Müstəqilliyimiz əbədidir: El gücünün qarşısında heç bir qüvvə dayana bilməz
07.04.2025 [18:24]
“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 5-ci kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, bu kitabda yer alan materiallar 1994-cü il oktyabrın 3-dən dekabrın 9-dək olan dövrü əhatə edir. Nəşrə Ulu Öndər Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri, məktubları daxil edilib.
Bu kitabda 1994-cü il oktyabrın 4-də müəyyən qüvvələrin dövlət çevrilişinə cəhd etdikləri zaman Ulu Öndərin Azərbaycan Televiziyası ilə xalqa müraciəti və bu müraciətdən sonra həmin gün Prezident Aparatının (indiki Prezident Administrasiyası) qarşısında, oktyabrın 5-də isə Azadlıq meydanında keçirilmiş ümumxalq mitinqlərində söylədiyi geniş nitqlər öz əksini tapıb. Xatırladaq ki, 1994-cü il oktyabrın 4-də Prezident sarayının qarşısındakı mitinqdə Ümummilli Lider Heydər Əliyev demişdi: “Çox məmnunam ki, mənim çağırışıma səs verdiniz, şəhərin müxtəlif yerlərindən buraya toplaşdınız. Burada alovlu nitqlər səslənir, insanlar həyəcana gəlib, coşub, Azərbaycanın hər yerində küçələrə, meydanlara çıxaraq, öz mənliyini, milli qürurunu, dövlətçiliyini, müstəqilliyini qoruyurlar. Çox sağ olun, minnətdaram.
Atalardan qalmış müdrik məsəl var: el gücü sel gücüdür. El gücünün qarşısında heç kəs, heç bir qüvvə dayana bilməz. Mənim də dayağım, güvəndiyim xalqımdır, sizsiniz, əziz Azərbaycan vətəndaşlarıdır. Sağ olun”.
Həmin dövrdə Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsinin üçüncü ilini yaşayırdı. Bu münasibətlə keçirilmiş iclasda Ulu Öndər Heydər Əliyev milli azadlıq ruhunun xalqın daim qəlbində olduğunu, heç bir qüvvənin bu hərəkatın qarşısını ala bilmədiyini vurğulayaraq demişdi: “Azərbaycan xalqının qəlbində milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşamışdır. Azərbaycanın qabaqcıl adamları, mütəfəkkir şəxsiyyətləri, ziyalıları, milli şüura malik insanları daim ümidlə yaşamışlar ki, Azərbaycan öz müstəqilliyini əldə edəcək, milli azadlığa nail olacaqdır. 1980-1990-cı illərdə baş verən proseslər Azərbaycanda milli azadlıq uğrunda mübarizəni yenidən gücləndirmiş və o zaman Sovet İttifaqında, bütün dünyada gedən obyektiv tarixi proseslər nəticəsində Azərbaycanın öz müstəqilliyini əldə etmək şansı yaranmışdır.
Doğrudur, bu dövr Azərbaycan Respublikası üçün çox çətin və ağır dövr olmuşdur. Bir tərəfdən xalqın əksəriyyəti milli azadlıq, müstəqillik uğrunda çarpışmış, ikinci tərəfdən isə sovetlər hakimiyyətini, imperiyanı saxlamaq meylində olan Azərbaycandakı mühafizəkar qüvvələr yenə də bu hərəkatların qarşısını almağa çalışmışlar. Ancaq bu maneələr bir nəticə verməmişdir”.
Görkəmli dövlət xadimi Heydər Əliyev Türk dünyasının daha sıx birliyi, həmrəyliyi naminə təşəbbüslər irəli sürür, çağırışlar edirdi. Ulu Öndər Türk Xalqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının iştirakçılarına 1994-cü il 20 oktyabr tarixli müraciətində demişdi: “Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş Türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması Türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir.
Ümidvaram ki, türk xalqlarının növbəti qurultayı bu ülvi arzuya yeni təkan verəcəkdir. Bu günlərdə öz müstəqilliyinin 3-cü ildönümünü qeyd etmiş müstəqil Azərbaycan Cümhuriyyəti türk xalqlarının qardaşlıq ailəsini möhkəmləndirmək üçün əlindən gələni edəcəkdir. Tarixi inkişafın yeni qoluna qədəm qoymuş türk xalqlarının sarsılmaz dostluğunun bundan sonra daha da möhkəmlənəcəyinə heç bir şübhəm yoxdur”.
Azərbaycan xalqının Ümummilli Lideri, eyni zamanda, qardaş Türkiyənin respublika, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu sahələrində təcrübəsini yüksək qiymətləndirir, onun dünyadakı nüfuzunu xüsusi vurğulayırdı. 1994-cü ildə Türkiyə Respublikasının istiqlaliyyətinin 71-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi mərasimdə çıxış edən Ulu Öndər Heydər Əliyev demişdi: “Türkiyə Respublikası 71 il içərisində həm siyasi cəhətdən, həm ictimai cəhətdən, həm də iqtisadi cəhətdən böyük nailiyyətlər əldə etmişdir. Türklərin, türk xalqlarının nəyə qadir olduğunu dünyaya bir daha sübut edib, nümayiş etdirib. Bunlar hamısı bizi qəlbən sevindirir. Çünki biz 3 ildir ki, müstəqillik yoluna qədəm qoymuşuq. Müstəqillik yolu ilə gedərkən Türkiyənin təcrübəsindən, 71 il ərzində respublika qurmaq, demokratik cəmiyyət yaratmaq, hüquqi dövlət qurmaq yolunda Türkiyənin əldə etdiyi nailiyyətlərdən və təcrübədən istifadə edirik və bundan sonra da istifadə edəcəyik”.
1994-cü il mədəni mühitdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlamətdar olub. Ulu Öndər Heydər Əliyev dahi şairlə bağlı respublikada və xaricdə keçirilən tədbirlərdə şəxsən iştirak edir, dərin məzmunlu nitqlər söyləyirdi. Belə tədbirlərdən biri də Türkiyədə Bilkənd Universitetində təşkil edilmişdi. Həmin tədbirdə çıxış edən Ulu Öndər dahi şairin 500 illiyinin qeyd edilməsini Türk dünyasının bayramı kimi dəyərləndirərək demişdi: “Bütün Türk dünyasını bu böyük bayram münasibətilə təbrik edirəm.
Xalqlarımız çoxəsrlik tarixi ərzində böyük sınaqlardan keçmiş, böyük çətinliklərlə rastlaşmış, özlərinin milliliyini, mənəviyyatını, dilini, dinini yaşatmış, saxlamış və bugünkü xoşbəxt günlərə gətirib çıxarmışlar. Bizim xalqlarımız dünya mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş, dünya sivilizasiyasını elm, mədəniyyət sahəsində dəyərli əsərlərlə zənginləşdirmişlər.
Bu sırada xalqlarımızın böyük şəxsiyyətləri sırasında Məhəmməd Füzulinin xüsusi yeri var. 500 ildir ki, xalqlarımız Məhəmməd Füzulinin əsərlərindən ilham alaraq, bunların təsiri altında yaşayıb-yaradır, öz mənəviyyatlarını, öz mədəniyyətlərini yaşadırlar. Məhəmməd Füzuli öz əsərləri, böyük mədəni-mənəvi irsi ilə xalqlarımızın daim bir-biri ilə yanaşı olmasının, birlikdə olmasının əsasını qoymuşdur. Onun əsərləri xalqlarımızın çətinliklərdən keçərək bu günə gəlib çıxmasına daim kömək etmiş, bizim üçün məktəb olmuşdur”.
Xatırladaq ki, Füzulinin yubileyinin UNESCO-nun qərarı ilə beynəlxalq səviyyədə qeyd edilməsi də Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Oxucu bütün bu çıxışların mətnləri ilə çoxcildliyin 5-ci kitabında tanış ola bilər.
Bu cilddə, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin bazar iqtisadiyyatına keçid dövründə yaranmış çətinliklərin dəf edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpası üçün ölkə rəhbərinin beynəlxalq aləmdə apardığı intensiv danışıqlar, erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılması, daxili və xarici siyasətin başlıca istiqamətləri, ictimai-siyasi həyatın digər vacib məsələlərinə dair materiallar verilib.
Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.
Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

