Azərbaycan Dövlət İqtisad Universitetində “Elm günləri”nə start verilib
12.11.2014 [09:53]
Noyabrın 11-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Elm günləri” layihəsinə start verilib. “Ümumdünya elm günü” çərçivəsində keçirilən və 3 gün davam edəcək layihə çərçivəsində simpozium, seminar, “dəyirmi masa”, təlim, master-klasslar, tanınmış alimlərlə görüş və elmi mühazirələrin keçirilməsi nəzərdə tutulub.
Tədbirdən əvvəl iştirakçılar ADİU-nun foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Açılış mərasimində çıxış edən universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, tədbirin əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm ictimaiyyəti qarşısında qoyduğu vəzifələrə İqtisad Universitetinin potensialı çərçivəsində dəstək vermək, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ictimai elmlərin mövcud vəziyyəti və onun yaxşılaşdırılması istiqamətində verdiyi tövsiyə və tapşırıqlardan irəli gələn vəzifələri yerinə yetirməkdir.
Həmçinin qeyd olunub ki, “Elm günləri” çərçivəsində keçiriləcək tədbirlərin əsas müzakirə mövzusu ali təhsil ocağının elm mərkəzinə çevrilməsi yolları, eləcə də ADİU-da tələbə və müəllim elmi əməkdaşlığının yeni mərhələyə yüksəlməsi, universitetdə həyata keçirilən tədqiqatların ölkənin iqtisadi potensialının artırılmasına töhfə verməsidir.
Ali məktəbdə elmi tədqiqatlar apara biləcək alimlərin kifayət qədər olduğunu vurğulayan rektor, bu fəaliyyəti həyata keçirmək üçün ADİU-da institusional dəyişikliklərə başlanıldığını bildirib: “Bura “Elm və innovasiyalar” və “Texnologiya transfer” mərkəzlərinin yaradılması daxildir. Əsas məqsədimizdən biri də odur ki, alimlərimizin kəşfləri, yenilikləri patentləşdirilərək marağı olan təşkilatlara təklif edilsin. Əminəm ki, qısa vaxt ərzində bu sahədə nailiyyətlər əldə edə biləcəyik. ADİU-da növbəti institusional dəyişikliklər sahəsində də işlər davam etdirilir. Bunun üçün ilk növbədə, hər bir ixtisas kafedrasının nəzdində laboratoriyaların yaradılması lazımdır. Alimlərin elmi fəaliyyətə həvəsləndirilməsinə dair tədbirlər də nəzərdə tutulub. Bunun üçün universitetin 2015-ci il üçün hazırlanacaq büdcəsində elmi tədqiqatların stimullaşdırılması məqsədi ilə vəsait ayrılacaq”.
İqtisad Universitetinin tələbələrinin intellektual yarışlardakı uğurlarını xüsusi vurğulayan rektor Ə.Muradov onların bu sahədə fəallığını daha da artırmaq üçün tələbələrdən ibarət komanda yaradaraq onlara ADİU-nun müəllimlərindən ibarət məşqçilər təyin etməyi təklif edib. Qeyd edilib ki, ADİU-da həyata keçirilən iqtisadi layihələrin keyfiyyətinin artırılmasına ciddi ehtiyac var. Həmçinin, ADİU-da həyata keçirilən elmi tədqiqat layihələrini maliyyələşdirmək istəyən təşkilatların sayının artırılması istiqamətində işlərə başlanılıb.
Çıxışın sonunda rektor “universitetimizdə “Elm günləri”nin keçirilməsi ilə biz Azərbaycanın elm ictimaiyyətinə, elmi fəaliyyətlə məşğul olan təşkilatlara çatdırırıq ki, ADİU elmi fəaliyyətin təşkili istiqamətində ciddi ambisiyalarla bazara daxil olur. Bəyan edirik ki, bizim iqtisadçılar Azərbaycanda fəaliyyət göstərən iqtisadçı alimlər korpusunun əsasını təşkil edir və ADİU ilə əməkdaşlıq edəcək təşkilatlar universitetlə əməkdaşlıqdan bəhrələnəcəklər. Əminəm ki, 2015-ci ildə elmi fəaliyyətimizdə əldə edilən nailiyyətlər hamımızı sevindirəcək”, - deyib.
Sonra tədbir müzakirələrlə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45

