Ana səhifə »  Elm »  ADA Universitetinin təsisçi rektorundan zəruri liderlik dərsləri
A+   Yenilə  A-
ADA Universitetinin təsisçi rektorundan zəruri liderlik dərsləri

Bu günlərdə ADA Universitetində Hacı Zeynalabdin Tağıyev adına mükafatlandırma tədbiri keçirildi. Bu tədbirdə ən yaxşı Sosial Məsuliyyət layihələri mükafatlandırıldı. Azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunan və hər il təşkil edilən Sosial Məsuliyyət layihələrinin mükafatlandırılma mərasimini xüsusi edən cəhət onun ADA Universitetinin missiyasına uyğun olaraq sosial rifahı düşünən tələbələrə motivasiya olmasıdır.
Bu fikirlər ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdalın “ADA Universitetinin təsisçi rektorundan zəruri liderlik dərsləri” məqaləsində yer alıb.
AZƏRTAC məqaləni təqdim edir.
Hər il olduğu kimi bu il də ADA Universitetinin tələbələri tərəfindən təqdim olunan kreativ, tələbatlara uyğun və yüksək sosial təsirə malik olan layihələr mükafatlandırıldı. Mükafata layiq görülən “Go girls” (İrəli qızlar) layihəsində Azərbaycanda gənc qızların dəqiq elmlərə marağını artırmaq, “Gizli Azərbaycan” layihəsində ölkəmizin daha az tanınan və ya heç tanınmayan gözəl guşələrini kəşf etmək və “Thriving artist” (Çicəklənən rəssamlar) layihəsində Azərbaycanın gənc rəssamlarını bir onlayn platformada toplamaq kimi hədəflər qarşıya qoyulub.
Pandemiya şəraitində bu cür layihələri təşkil etmək və reallaşdırmaq təqdirəlayiqdir
Təxminən bir ildən çoxdur ki, biz pandemiya ilə mübarizə aparırıq və bu şəraitə artıq müəyyən dərəcədə uyğunlaşmışıq. Universitetimiz canlı kampusdan virtual kampusa keçib. Burada mühit fiziki kampusdakı mühitdən heç də fərqlənmir. Öyrənməyə sövq edən canlı dərslər, virtual forum və müzakirələr, sorğular, qruplarla iş, “balaca adam” düyməsinə basaraq əl qaldırmaq və sual vermək, çat hissəsində sual-cavab və ya rəy yazmaq, təqdimatlar, qiymətləndirmə vasitələrini həyata keçirməyə xidmət edən əlverişli panellər bunun bariz nümunəsidir. Tədris prosesini virtual mühitə uyğunlaşdırmaqda nə qədər uğurlu olsaq da, canlı ünsiyyətin yerini heç nə əvəz edə bilməz.
ADA Universitetinin ən vacib dəyərlərindən biri, məsuliyyətli vətəndaşlıq simvolu sayılan Hacı Zeynalabdin Tağıyev adına mükafatlandırma mərasimini az sayda iştirakçılarla olsa belə, canlı şəkildə təşkil edə bildik.
Səhnə hər zaman olduğu kimi universitetin ən gözəl guşəsində - yaşıl çəmənlikdə qurulmuşdu. Bu guşə yenı başlanğıclar guşəsidir. Hər il yüzlərlə gənc fidanlar bu çəmənliyin qoynundan həyatın qucağına atılsa da, heç vaxt öz köklərini doğma ADA-dan qoparmırlar. Əlbəttə, bu mərasim əvvəlki illərdə keçirildiyi kimi təntənəli deyildi. Düzünü desəm, bu tədbirdə biz həm çox sevincli, həm də kədərli idik. Bir tərəfdən, bütün tələbələrimizin bizimlə birlikdə tədbirdə iştirak etməməsi olduqca məyusedici idi. Digər tərəfdən layihələrin müəlliflərini kampusda canlı görmək və tanımaq bizim üçün çox xoş idi.
Hər zaman olduğu kimi yekun söz rektor Hafiz Paşayevə verildi və həmişəki kimi o, səmimi və dostyana şəkildə tələbələrlə söhbət etməyə başladı. Tələbələrlə ünsiyyətdə olmaq üçün nə qədər darıxdığı heç kəsin gözündən qaçmadı. Rektorumuzun nahar vaxtı yeməkxanada və ya tənəffüs vaxtı kampusun müxtəlif məkanlarında tələbələrlə söhbət etməyi yadıma düşdü. Rəsmiyyətsiz, bütün səmimiyyəti ilə, qayğıkeşliklə. Rektor bu minvalla tələbələri bir-bir tanıyır, onların uğurları və çətinlik çəkdikləri məqamlardan xəbərdar olur. Rektor danışarkən ADA Universitetinin qurulmasında göstərdiyi təbii idarəçilik istedadı və arxada buraxdığımız 15 il bir film kimi gözümün önündə canlandı.
ADA-nın 15 illik fəaliyyəti dövründə bizim hər birimizə: tələbələrə, müəllimlərə nümunəvi və əvəzolunmaz idarəçilik dərsi keçib. Bu dərslər müxtəlif nəzəriyyə və üslubları özündə əks etdirən həqiqi həyatdan götürülmüş dərslərdir.
Ancaq Rektoru ən yaxşı şəkildə ifadə edə biləcək bir idarəçilik yanaşması seçsək, düşünürəm ki, bu, “Xidmət liderliyi”dir. Bunu da əlavə etmək istəyirəm: heç də təsadüfi deyil ki, bir neçə gün əvvəl Hafiz Paşayev Azərbaycan Respublikasında təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ölkəsinə və xalqına xidmət etmək rektor Paşayevin təbiətindədir. Məhz buna görə də Xidmət edən lider üslubu onda çox təbii və inandırıcıdır. O, ölkəsinə bir alim, bir səfir kimi xidmət göstərib. Hazırda isə təsisçi bir rektor kimi millətinə xidmət etməyə davam edir.
Bizim ADA Universitetindəki əsas məqsədimiz ölkənin bu günü və gələcəyi üçün savadlı, səriştəli, eyni zamanda, liderlik bacarığı olan gənclər yetişdirməkdir. ADA Universiteti tələbələrimiz üçün həm də liderlik məktəbidir. Burada onlara təşəbbüs göstərmək, üzərinə məsuliyyət götürmək, cavabdehlik daşımaq, biznes qurmaq, startap yaratmaq üçün öyrənmə mühiti qurulur və təcrübə qazanmaq imkanları yaradılır. Bu səriştələri qazanmaqda onların ən böyük dəstəkləyicisi zəngin təcrübəyə sahib olan müəllimləri - rektor Hafiz Paşayevdir.
Hafiz müəllimlə geridə qoyduğumuz hər il bizim üçün çox xüsusi olsa da, bu il ikiqat əhəmiyyətlidir. Çünki bu il biz iki yubileyi - ADA Universitetinin 15 illik və Hafiz müəllimin 80 illik yubileyini qeyd etdik.
Səfir Paşayevin doğum gününü təzəcə qeyd etdiyimiz bu günlərdə ADA tələbələrinin və onu tanımaq şərəfi olan hər bir gəncin ona bəxş edə biləcəyi ən böyük hədiyyə onun müdrikliyindən, şəxsiyyətindən, iş üslubundan, insanlara, ətrafındakılara münasibətindən örnək götürüb, onun Vətənə xidmət yolunu davam etdirməkdir.
Hafiz Paşayevin “Xidmət liderliyi” aşağıdakı nümunələrlə təcəssüm etdirilə bilər:
Hədəflərə, istəklərə və arzulara davranışlarla nümunə olaraq ruhlandırmaq
Öz davranışı ilə nümunə olaraq qarşısındakını hədəf, istək və arzularına doğru addım atmağa ruhlandırmaq Hafiz müəllimin əsas xüsusiyyətlərindəndir. İctimai xidməti, dürüstlüyü, humanistliyi, hərtərəfli və müxtəlif maraqları, incəsənətə verdiyi dəyər və elmə sədaqəti ilə seçilən rektor Paşayev ADA Universitetinin əsas dəyərlərinin daşıyıcısı olduğunu öz timsalında nümunə göstərən liderdir. O, bu dəyərləri peşəkar yanaşmasında və humanist davranışlarında əks etdirməklə nümunə təşkil edir.
Məsələlərə düzgün baxış üçün maraq dairələrinizi geniş tutmaq
Hafiz Paşayev bir fizik, 17 ildən çox müddətdə ölkəsini beynəlxalq səviyyədə təmsil edən bir səfir, yazıçı, caz musiqisinin pərəstişkarı və karikaturaçı kimi müxtəlif sahələrdə özünü inkişaf etdirib. Müxtəlif sahələrə olan maraqlarını daim inkişaf etdirməsi onu yeni üfüqlərə aparıb və həmişə yeni perspektivlər tapmasına səbəb olub.
Təfərrüatlara diqqət yetirmək, çünki hər bir işin uğurlu həll yolu onun təfərrüatlarındadır
Çox az insanın qarşısına çıxan imkan və fürsətləri dəyərləndirə bilmək uzaqgörənliyinə malik olan Hafiz müəllimin, həmçinin detallara xüsusi diqqət yetirmək kimi bir xüsusiyyəti var. Bizim gözümüzdən yayınan xırda məqamlar, onun gözündən heç vaxt yayınmır. Ən maraqlısı odur ki, Hafiz müəllimin gözündən yayınmayan o xırdalıqlar axtardığımız həll yollarının açarı olur. O, həmişə bizə deyir ki, müdrik qərarlar qəbul etmək və xəyalları həqiqətə çevirmək üçün təfərrüatlara diqqət yetirmək vacibdir.
Lokanik, dəqiq və sadə yazmaq
Rektor Paşayev həmişə düşünür ki, aydın yazı aydın düşüncə qabiliyyətinin göstəricisidr. Başqa sözlə ifadə etsək, yazı bizim düşüncəmizin məhsuludur. Effektli və təsirli yazı yazmaq üçün fikirlərimizi sadə, düz və mütəşəkkil bir şəkildə təqdim etməliyik.
Rektor effektiv ünsiyyət qurmaq üçün bürokratik və akademik jarqonlardan həmişə qaçır. O, fikirlərini hər kəsin başa düşə biləcəyi təbii nitq ilə çatdırmağa çalışır. Hafiz müəllim çıxışlarına həmişə fərdi yanaşmalar əlavə edir və o, hər yazısına səmimiliyi qatmağı heç bir zaman unutmur.
Humanizmi inkişaf etdirmək üçün ədəbiyyat oxumaq
O, bədii ədəbiyyata xüsusi önəm verir və çıxışlarında həmişə mütaliə ilə məşğul olmağın nə dərəcədə vacib olduğunu vurğulayır. Rektor belə hesab edir ki, mütaliə bizim daxili aləmimizi zənginləşdirir, üfüqlərimizi genişləndirir və bizi daha humanist edir.
Qarşısındakını dinləmək və anlamaq
Rektor insanlarla ünsiyyət qurarkən səbirli, diqqətli və hörmətcil dinləyicidir. O, insanlara və onların gördükləri işə hörmətlə yanaşır. Bu da universitet daxilində həqiqi inam və əməkdaşlıq mədəniyyəti yaradır.
Təbii olmaq
Hafiz Paşayevin ən fərqli xüsusiyyətlərindən biri də onun əlçatanlığıdır. ADA Universitetinin üzvləri onu həmişə müəllim, işçi heyəti və tələbələrlə ünsiyyət qurarkən görə bilər. O düşünür ki, lider başqalarının rifahını yaxşılaşdırmaq üçün həmişə ətrafındakı insanları dinləməli və lazım gəldikdə özünü onların yerinə qoymağı bacarmalıdır.
Qayğıkeş olmaq
Rektor universitetin hər bir üzvünə dəyər verərək rəhbərlik edir. O, əməyi həmişə qiymətləndirir və qarşıya qoyulan hədəflərin peşəkarlıqla yerinə yetirilməsinə çalışır. Qayğıkeş bir lider olmaq onun ən əsas keyfiyyətlərindən biridir. Rektor düşünür ki, təşkilati idarəetmədə insanlara qayğı və diqqət göstərmək işin əsas təməlidir.
Hacı Zeynalabdin Tağıyev adına mükafatlandırma tədbirində təqdim olunan Sosial Məsuliyyət layihələri bir daha sübut etdi ki, tələbələrimiz və gənclərimiz xalqımıza və ölkəmizə daim xidmət etməyə hazır olan gənc peşəkarlarımızdır. Bu hədəfə onları öz nümunəvi fəaliyyəti ilə ruhlandırıb aparan rektorları isə Hafiz müəllimdir.

 
  • Oxunub:  4890  |  
  • Tarix:  17-05-2021  |  
  •    Çap et   |  
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir

30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
30 İyul 12:18
Paytaxt üzrə birinci sinfə qəbulla bağlı 44 min 975 elektron müraciət daxil olub
30 İyul 11:52
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
30 İyul 11:41
Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib
30 İyul 11:30
İsrail və Azərbaycan şirkətləri arasında anlaşma memorandumu imzalanıb
30 İyul 11:09
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək
30 İyul 11:08
İdarələrarası Mərkəzin işçi qrup heyətinin işğaldan azad olunan ərazilərə səfəri başlayıb
30 İyul 10:50
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb
30 İyul 10:35
Səhiyyə nazirinin birinci müavini Reabilitasiya Mərkəzində şəhid ailələrinin övladları ilə görüşüb
30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
29 İyul 20:04
Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır
29 İyul 17:47
Akademik Rəfael Hüseynov: Nizami Gəncəviyə həsr olunana Bursa konfransı insanların bəşəri dəyərlər ətrafında birləşməsinə böyük töhfədir
29 İyul 17:32
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri və nümayəndə heyətlərinin üzvləri Füzuli rayonunda olublar
29 İyul 17:30
İyulun 29-da Azərbaycanda 84 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurdurulub
29 İyul 17:20
Azərbaycanda yeni növ koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb
29 İyul 17:05
Səkkiz ayda “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub
29 İyul 16:59
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA