Bakıda “Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” mövzusunda beynəlxalq konfrans keçirilir
28.08.2015 [10:01]
Avqustun 27-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin Tətbiqi Riyaziyyat İnstitutunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və ABŞ-ın İllinoys Universitetinin birgə təşkilatçılığı ilə “Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” (COIA-2015) mövzusunda beşinci Beynəlxalq elmi konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan ilə yanaşı, Türkiyə, Ukrayna, Rusiya, ABŞ, İran, Qazaxıstan və digər ölkələrdən olan alim və mütəxəssislər iştirak edirlər.
Konfransın açılışında çıxış edən rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov Azərbaycanda elmin və təhsilin inkişafına böyük diqqət göstərildiyini, bu məsələnin Prezident İlham Əliyevin apardığı siyasətin əsas istiqamətlərindən birini təşkil etdiyini bildirib. Nazir beynəlxalq tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin geniş müzakirə ediləcəyini deyib. Tədbirdə müxtəlif ölkələrdən tanınmış alim və mütəxəssislərin iştirakını yüksək dəyərləndirən Əli Abbasov qeyd edib ki, biz dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparmaq istəyiriksə, elmə, texnoloji inkişafa xüsusi diqqət yetirməliyik.
Bildirilib ki, dünyanın 26 ölkəsindən 277 alimin qeydiyyatdan keçdiyi konfransın gedişində 200-dək məruzənin dinləniləcəyi gözlənilir. Artıq ənənə halı almış bu konfransların ilk ikisi Bakıda, üçüncüsü 2011-ci ildə Türkiyənin Bilkənt Universitetində, dördüncüsü isə 2013-cü ildə Sofiya Texniki Universitetində keçirilib.
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov konfransın əhəmiyyətindən danışıb, optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən biri olduğunu vurğulayıb. Rektorun sözlərinə görə, hazırda elmin elə sahəsi yoxdur ki, orada məsələnin optimal həllinin tapılması, verilən prosesin ən yaxşı şəkildə idarə edilməsi tələb olunmasın.
Rektor son dövrlərdə hər il Bakı Dövlət Universitetinin alimləri tərəfindən elm və təhsil sahəsində 90-dək proqram və qrant layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, BDU-nun alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə birlikdə yerinə yetirilir və beynəlxalq elmi ictimaiyyət tərəfindən dəstəklənərək qəbul edilir.
Akademik A.Məhərrəmov onu da qeyd edib ki, bu günədək BDU dünyanın 60 ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb, bir çox nüfuzlu assosiasiyaların üzvüdür və beynəlxalq reytinq cədvəllərində öndə gedir. Belə vacib konfransın BDU-da keçirilməsinin əhəmiyyətini qeyd edən rektor tədbirin öz məqsədlərinə çatacağına ümidvar olduğunu bildirib.
Təhsil nazirinin müavini Firudin Qurbanov vurğulayıb ki, Bakıda keçirilən hər bir elmi konfrans ölkəmizin ictimai həyatında mühüm hadisə kimi dəyərləndirilməlidir. BDU-da təşkil edilən bu tədbir çox mühüm məsələyə həsr olunduğuna görə aktualdır. Nazir müavini bildirib ki, 26 ölkədən alimlərin iştirak etdikləri beynəlxalq tədbir bu sahədə dünyada aparılan tədqiqatların inkişafına, elm adamları arasında əlaqələrin genişlənməsinə təkan verəcək. Konfransın Bakıda keçirilməsi həm də Azərbaycan elminin inkişafına və təbliğinə mühüm təsir göstərə bilər.
Firudin Qurbanov ölkəmizdə elm və təhsilin inkişafının daim diqqət mərkəzində olduğunu, son dövrlərdə bu sahədə böyük islahatların aparıldığını, bir sıra mühüm dövlət sənədlərinin qəbul edildiyini diqqətə çatdırıb.
Konfransın beynəlxalq proqram komitəsinin sədri, ukraynalı professor Vladimir Larin dünyanın tanınmış alimlərini bir araya toplayan bu tədbirin təşkilinin artıq ənənəyə çevrildiyini və bunu yüksək dəyərləndirdiyini vurğulayıb. Konfransın proqramında mövzuya uyğun vacib məruzələrin yer aldığını söyləyən ukraynalı alim bölmə iclaslarında maraqlı müzakirələrin aparılacağına əminliyini bildirib.
İllinoys Universitetinin professoru Tamer Başar qeyd edib ki, olduqca aktual mövzuya həsr olunan konfrans dünya elmi üçün əhəmiyyətli hadisələrdəndir. Artıq beşinci dəfə təşkil olunan konfransın sonrakı illərdə də fəaliyyətini davam etdirəcəyinə, coğrafiyasının daha da genişlənəcəyinə əminliyini bildirən alim söyləyib ki, bu silsilədən növbəti tədbir iki ildən sonra Nyu-Yorkda keçiriləcək. Bakıya hər gəlişində böyük dəyişikliklərin şahidi olduğunu, yüksək qonaqpərvərliklə qarşılandığını vurğulayan T.Başar Azərbaycan xalqına və dövlətinə uğurlar arzulayıb.
Rusiyalı alim Yuri Yevtuşenko Rusiya və Azərbaycan alimlərinin səmərəli əməkdaşlığından danışıb, konfransın bu əlaqələrin inkişafına töhfə verəcəyini bildirib, iştirakçılara uğurlar arzulayıb.
Amerikalı professor Stefen Boyd təcrübə mübadiləsi baxımından konfransın əhəmiyyətini qeyd edib, tədbirdə bir sıra vacib mövzularda səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.
Sonra İllinoys Universitetinin professoru Tamer Başarın “Rəqabət aparan elementli multiagent şəbəkələndirmə sistemləri” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasova “Universitetin dostu”, xarici alimlərdən bir qrupuna “Universitetin fəxri qonağı” mükafatları təqdim olunub.
Daha sonra konfrans işini sessiyalarda davam etdirib. “Nəzarət və optimallaşdırma”, “Qlobal optimallaşdırma”, “Forma optimallaşdırma”, “İdentifikasiya və əksinə problemlərdə optimallaşdırma metodları”, “İntellektual və qeyri-səlis nəzarət”, “Optimal nəzarətin ədədi üsulları”, “Tətbiqi proqramlar”, “Şəbəkə və telekommunikasiya sistemləri”, “Neft sənayesi”, “İqtisadiyyat”, “Riyazi modelləşdirmə” mövzularında bölmə iclaslarında alim və mütəxəssislər mövzuya dair məruzələrlə çıxış edib, geniş fikir mübadiləsi aparıblar.
Konfrans avqustun 28-də işini bölmə iclasları ilə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxSosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05

