ADA Universitetinin İxtisasartırma Proqramları üzrə bu il təlim kursları yekunlaşıb
30.12.2020 [09:29]
ADA Universitetinin İxtisasartırma Proqramları 2020-ci il üzrə nəzərdə tutulan təlim kurslarını uğurla başa çatdırıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, pandemiya səbəbindən təlimlər onlayn formatda təqdim edilsə də, İxtisasartırma Proqramları dövlət və özəl sektoru təmsil edən bir çox iştirakçını bir araya gətirə bilib.
ADA Universiteti bu il sentyabrın 21-dən dekabrın 15-dək Azərbaycanın 20-dən çox ölkəsindəki səfirlik və nümayəndəliklərini, nazirliklər də daxil olmaqla, müxtəlif dövlət qurumlarını təmsil edən iştirakçılara “Diplomatlar üçün Xarici Siyasət Proqramı”nı təqdim edib. 25 günlük proqram yüksək rütbəli diplomatlardan, rəhbərlik tabeçiliyindəki diplomatik korpus əməkdaşlarından və dövlət qulluqçularından ibarət 3 fərqli hədəf qrupu üçün nəzərdə tutulub. Fərqli hədəf qruplarından olan iştirakçılar ümumilikdə 25 seminar, təlim və vebinarın iştirakçısı olublar. Proqramın xüsusilə pandemiya dövründə diplomatların peşəkar tələblərinə uyğunlaşdırılan məzmunu böhran şəraitində ictimai diplomatiya, bu şəraitdə konsulluq xidmətlərinin idarə edilməsi, kiber diplomatiya və eləcə də böhran vəziyyətində media əlaqələri mövzularını əhatə edib.
Bundan başqa, proqram siyasi təhlilin aparılması, həmçinin iqtisadi vəziyyət, pandemiyanın enerji bazarlarına təsiri, postpandemiya dövrünün qlobal məsələləri və dəyişən beynəlxalq nizam, bu dövr üçün aktual danışıq bacarıqları, liderlik, Davamlı İnkişaf Məqsədləri və s. mövzuları əhatə edib. Proqram məzunlarının sayı 76 nəfərdir.
İxtisasartırma Proqramlarının Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (Agentlik, AlDA) ilə birgə təşkil etdiyi “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” bu il oktyabrın 5-16-da keçirilib. Proqram 11 Afrika ölkəsindən 14 gənc və peşəkar diplomatın iştirakı ilə təşkil edilib. Builki proqramın məzmunu böhran dövründə siyasi təhlil, ictimai diplomatiya və media ilə əlaqələr, hazırkı qlobal problemlər və postpandemiya dövründə dəyişən beynəlxalq nizam, Davamlı İnkişaf Məqsədlərində diplomatiyanın rolu, beynəlxalq siyasət, ticarət və enerji məsələləri və s. mövzuları əhatə edib. Bundan əlavə, ünsiyyət və liderlik bacarıqları da tədris edilən mövzulardan olub.
Bu ilin noyabr ayında xarici diplomatlar üçün daha bir proqram - “Xəzər Hövzəsi Araşdırmaları Proqramı” uğurla tamamlanıb. Proqrama Azərbaycanda fəaliyyət göstərən səfirliklərdən və xarici beyin mərkəzlərindən 21 iştirakçı qoşularaq Xəzər hövzəsi üzrə geosiyasi maraqlar və regional təhlükəsizlik mövzuları başda olmaqla bir çox aktual məsələlər barədə biliklərini artırıblar. Xəzər hövzəsində baş verən tarixi hadisələr, yeni çağırış və perspektivlər, bölgədəki dini, siyasi və təhlükəsizlik amilləri, ticarət, nəqliyyat əlaqələri və enerji layihələri, eləcə də Azərbaycan xalqının milli mənsubiyyəti, ölkənin iqtisadi transformasiyası və inkişaf strategiyası, qaçqın və məcburi köçkün məsələləri proqramın əsas mövzularını təşkil edib.
Yerli və xarici diplomatlar üçün bu il onlayn formatda təqdim edilən hər üç proqramda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi əsas mövzulardan biri kimi ətraflı tədris edilib. Diplomatik proqramlar ADA Universitetinin idarəetmə heyətinin bəzi nümayəndələri və professor-müəllim kollektivi, xaricdən dəvət edilmiş təcrübəli ekspertlər və yerli dövlət qurumlarını, ölkəmizdəki beynəlxalq təşkilatları və diplomatik nümayəndəlikləri, biznes sektorundakı iri şirkətləri təmsil edən qonaq çıxışçılar tərəfindən tədris edilib. Xarici ekspertlərdən Malta Prezident Administrasiyasının rəhbəri Olaf Terribile, ADA-nın Malta, İsveçrə, Serbiyadakı tərəfdaş qurumu olan “Diplo Foundation”ın nümayəndəsi Vladimir Radunoviç, Mariliya Masiyel, Pavlina İtelson, Niderland Krallığındakı “Clingendael Academy”dən Ron Ton, Polşadakı Avropa Diplomatiya Akademiyasından Katarjina Pisarska proqramı tədris ediblər.
Bu proqramlar diplomatları müasir dövrdə, böhran şəraitində zəruri olan bilik və bacarıqlarla təmin edir, onları uğurlu diplomatik karyera qurmağa və ya bu sahədə fəaliyyətlərini təkmilləşdirməyə təşviq edir.
İnsan kapitalının inkişafı istiqamətində ADA Universiteti dövlət sektoru ilə yanaşı, özəl sektorun da nümayəndələri üçün 10-a qədər ödənişsiz vebinar, 5 “Açıq Qeydiyyat Proqramları” və sifariş əsaslı 4 “Xüsusi Təlim Proqramları” həyata keçirib.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

