/ / Azərbaycan Milli Elmlər Akademiyasında “Nəsimi ili”nin yekunlarına həsr olunan elmi sessiya keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasında “Nəsimi ili”nin yekunlarına həsr olunan elmi sessiya keçirilib
14.01.2020 [09:33]
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Nəsimi ili”nin yekunlarına həsr olunan elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Nəsimiyə həsr edilmiş kitablardan ibarət sərgi ilə tanış olublar.
Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyasında “Nəsimi ili”nin elmi töhfələri” mövzusunda məruzə ilə çıxış edib.
İsa Həbibbəyli Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarını xatırladıb. Qeyd edib ki, sərəncamlara əsasən ölkəmizdə, onun hüdudlarından kənarda və AMEA-da böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunan silsilə tədbirlər keçirilib. Bu sərəncamlar müstəqillik şəraitində insanlarda Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi, bu böyük sənətkarın dünyaya tanıdılması baxımından özünəməxsus əhəmiyyət kəsb edir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən keçirilən Nəsimi-şeir, incəsənət və mənəviyyat festivallarını xüsusi qeyd etmək lazımdır.
Akademik bildirib ki, hələ sovet dövründə Ulu Öndər Heydər Əliyevin qərarı ilə ölkəmizdə ilk dəfə Nəsiminin heykəli ucaldılıb, Bakıda rayonlardan və metrostansiyalardan birinə dahi şairin adı verilib. Nəsiminin vəfatının 600 illiyinin UNESKO-da qeyd olunması Azərbaycan mədəniyyətinin təbliği, Nəsiminin dünyaya təqdim olunması baxımından böyük rol oynayıb.
Diqqətə çatdırılıb ki, “Nəsimi ili” çərçivəsində AMEA-da yerli və beynəlxalq tədbirlər, konfrans, simpozium və dəyirmi masalar keçirilib, böyük mütəfəkkirə həsr olunan 36 kitab nəşr edilib. Dahi şairin irsi ilə bağlı geniş araşdırmalar aparılıb, onlarca monoqrafiya ölkəmizdə və xaricdə çapdan çıxıb, müxtəlif dillərə tərcümə edilib. Nəsimiyə həsr olunan çoxlu sayda əsərlərin yazılması, fundamental tədqiqatların aparılması dövlətimiz və alimlərimiz tərəfindən dahi şairin yaradıcılığına, xatirəsinə verilən böyük qiymətin təzahürüdür.
Akademik İsa Həbibbəyli “Nəsimi ili” çərçivəsində Ədəbiyyat İnstitutunda da həyata keçirilən silsilə tədbirlər, yeni nəşrlər barədə məlumat verib. Bildirib ki, belə tədbirlər Nəsimi yaradıcılığının, onun dövrünün daha dərindən öyrənilməsinə, dünyada tanıdılmasına böyük təkan verib.
İsa Həbibbəyli ölkəmizdə Nəsiminin 650 illik yubileyinə həsr olunan “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda II beynəlxalq elmi konfransın keçirildiyini xatırladıb. Konfransda xarici və yerli alimlərin, tanınmış ziyalıların iştirakını dahi Nəsimiyə xalq sevgisinin təzahürü kimi dəyərləndirib.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli mütəfəkkir şairin zəngin ədəbi irsindən, Azərbaycan ədəbiyyatında mövqeyindən danışıb. Bildirib ki, İmadəddin Nəsimi Azərbaycan dilinin saflığı, milli zəmində inkişafı və təşəkkülü uğrunda ardıcıl, mütəşəkkil şəkildə mübarizə aparan və bu mücadilədə canından keçən əsl xalq qəhrəmanı, həm də böyük cəsarət sahibi idi. Bu mənada dahi şairin zəngin irsi hər zaman aktual olaraq qalacaq, yaradıcılığı araşdırılacaq.
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Nəsimi irsinin təsir dairəsindən söz açıb. O, tarixə nəzər salaraq sovet dövründə Nəsiminin 600 illik yubileyi ərəfəsində görülən işlərdən danışıb. Azərbaycan ədəbiyyatşünaslarının tədqiqatlarını qeyd edən məruzəçi həmin dövrdə Nəsimi yaradıcılığı ilə bağlı ölkəmizin mədəni mühitində bir çox işlərin görüldüyünü xatırladıb.
Akademik Rafael Hüseynov 2017-ci ilin may ayında Parisdə UNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsini və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsini ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi kimi dəyərləndirib. Bildirib ki, Nəsimi mahiyyəti, düşüncəsi, fəlsəfəsi etibarilə insan ruhunun azadlığı deməkdir.
“Nəsiminin dünyası bu gün bütün Yer kürəsini əhatə edir”, - deyən alim ötən il Nəsimi ilə bağlı tarixdə qalacaq mühüm işlərin həyata keçirildiyini qeyd edib. Bildirib ki, “Nəsimi ili” dahi şairin və digər klassiklərimizin irsinin daha dərindən öyrənilməsinə və araşdırılmasına təkan verdi. Bu ilin nəticələri göstərdi ki, klassiklərimizə daha da yaxınlaşmalı, onları miqyaslı şəkildə bütün yönləri ilə öyrənməliyik.
Rafael Hüseynov qarşıdakı illərdə Nəsiminin anadilli “Divan”ını nəşr və təhlil etməyin zəruriliyini bildirib.
Akademik Möhsün Nağısoylu, professor Qəzənfər Paşayev, filologiya üzrə elmlər doktorları Fəridə Əzizova, Mahirə Quliyeva və digər çıxış edənlər “Nəsimi ili” çərçivəsində AMEA-da görülən işləri yüksək dəyərləndiriblər.
Sonda Nəsimiyə həsr olunan kitabların müəlliflərinə fəxri fərman və təşəkkürnamələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20

