“Elmin populyarlaşdırılmasında KİV-lərin rolu” mövzusunda müzakirələr aparılıb
20.12.2018 [10:12]
Dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının mətbuat və informasiya idarəsinin təşkilatçılığı və AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə “Elmin populyarlaşdırılmasında KİV-lərin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada təşkil olunan tədbirdə AMEA institutlarının ictimaiyyətlə əlaqələr şöbələrinin müdirləri və KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatı mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev müasir cəmiyyətdə elmin populyarlaşdırılmasına böyük tələbatın olduğunu bildirərək KİV-lərin bu prosesdə rolunu xüsusi qeyd edib. O, elmin vəziyyəti haqqında etibarlı, obyektiv informasiyanın cəmiyyətə çatdırılmasında, elm və elmi biliklərin, nailiyyətlərin populyarlaşdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirərək, KİV-lərin akademik tədqiqatlara ictimai marağın artırılmasındakı rolundan söz açıb.
İdarə rəisi bu sahədə kadr hazırlığı, jurnalistlərin bir və ya bir neçə elm sahəsi üzrə ixtisaslaşması sahəsində mövcud problemlərin həllinin və elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanmasının önəmini bildirərək bu gün KİV-lərdə işıqlandırılan elmi informasiyaların keyfiyyət və kəmiyyət göstəricilərinin istənilən səviyyədə olmadığını söyləyib.
Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva elmin populyarlaşdırılmasında AMEA-nın institut və təşkilatları ilə müxtəlif media qurumları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, ölkənin 20-dən artıq aparıcı qəzet və xəbər saytında aparılan monitorinqin nəticələrini açıqlayıb. U.Rzayeva qəzet və informasiya resurslarında işıqlandırılan müxtəlif səpkili elmi materiallarda tədqiqatların mahiyyəti ilə bağlı fikirlərin elmi üslubdan kənara çıxmadığını qeyd edərək, elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanması sahəsində mövcud problemlərdən bəhs edib.
Ülviyyə Rzayeva müasir dövrdə müxtəlif sferalarda dinamik inkişaf sayəsində bir-biri ilə sıx əlaqəli olan tamamilə yeni elm sahələrinin yaranmasının elmin populyarlaşdırılması işini mürəkkəbləşdirdiyini vurğulayıb. O, bu gün biofizika, kvant biologiyası, bionika, nutrigenomika, kliodinamika, rekombinant riyaziyyat, hesablama sosiologiyası, koqnitiv iqtisadiyyat kimi olduqca mürəkkəb sahələrin meydana çıxması, aparılan araşdırmalar, əldə edilən mükəmməl nəticələrin qələm əhlindən zəngin dünyagörüşü, məhsuldar fəaliyyət, ən əsası da ixtisaslaşmaq üçün zaman tələb etdiyini bildirib. Rəis müavini KİV nümayəndələri ilə alimlər arasında sıx əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini qeyd edib. O, AMEA-nın KİV və universitetlərin jurnalistika fakültələri ilə elmin populyarlaşdırılması və təbliği işində qüvvələrini birgə səfərbər etmələrinin bu sahənin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zivəroğlu, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Dilçilik İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, dosent Təranə Şükürlü və digər çıxış edənlər elmin populyarlaşmasında AMEA ilə müxtəlif KİV-lər arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar. AMEA-nın Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin jurnalistika fakültələri ilə birgə kurs və treninqlərin keçirilməsinin, tələbələrin elmi müəssisə və təşkilatlarda istehsalat təcrübəsinin təşkilinin vacibliyi bildirilib. Çıxış edənlər, həmçinin elm jurnalistikasının inkişafında kadr təminatı məsələsindən də söz açıblar. Bildirilib ki, elm və elmi biliklərin peşəkar səviyyədə populyarlaşdırılması və təbliğində yüksəkixtisaslı kadr hazırlığı mühüm rol oynayır.
Tədbirdə bu sahənin tədrisi istiqamətində əməli addımların atılmasının vacibliyi qeyd olunaraq Azərbaycanda elm jurnalistikasının formalaşması və inkişafı tarixi, müxtəlif problemlərinin tədqiqi, o cümlədən dərs vəsaitlərinin hazırlanması və dissertasiya işlərinin müdafiəsinin zəruriliyi vurğulanıb. Təkcə jurnalistika fakültələrində deyil, digər fakültələrdə də populyar elm fənninin tədris edilməsi təklif olunub.
Mövzu ətrafında müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib.
Sonda KİV-lərin nümayəndələrinə elmin təbliğindəki xidmətlərinə görə AMEA tərəfindən təşəkkürnamələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

