ADA Universitetinin Məzun Forumu öz işinə başlayıb
06.07.2019 [10:19]
İyulun 5-də ADA Universitetində “PWC Azerbaijan” şirkətinin dəstəyi ilə ADA Universitetinin Məzun Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev forumun davamlı maarifləndirmə, innovativ yanaşma, şəbəkələşmə və yeni əməkdaşlıq üçün platforma yaratmaq məqsədilə keçirildiyini bildirib. Qeyd edib ki, ingilis dilində təhsil verən dövlət ali təhsil müəssisəsi olan ADA Universiteti təsis ediləndən bəri bakalavr və magistr proqramları üzrə 1300 nəfərdən çox məzun buraxıb. Onlardan 44-ü müxtəlif ölkələri təmsil edib. ADA Universitetinin məzunları hazırda ən mötəbər təşkilatlarda yüksək vəzifələrdə çalışır və dövlətimizi layiqincə təmsil edirlər. Sevindirici haldır ki, biz bu məzunları ADA-da keçirilən ilk forumda bir araya gətirə bildik. Həmçinin məzunlarımızın müxtəlif dövlət qurumlarımızda təmsil olunmasını görmək bizim üçün çox xoşdur.
“PWC Azerbaijan” şirkətinin partnyoru Fəxri Mustafayev çıxışında təhsil müəssisələri ilə biznes qurumları arasında güclü tərəfdaşlıq qurulmasının əhəmiyyətindən danışıb. O, ADA Universiteti ilə “PWC Azerbaijan” şirkəti arasında uğurlu partnyorluq münasibətləri olduğunu bildirib.
Sonra forumun əsas mövzusu üzrə tanınmış alim, ADA Universiteti rektorunun müşaviri, akademik Roald Saqdeyev çıxış edib. O, təqdimatında rəqəmsal texnologiyanın keçdiyi inkişaf yolu və onların universitet həyatına, müəllim və tələbələrə necə təsir edəcəyi barədə danışıb. Həmçinin müasir dövrdə süni intellekt texnologiyasının, robotların, virtual reallıq texnologiyalarının insanların işgüzar və sosial həyatına gələcəkdə mümkün təsirlərini qeyd edib. Akademik Roald Saqdeyev süni intellekt texnologiyasının daha geniş tətbiq olunduğunu, bu sahədən hətta ölkələrin beynəlxalq münasibətlərinin proqnozlaşdırılmasında, hərbi strategiyalarının hazırlanmasında istifadə olunduğunu bildirib.
Forum işini panel iclaslarla davam etdirib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən iclasda “Qlobal idarəetmə” mövzusu müzakirə olunub. İclasda çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov bildirib ki, müasir dövrdə texnologiyanın sürətlə inkişaf etməsi qlobal idarəetməyə də öz təsirini göstərir. Yeni ixtiralar, müasir texnoloji kəşflər tənzimləyici mexanizmlərin yaradılmasını labüd edir. Ən müasir texnologiyalara sərmayə yatıran böyük şirkətlər rəqabətə daha davamlı olur, kiçik şirkətlər isə bu rəqabətə davam gətirməyərək tədricən iflasa uğrayır. Ona görə də hökumətlər tarazlığın pozulmasını aradan qaldırmaq üçün idarəetmədə yeni mexanizmlər yaratmalıdırlar.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov qeyd edib ki, texnologiyanın inkişafı nəticəsində robotlar gələcəkdə insan əməyinin tətbiq olunduğu işlərin böyük hissəsini yerinə yetirəcək. Bu da bəzi peşələrin ləğv olunmasına və işsizliyin artmasına gətirib çıxaracaq. Buna görə də hökumətin üzərinə böyük məsuliyyət düşür. Dördüncü sənaye inqilabı insanların yeni texnologiyalarla ayaqlaşması, bu sahədə biliklərinin daha da təkminləşməsi üçün ömürboyu öyrənmək prinsipinin əhəmiyyətini qabarıq göstərir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai qlobal idarəetmənin əhəmiyyətindən və təmsil etdiyi təşkilatın bu sahədəki rolundan danışıb. BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərinə nail olunmasında yüksək texnologiyaların rolunu vurğulayan diplomat bu sahədə təşkilatların birgə əməkdaşlığının vacibliyini qeyd edib.
Forum çərçivəsində müasir dövrdə rəqəmsallaşma, diplomatiya, insan kapitalının inkişafı və s. mövzular müzakirə olunub.
İyulun 6-da öz işini davam etdirəcək forum çərçivəsində ADA Universiteti Məzunları Assosiasiyası yaradılacaq.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

