Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya
11.06.2016 [09:41]
İyunun 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Birinci Türkoloji Qurultayın görünən və görünməyən tərəfləri” mövzusunda elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Bakıda keçirilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən və fəaliyyətindən danışıb.
Bildirilib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən bu qurultay türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayıb. Səkkiz gün davam edən, dövrünün möhtəşəm hadisələrindən olan birinci Türkoloji Qurultayda çox mühüm ortaq məsələlər müzakirə edilib. Türkdilli xalqlar arasında ilk dəfə ölkəmizdə keçirilən qurultayda Azərbaycan ilə yanaşı, Türkiyə, Macarıstan, Tatarıstan, Almaniya və digər ölkələrdən geniş tərkibdə nümayəndə heyəti iştirak edib, XX əsrdə türkologiyaya ən geniş baxış bu tədbirdə nümayiş olunub. Burada ədəbiyyat, tarix, folklor, etnoqrafiya və digər məsələlər geniş mənada türkoloji baxışın tərkib hissələri kimi təqdim olunub. Eyni zamanda, qurultayda türk xalqlarının inkişafında mühüm rol oynayan bir sıra qərarlar qəbul edilib. Bunların içərisində latın əlifbasına keçidlə bağlı qərarı xüsusi qeyd etmək lazımdır. Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında, milli mənəvi birliyinin formalaşmasında çox böyük əhəmiyyətə malik olan tarixi hadisədir.
Akademik İ.Həbibbəyli birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2016-cı il 18 fevral tarixli Sərəncamını yüksək dəyərləndirib. Bildirilib ki, bu il Bakıda türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayan birinci Türkoloji Qurultayın 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq və bununla əlaqədar AMEA-da bir sıra tədbirlər keçirilir.
Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu bildirib ki, birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri sayılır. Vasili Bartold, Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə, Gyula Mesaroş, Nikolay Poppe, Nikolay Aşmarin, Sergey Oldenburq, Sergey Malov, Aleksandr Miller, Teodor Menzel, Aleksandr Samoylovıç, Aqafangel Krımski və başqa onlarla dünya şöhrətli alim, maarifçi və mədəniyyət xadiminin iştirakı tədbirin möhtəşəmliyindən və nüfuzundan xəbər verir.
Qeyd edilib ki, birinci Türkoloji Qurultay türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılmasında və Azərbaycanın türk dünyasının elm-mədəniyyət mərkəzi kimi qəbul olunmasında mühüm rol oynayib, orada qaldırılan problemlərin türk xalqlarının sonrakı mədəni həyatına böyük təsiri olub.
Tədbirdə “Birinci Türkoloji Qurultayın bəzi aspektləri”, “Birinci Türkoloji Qurultayın iştirakçısı Cəfər Cabbarlı”, “Birinci Türkoloji Qurultayda folklor məsələləri”, “Birinci Türkoloji Qurultayda azsaylı xalqların əlifba və termin problemləri”, “Birinci Türkoloji Qurultayın altaylı iştirakçısı Nikolay Katanov və Sibir Türk Respublikası problemi” və digər mövzularda məruzələr dinlənilib.
Xəbər lenti
Hamısına baxSosial
07 Oktyabr 08:30
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
06 Oktyabr 00:14
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00

