“Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabı ictimaiyyətə təqdim olunub
30.03.2018 [10:30]
Martın 29-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri olan kitabın müəllifləri Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, SAM-ın aparıcı elmi işçisi Araz Qurbanov və tədqiqatçı Elşad Əlilidir. Nəşrin elmi məsləhətçisi və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylidir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Azərbaycanın və region xalqlarının tarixinin, onların maddi və qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi və saxtalaşdırılması cəhdlərindən, bu hallara qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb.
“Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabını bu sahədə atılmış növbəti addım kimi dəyərləndirən M.Əhmədov bu cür tədqiqatların erməni saxtakarlığına qarşı sanballı cavab olduğunu deyib.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Ərəstü Həbibbəyli çıxış edərək deyib ki, bu gün erməni adlandırdığımız haylar etnik kimlik deyil, zaman-zaman etnik kimliyini itirən və kilsə ətrafında birləşən ayrı-ayrı fərdlərin birliyidir. Etnik kimlik daşımayan ermənilərin müxtəlif xalqların milli-mədəni dəyərlərinə və tarixi irsinə sahib çıxmaq cəhdləri, özlərini qədim xalq kimi təqdim etmək niyyətləri məhz bundan qaynaqlanır. Kitab Ermənistan tarixşünaslığı və etnoqrafiyası tərəfindən region xalqlarına aid tarixi həqiqətlərin təhrif olunmasına, onların maddi-mədəni irs nümunələrinin mənimsənilməsi səylərinə və bu fəaliyyət arxasında gizlənən etnosiyasi məqsədlərin ifşasına həsr edilib. Bu gün Cənubi Qafqaz regionunda elə bir xalq yoxdur ki, ermənilərin onlara qarşı hər hansı bir iddiası və ya mənimsəmə cəhdləri olmasın. Bu saxtakarlıq cəhdləri təkcə ərazi iddialarında deyil, Qriqoryan məzhəbinin dini etiqad və atributlarında, Ermənistanın dövlət rəmzlərində, tarixi şəxsiyyətlərində, maddi-mədəni və qeyri-maddi mədəni irs nümunələrində - tarixi abidələrdə, kulinariyada, xalq tətbiqi sənətində, musiqidə, toponimlərdə, numizmatikada və s. özünü göstərir.
SAM-ın direktoru Fərhad Məmmədov erməni saxtakarlığının ifşa edilməsi istiqamətində Mərkəzin fəaliyyətindən danışıb, bununla bağlı istər yerli, istərsə də xarici mütəxəssislərlə sıx əməkdaşlıq edildiyini vurğulayıb. Bu gün təqdimatı keçirilən kitabın məhz belə bir əməkdaşlıq sayəsində ərsəyə gəldiyi qeyd edilib.
Nəşrin müəllifləri A.Qurbanov, E.Əlili və N.Mustafa erməni saxtakarlığının tarixinə nəzər salıb, onların ərazi iddialarının yalan üzərində qurulduğunu bildiriblər. Region xalqlarının maddi-mədəni və tarixi irsinin mənimsənilməsinin bu gün Ermənistan dövlətinin daxili və xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi vurğulanıb. Qeyd olunub ki, kitabda bütün bu məsələlər anlaşılan dildə və faktlara əsaslanaraq əksini tapıb.
Milli Məclisin deputatı Sahib Alıyev, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri, professor Qasım Hacıyev və başqaları ermənilərin psixologiyası, onların aqressivliyi, tarixi həqiqətlərin saxtalaşdırılmasında xüsusi səriştələri və digər məsələlərdən danışıblar. Bildirilib ki, erməni saxtakarlıqlarının, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunmasında bu cür nəşrlərin böyük əhəmiyyəti var. Natiqlər kitabın xarici dillərə tərcümə edilərək dünyada yayılmasının vacibliyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxSosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23

