Səbail rayon məktəbliləri Ulu öndər Heydər Əliyevin zəngin irsinə böyük maraq göstərirlər
22.04.2014 [09:28]
Müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədilə Səbail rayonunun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında açıq dərslərin keçirilməsi davam edir.
Səbail rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi üçün xüsusi cədvəl tərtib olunub, rayonun orta və ali məktəblərinin peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən nüfuzlu tarix müəllimləri seçilərək onlar üçün seminar keçirilib.
Açıq dərslərin keçirildiyi müddətdə rayonun bir sıra orta məktəblərinin 11-ci sinif şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunub. Onların Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatındakı Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinə ekskursiyaları da nəzərdə tutulub. Bundan başqa, şagirdlər Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcəklər.
Səbail rayonunda növbəti açıq dərs Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilib. Dərsdə rayonun 51, 162, 190 və 239 nömrəli orta məktəblərinin 340 nəfər 11-ci sinif şagirdi, İcra Hakimiyyətinin əməkdaşları, pedaqoji işçilər, həmçinin Akademiyanın müəllimləri iştirak ediblər.
Əvvəlcə şagirdlər və qonaqlar Akademiyada yaradılmış Heydər Əliyev Dövlət İdarəçilik Universiteti ilə tanış olublar. Ulu öndərin buradakı muzeydə nümayiş etdirilən fotoları, onunla bağlı digər sənədlər məktəblilərin marağına səbəb olub.
Dövlət İdarəçilik Akademiyasının professoru Elman Nəsirov və Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri Pərvanə Kazımzadə çıxış edərək tədbirin əhəmiyyətindən, Heydər Əliyevin fəaliyyətindən, Onun müstəqil Azərbaycan Respublikasının inkişafı istiqamətində gördüyü işlərdən danışıblar.
2 nömrəli Texniki humanitar elmlər liseyinin müəllimi Sevil Nəsibova və 203 nömrəli orta məktəbin müəllimi Haqverdi Cəfərov tərəfindən tədris edilən açıq dərs canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçib. Bildirilib ki, bütün həyatını ölkəsinin inkişafına həsr etmiş Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlər Ona tarixin yaddaşına əbədi həkk olmaq, Öz xalqının qəlbində daimi yaşamaq səadəti bəxş edib. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir.
Digər açıq dərs isə rayonun 6, 162, 189, 203, 236 nömrəli orta məktəbləri və 132-134 nömrəli Təhsil Kompleksinin 200 nəfər 11-ci sinif şagirdi üçün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında təşkil olunub. Burada da şagirdlər qərargahdakı Heydər Əliyev guşəsində stendlərlə tanış olublar.
Ümummilli liderin zəngin həyat yolu ilə tanış olan məktəblilər, xüsusilə, Ulu öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı fəaliyyətinə böyük maraq göstəriblər. Məlumat verilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü şəraitində işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmış ölkəmizdə dahi rəhbər Heydər Əliyev müstəqil dövlət quruculuğu sahəsində çox böyük işlər görüb. Xalqımızın böyük oğlunun fədakarlığı və uzaqgörən siyasəti sayəsində mövcud problemlər, dövlət çevrilişi cəhdləri aradan qaldırılıb və ölkəmizin gələcək iqtisadi inkişafı üçün böyük zəmin yaradılıb. Ulu öndərin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafı və hərbi qüdrəti ilə regionun aparıcı dövlətinə çevrilib. Azərbaycanın hərtərəfli inkişafı ölkəmizin dünya dövlətləri arasında nüfuzunun durmadan artmasına səbəb olub.
Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti, Onun Azərbaycanın inkişafı istiqamətindəki xidmətləri ilə bağlı məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30

