/ / Prezidentdən mesaj: Ermənistanın konstitusiyası dəyişməzsə, sülh sazişinin bağlanması mümkün deyil
Prezidentdən mesaj: Ermənistanın konstitusiyası dəyişməzsə, sülh sazişinin bağlanması mümkün deyil
08.06.2024 [09:45]
Ermənistan Azərbaycanla münasibətlərin normallaşması, sülhün imzalanması üçün daha çox maraqlı olmalıdır. Ortadakı obyektiv səbəblərlə (iqtisadi geriləmənin aradan qalxması, siyasi böhranın sonlanması, sosial çətinliklərdən yaxa qurtarmaq) yanaşı, subyektiv səbəblər (Ermənistanın suveren dövlət olaraq özünü siyasi münasibətlər sistemində təsdiqləməsi, ciddi şəkildə sərhədlərinin müəyyənləşməsi və tarixdə ilk dəfə özünü dövlət kimi təsbit etmək imkanının yaradılması) də kifayət qədərdir. Qeyd edildiyi kimi, Azərbaycanın təqdim etdiyi sülh şərtləri beynəlxalq hüquqa söykənməklə, mövcud həqiqətləri əks etdirməklə yanaşı, Ermənistanın özünü real dövlət olaraq təsdiqləməsi üçün yeni zəmin yaradır - burada yer alan müddəalar Ermənistanın qlobal arenada suveren dövlət kimi yer tapması üçün şəraitin formalaşdırılması deməkdir. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması məsələsi daha çox Ermənistan üçün vacib şərt kimi önə çıxır - çünki bütün dünya, aparıcı beynəlxalq təşkilatlar, BMT və digər təsisatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən sənədlər qəbul edib, onu təsdiqləyiblər. Ermənistanın Azərbaycan ilə sülh bağlaması, sərhədlərini müəyyənləşdirməsi isə rəsmi İrəvanın dövlət kimi tanınması üçün ilkin şərt rolunu oynayacaq. Sülh şərtlərində digər əsas məsələlər kimi önə çıxan dövlət sərhədinin delimitasiyası və demarkasiyası artıq reallığa çevrilir. Bu isə özlüyündə digər şərtlərin - diplomatik münasibətlərin qurulması, o cümlədən nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasını, ən əsası isə dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması şərtini aktuallaşdırır.
Bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda...
Bu məsələ həm BMT-nin təməl prinsiplərinə, həm də digər beynəlxalq qanunvericiliyə əsaslanır. Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımaqla yanaşı, Azərbaycana qarşı əsassız ərazi iddialarından rəsmən əl çəkməlidir. Eyni zamanda, İrəvan imzalanacaq sülh üçün münbit zəminin formalaşması üçün bunu rəsmiləşdirməlidir - 200 ilə yaxındır ki, Azərbaycana qarşı əsassız torpaq iddiaları irəli sürən, işğal siyasəti aparan Ermənistan artıq bu iddialarından geri durmalıdır. Onlar anlamalıdırlar ki, bu cür xəstə təfəkkürə söykənən əsassız iddialar iki xalqın arasında münasibətlərin kəskinləşməsi ilə yanaşı, normal qonşuluq münasibətlərinin yaranmasına da mane olur.
Bunun üçün isə ilkin şərt Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsidir. Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən bildirib ki, bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim heç vaxt heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiamız olmayıb və yoxdur: “Onların bizə qarşı ərazi iddiaları var idi. Məhz onların konstitusiyasına sonradan daxil olan müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var. Məhz onların ideologiyasında, siyasətində və ictimai diskursunda Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq eşidilir. Azərbaycanlılar və türklər məhz onların cəmiyyətində kiçik yaşlarından düşmən obrazında təqdim edilirlər. Millətçilər və hərbi cinayətkarlar tərəfindən zəhərlənən onların cəmiyyətidir. Ona görə də onlar bu məsələlərlə məşğul olmalıdırlar. Təbii ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil. Biz bu sualı qaldıranda mən dedim və yenə də demək istəyirəm, ona görə yox ki, biz onların daxili işlərinə qarışırıq, qətiyyən yox, amma bu, bizə aiddir. Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda biz Ermənistanla sülh sazişi bağlaya bilmərik”.
Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiası irəli sürmək intihardır
Söhbət ondan gedir ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərar yer almaqdadır. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Türkiyəyə qarşı iddialara gəldikdə isə bu ölkənin gerbində yer alan yersiz iddia ilə yanaşı, konstitusiyada 1915-ci ildə Osmanlı dövlətində qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanır. Eyni zamanda, bu sənəddə Ermənistanın 1918-ci ildə qurulan Ermənistan dövləti ilə əlaqəsinə də toxunulmur. Yəni Ermənistan bölgədə özünü suveren və müstəqil dövlət kimi sübut etmək, qonşuları ilə normal münasibət yaratmaq, bölgənin bir parçasına çevrilmək istəyirsə, əsas sənədindəki bu çatışmazlıqları aradan qaldırmalıdır. Ermənistanın Azərbaycana və ya Türkiyəyə qarşı hansısa bir “iddia” irəli sürməsi yersizdir - çünki bu gün Ermənistanın da yerləşdiyi bölgənin siyasi-iqtisadi təhlükəsizliyinin məsuliyyəti bu iki qardaş ölkənin üzərindədir. Ermənistanın özünün əsassız və yalan fikirlərində “israr” etməsi isə İrəvan üçün yalnız faciə gətirə bilər. Prezident İlham Əliyev bildirib ki, sırf praktiki baxımdan, hətta xəritəyə baxın: “Ermənistan orada hansı yeri tutur, Türkiyə hansı yeri tutur. Sadəcə olaraq, iki ölkənin hərbi potensialını, demoqrafik potensialını, iqtisadi potensialını müqayisə edib sonra Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək intihar etmək deməkdir. Yaxud, 2020-ci və 2023-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır. Ona görə də onlar öz ideologiyalarını, cəmiyyətdəki əhvali-ruhiyyəni dəyişməlidirlər. Bu, zaman tələb edir. Onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir. Ancaq yenə də demək istəyirəm ki, biz sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması istiqamətində konstruktiv işə sadiqik”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

