Zaqatala, Qax və Balakəndə buraxılış imtahanları 10 mərkəzdə aparılıb
15.03.2026 [20:36]
Dövlət İmtahan Mərkəzinin (DİM) martın 15-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Zaqatala, Qax və Balakən rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Zaqatala rayonunda 5, Qaxda 2, Balakəndə isə 3 mərkəz olmaqla, ümumilikdə 10 bina ayrılıb. Buraxılış imtahanları Zaqatala şəhər 1, 2, 3, 4 nömrəli tam orta məktəblərdə və Zərifə Əliyeva adına Texniki təmayüllü liseydə, Qax şəhər 2 nömrəli orta məktəb-lisey və 5 nömrəli tam orta məktəbdə, həmçinin Balakən şəhər 1, 3 nömrəli və Hənifə kənd tam orta məktəblərdə təşkil olunub.
İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
DİM-in regional bölməsindən verilən məlumata görə, Zaqatalada keçirilən və ümumilikdə 1241 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 16 imtahan rəhbəri və 119 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 98 zal ayrılıb.
Qaxda keçirilən buraxılış imtahanında 562 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 9 imtahan rəhbəri və 56 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 47 zal ayrılıb.
Balakən rayonunda keçirilən və 770 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına isə 11 imtahan rəhbəri və 77 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 64 zal ayrılıb.
Buraxılış imtahanları 11:00-da başlayıb və 3 saat davam edib.
AZƏRTAC-ın bölgə müxbiri Qax şəhərindəki 2 nömrəli orta məktəb-liseydə keçirilən buraxılış imtahanının gedişi ilə tanış olub. Məktəbdəki imtahan zallarında şagirdlər üçün zəruri şərait yaradılıb. Ümumi imtahan rəhbəri Qoşqar Əliyev bildirib ki, 336 şagirdin iştirak etdiyi imtahanın idarə olunmasına 5 rəhbər və 31 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün binada 26 zal ayrılıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, bütün imtahan mərkəzlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb. Bir nəfərdə mobil telefon aşkarlandığı üçün o, imtahandan xaric edilib.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

