Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
12.09.2017 [10:13]
Dünən Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gedərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Konfrans Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva hesabat məruzəsində 2016-2017-ci tədris ilində əldə olunan nailiyyətlər, perspektivlər və təhsilin inkişafı istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, 2016-2017-ci tədris ili keyfiyyətin artırılması istiqamətində bir çox layihələrin həyata keçirilməsi ilə yaddaqalan olub. M.Vəliyeva çıxışında BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin 2017-2018-ci tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini bildirib. Təhsil idarəsinin müdiri ötən dərs ili ərzində əldə olunan nailiyyətlərin müqayisəli təhsilini aparıb, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işləri diqqətə çatdırıb. Bildirib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə Bakı şəhəri üzrə 1349 boş yer təqdim edilib. İndiyə qədər 651 müəllim müvafiq işlə təmin edilib.
Son bir il ərzində BŞTİ-nin daxili nəzarət sektoru tərəfindən paytaxtdakı təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər görüldüyünü deyən M.Vəliyeva bildirib ki, müxtəlif təşkilatlar və vətəndaşlardan sektora daxil olan 426 müraciətdən 416-sı əsaslandırılaraq müvafiq qaydada cavablandırılıb, 10 müraciət isə hazırda icraatdadır. Onun sözlərinə görə, səlahiyyətlərində sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər neqativ hallar nəticəsində 3 ümumtəhsil müəssisəsinin fəaliyyəti ilə bağlı toplanmış sənədlər aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib. BŞTİ-nin 1 əməkdaşı, 15 təhsil müəssisənin rəhbəri, 13 direktor müavini, 2 müəllim, 1 laborant, 1 günü uzadılmış qrup rəhbəri vəzifədən azad edilib. Eyni zamanda, BŞTİ-nin 1 əməkdaşı, 16 məktəb direktoru, 31 direktor müavini, 78 müəllim, 1 uşaq birliyi rəhbəri intizam məsuliyyətinə cəlb olunub. Bundan başqa, 16 təhsil müəssisəsinin rəhbəri, 3 direktor müavini və 78 müəllimə xəbərdarlıq edilib.
Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki uğurlar və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Bilik günü münasibətilə təhsil işçilərini təbrik edən M.Cabbarov bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb. Nazir “Ümumi təhsildə keyfiyyət ili” elan edilmiş növbəti tədris ilinin fəaliyyət baxımından daha zəngin olacağını vurğulayıb.
Sonra 95 nömrəli tam orta məktəbin direktoru Fuad Babayev, 108 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əzət Balayeva, 162 nömrəli tam orta məktəbin məzunu, bu il qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olan Mahirə Əsədzadə çıxış ediblər.
Konfransda 2016-2017-ci tədris ilində BŞTİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sonda ümumtəhsil müəssisələrini qızıl və gümüş medallarla bitirən məzunlar mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

