstərib.
Keçmiş sovet rejimi Azərbaycanın da tərkibində olduğu ittifaqın ərazisində digər dinlər kimi, İslam dininə də sərt qadağalar qoymuşdu. Ancaq xalqımız bu qadağalara baxmayaraq 70 il ərzində etiqadını, İslam dininə sadiqliyini qəlbində qoruyub saxladı. Azərbaycan ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqillik qazandıqdan sonra adət-ənənələrimizə, o cümlədən də İslam dininə münasibət tamam dəyişdi. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, indi onların sayı iki mini ötüb, həmçinin ölkə ərazisində 700-dən çox pir və ziyarətgah fəaliyyət göstərir. Hazırda respublikamızda təxminən 300 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Cənubi Qafqazda ən böyük məscid 26 dekabr 2014-cü il tarixində məhz Azərbaycanda istifadəyə verilib. Bu məscid görkəmli siyasətçi Heydər Əliyevin adını daşıyır.
Ölkə ərazisində tarixi dini abidələrin qorunmasında və bərpasında Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu yaxından iştirak edir. Hazırda Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərimizdə ermənilər tərəfindən dağıdılmış dini abidələrimizə ikinci həyat verilir. Onlar tarixi fotolara istinad edilməklə bərpa olunur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu şərəfli missiyanı Heydər Əliyev Fondu öz üzərinə götürüb. Artıq bir sıra abidələrin bərpası tamamlanıb, digərlərində isə işlər intensiv şəkildə davam etdirilir.
Qloballaşma şəraitində əsas hədəflər
Qloballaşma şəraitində milli-mənəvi dəyərlərin yaşadılmasıvə mədəni irsin qorunması istiqamətində qarşıda bir sıra mühüm hədəflər var. O cümlədən xalqımızın tarixi, dili, ədəbiyyatı və mədəniyyətinin hərtərəfli inkişafına və təbliğ olunmasına çalışmalıyıq.
Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası əsasında milli kimliyin və mədəni müxtəlifliyin qorunması qarşımızda duran mühüm vəzifələrdən biridir. Hazırda əsrlərlə formalaşmış milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, o cümlədən ailə institutumuzun mənfi təsirlərdən qorunması heç vaxt olmadığı qədər zərurətə çevrilib. Biz həmçinin mədəniyyətlərarası dialoq siyasətinin davam etdirilməsinə, multikulturalizm və tolerantlığın mənəvi dəyərlərimizin tərkib hissəsi kimi təşviqinə çalışmalıyıq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45

