/ / AMEA-da “Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri” ətraflı müzakirə edilib
AMEA-da “Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri” ətraflı müzakirə edilib
28.01.2016 [10:00]
Yanvarın 27-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.
İclasda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev “Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Akademik K.Abdullayev çıxışında XXI əsrin əvvəllərində bir sıra Qərb ölkələrinin obyektiv və subyektiv səbəblər üzündən cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində ciddi problemlərlə üzləşdikləri, bunun nəticəsi olaraq bəzi ölkələrin (Almaniya, Fransa, Böyük Britaniya) başçılarının multikulturalizm siyasətinin müasir dövrdə səmərəsiz olmasını əsas gətirərək bu siyasətin iflasa uğradığını rəsmi bəyan etmələrini diqqətə çatdırıb. Belə bir məqamda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirməsi, bu sahədə aparılan uğurlu dövlət siyasəti haqqında ətraflı məlumat verib: “Bu dövlətlərin ümumi mövqelərini 5 fevral 2011-ci ildə 47-ci Münxen Təhlükəsizlik Konfransdakı çıxışında Böyük Britaniyanın baş naziri David Kameron belə ifadə etmişdir: “Dövlət multikulturalizmi” doktrinası müxtəlif mədəniyyətləri öz adət- ənənələri ilə yaşamalarına dəstək verməklə cəmiyyətdə inteqrasiya proseslərinin qarşısını alır. Bunun nəticəsində müxtəlif icmalar, xüsusilə də, müsəlman icması cəmiyyətdəki liberal dəyərləri inkar edərək demokratik cəmiyyətimizin dəyərlərinə zidd olan dəyərləri təbliğ edirlər. Bu isə dini ekstremizmin baş qaldırması üçün şərait yaradır”. Multikulturalizmə dair Qərb dövlətləri başçılarının fikirləri elmi ədəbiyyatda da dəstək tapdı. Məsələn, britaniyalı tədqiqatçı Trevor Filips qeyd edir ki, multikulturalizmin xoşagəlməz təsiri altında Britaniya yata-yata seqreqasiyaya (inteqrasiyaya əks) yuvarlanır. Kameronun bu cür bədbin nəticəsinə qarşı duran optimist baxışı və siyasi iradəni Prezident İlham Əliyev nümayiş etdirir. O, xalqının çoxəsrlik multikultural dəyərlərə malik olması ideyasına arxalanaraq belə bir siyasi bəyanatla çıxış edir: “Bu gün multikulturalizmin dünyada alternativi yoxdur. Alternativ ksenofobiya, islamofobiya, antisemitizm və radikalizmdir”.
K.Abdullayev qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk dövründə Prezident Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçib və öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirib. Bu müstəvi siyasət müstəvisi idi. Beləliklə, “Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” tezisini irəli sürmək mümkündür: “Ümummilli lider Heydər Əliyev haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Ulu öndərin rəhbərliyi ilə demokratik inkişaf yolu götürmüş Azərbaycan Respublikası Onun qeyd etdiyi kimi “dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik” olmalarını təmin etməli idi. Buna uyğun olaraq Konstitusiyanın yeni bəndləri üzə çıxır və yaxud yeni sosial-siyasi münasibətlər rakursundan işıqlanırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyir: “Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib”.
K.Abdullayev bildirib ki, hər bir ölkə öz enerji, iqtisadi, milli təhlükəsizliyini qoruduğu kimi multikultural təhlükəsizliyini də təmin etməlidir. Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması deməkdir.
Multikultural təhlükəsizliyin əsas prinsiplərindən bəhs edən akademik bildirib ki, ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi mexanizmini qurmaq, ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısı, ölkədə yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsi multikulturalizmin əsas prinsipləridir.
Ölkə başçısı İlham Əliyevin söylədiyi “Multikulturalizm Azərbaycan xalqına əsrlərdən bəri xas olan dəyərdir” fikrinin Azərbaycan multikulturalizmini elmi əsasda öyrənmək üçün kifayət qədər əsas yaratdığını qeyd edən Dövlət müşaviri Kamal Abdullayev bu məqsədlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin AMEA-nın intellektual dəstəyi ilə hazırlanan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları”, “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” əsərləri haqqında geniş informasiya verib.
Dövlət müşaviri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin bu sahədə apardığı məqsədyönlü və əzmkar işlərin nəticəsi olaraq 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması bu sahəyə diqqəti daha da artırır və eyni zamanda dünyanı alternativi olmayan multikulturalizm siyasətindən daha effektiv şəkildə faydalanmağa dəvət edir. İmzalanan bu sərəncam orada adları qeyd edilən hər bir qurum kimi AMEA qarşısına da mühüm vəzifələr qoyub. Bu vəzifələrin yüksək peşəkarlıqla yerinə yetirmək üçün AMEA-nın kifayət qədər güclü potensialının olduğunu vurğulayan K.Abdullayev görüləcək işlərlə bağlı bir sıra təkliflər də səsləndirib. Təkliflər sırasında AMEA-da fəlsəfə doktoru və elmlər doktoru proqramları çərçivəsində elmi fəaliyyətlə məşğul olanlar üçün multikulturalizm üzrə elmi-tədqiqat mövzularının verilməsi, AMEA Rəyasət Heyəti yanında Multikulturalizm problemləri üzrə elmi-tədqiqat Mərkəzinin və ya institutlararası multikulturalizm virtual mərkəzinin təsis edilməsi, 2016-cı ildə AMEA-da “Dünya multikulturalizm modelləri” mövzusunda silsilə Beynəlxalq konfransların keçirilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə “Multikulturalizm ensiklopediyasının” tərtib edilməsi yer alıb.
Çıxışdan sonra məruzə ətrafında ətraflı müzakirələr aparılıb.İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
