“Azərsu” ASC ilə Bakı Dövlət Universiteti arasında Memorandum imzalanıb
25.01.2014 [10:50]
Yanvarın 24-də “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə Bakı Dövlət Universiteti (BDU) arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandum imzalanıb. Sənəd “Azərsu” ASC-nin müvafiq ixtisaslı mütəxəssislərlə təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlığı nəzərdə tutur.
İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycanda ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin milli təhsil sisteminin inkişafına verdiyi töhfələrdən danışıb, bu təhsil ocağında tədrisin keyfiyyətinin artırılması, kadr hazırlığı sahəsində qazanılan uğurlardan bəhs edib. Ölkə rəhbərliyi tərəfindən təhsil və istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsinin prioritet elan edildiyini xatırladan rektor “Azərsu” ASC ilə bu sahədə əməkdaşlığı yüksək qiymətləndirib: “Son illər əhalinin içməli su təchizatının yaxşılaşdırılması, eləcə də, kanalizasiya infrastrukturlarının yenidən qurulması istiqamətində böyük işlər görülür və “Azərsu” ASC layihələrin icrasında ən son texnologiyaların tətbiqinə üstünlük verir. Bunların nəticəsidir ki, ötən il keçirilmiş birinci Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgi və Konfransına maraq böyük olmuş və dünyanın 23 ölkəsinin alim və şirkətləri bu tədbirə qatılmışlar. Konfransın işində universitetimizin əməkdaşları da yüksək səviyyədə təmsil olunmuşlar və Bakı Dövlət Universiteti olaraq biz də bu işlərə öz töhfəmizi vermək niyyətindəyik. Universitetimizdə “Azərsu” ASC-nin fəaliyyətinə uyğun bir sıra ixtisaslar vardır və hesab edirəm ki, bu əməkdaşlıq elmi və praktiki baxımdan hər iki tərəf üçün faydalı olacaqdır”.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində görülən işlər barədə məlumat verərək bildirib ki, Bakı şəhəri və ətraf qəsəbələrdə, ölkənin şəhər və rayon mərkəzlərində, 38 şəhər və rayon mərkəzi, həmçinin, 350-ə yaxın kənddə layihələr icra olunur: “Bu layihələrin icrası nəticəsində cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Azərbaycan vətəndaşları dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaqlar. Bu işlərin keyfiyyətlə yerinə yetirilməsi üçün ixtisaslı kadrlara böyük ehtiyac vardır. “Azərsu” ASC yüksəkixtisaslı kadrların hazırlanmasında Bakı Dövlət Universitetinin imkanlarından maksimum istifadə etmək niyyətindədir. Hesab edirəm ki, “Azərsu” ASC üçün yüksəkixtisaslı kadrların hazırlanmasında universitetin imkanlarından yararlanmaq bizim üçün çox faydalı olacaqdır. Gələcəkdə universitetin professor və müəllimlərinin köməyi ilə bizim mütəxəssislər üçün treninq, seminar və təlim kurslarının təşkili də planlaşdırılır. Ümid edirəm ki, bu əməkdaşlıq qısa müddətdə öz bəhrəsini verəcəkdir”.
Qeyd olunub ki, “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memoranduma əsasən universitetin hidrologiya, geologiya, ekologiya, biologiya, kimya və digər ixtisasları üzrə təhsil alan tələbə və magistrlər “Azərsu” ASC-nin idarə və müəssisələrində təcrübə keçməklə “Yay məktəbi” proqramına cəlb olunacaqlar. Proqram müddətində təcrübə keçən tələbələr müvəqqəti işlə təmin ediləcəklər. Universiteti müvəffəqiyyətlə başa vuran və təcrübi biliklərə malik məzunlar Səhmdar Cəmiyyətin tələbatına uyğun olaraq müxtəlif idarə və təşkilatlarında işə qəbul ediləcəklər.
Daha sonra “Azərsu” ASC ilə Bakı Dövlət Universiteti arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandumun imzalanması mərasimi keçirilib. Sənədi “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov imzalayıblar.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov “Universitetin dostu” mükafatına layiq görülüb.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

