/ / Bakı Dövlət Universitetində akademik Həsən Əliyevin 105 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfrans işə başlayıb
Bakı Dövlət Universitetində akademik Həsən Əliyevin 105 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfrans işə başlayıb
08.11.2012 [01:11]
Dünən Bakı Dövlət Universitetində (BDU) böyük alim və elm təşkilatçısı, kənd təsərrüfatı elmləri doktoru, Əməkdar elm xadimi, dövlət mükafatı laureatı, ictimai xadim, akademik Həsən Əliyevin 105 illik yubileyinə həsr edilmiş “Ekologiya: təbiət və cəmiyyət problemləri” mövzusunda II beynəlxalq elmi konfrans işə başlayıb.
AzərTAc xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Milli Məclis deputatlarının, tanınmış alim və mütəxəssislərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri beynəlxalq tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov böyük alim və ictimai xadim, akademik Həsən Əliyevin elmə, təhsilə verdiyi əvəzsiz töhfələrdən, bu sahələrin inkişafında müstəsna xidmətlərindən danışıb.
Akademik Həsən Əliyevin tədqiqatlarının, elmi yaradıcılığının əhəmiyyətini vurğulayan rektor bildirib ki, böyük alim təkcə Azərbaycan torpaqlarını, ekologiyasını deyil, həm də Böyük Qafqazın dağ-çəmən torpaqlarını araşdırıb, bütün Qafqazın torpaqlarının yaranması və yayılması qanunauyğunluqlarını təhlil edib. Akademik Həsən Əliyev elmi tədqiqatlarının nəticələrini daim müvafiq sahəyə tətbiq etməyə çalışırdı. Ona görə də torpaqlara, meşələrə, əkinçiliyə və digər sahələrə dair nəticələri ümumiləşdirir, rayonlaşdırır və xəritələşdirirdi. Son nəticədə onların əsasında ərazilərin inkişaf problemlərinə dair təkliflər verirdi. Həmin təkliflər bu gün də öz dəyərini və aktuallığını saxlayıb.
Rektor qeyd edib ki, akademik Həsən Əliyev təbiəti və ətraf mühiti mühafizə sahəsində genişmiqyaslı tədbirlər planının hazırlanmasına və tətbiqinə nail olub.
Beynəlxalq elmi konfransın səmərəli olacağına əminliyini bildirən akademik A.Məhərrəmov iştirakçılara uğurlar arzulayıb.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Şövqi Göyçaylı “Akademik Həsən Əliyevin həyat və elmi yaradıcılığı” mövzusunda məruzə edib.
Akademik Həsən Əliyevin mənalı və şərəfli ömür yolundan, elmi nailiyyətlərindən bəhs edən Ş.Göyçaylı bildirib ki, o, əvvəlcə Kənd Təsərrüfatı Texnikumunu, sonra Kənd Təsərrüfatı İnstitutunu bitirib. Ali məktəbi bitirdikdən sonra Həsən Əliyev Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunda çalışıb və aspiranturaya qəbul olunub. Ötən əsrin 30-40-cı illərində apardığı tədqiqatlar təkcə onun böyük elmi fəaliyyətinin başlanğıcı kimi deyil, həm də Azərbaycan torpaqşünaslıq elminin əsasının qoyulması ilə də əlamətdardır.
Həsən Əliyev üç il Böyük Vətən müharibəsində iştirak edib, cəbhədə ağır yaralanaraq ordudan tərxis olunub və yenidən elmi fəaliyyətini davam etdirməyə başlayıb. O, 1944-cü ildə namizədlik dissertasiyasını müdafiə edib. Sonra bir sıra elmi tədqiqat institutlarına rəhbərlik edən alimin dövlət əhəmiyyətli elmi və təşkilati problemlərin həllində böyük əməyi olub.
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaranması və formalaşmasında, elmi kadrların hazırlanmasında onun müstəsna rolu olub.
Akademik Həsən Əliyev elmi fəaliyyətinin əsas istiqamətini meşə torpaqlarının öyrənilməsinə yönəldib, onun təşəbbüsü və təşkilatçılığı ilə bu sahə üzrə ilk laboratoriya təşkil olunub. Alimin elmi fəaliyyəti torpaqşünaslıq nəzəriyyəsi, ekologiya, botanika, biocoğrafiya, aqrokimya, bitkiçilik və digər sahələri əhatə edib.
Respublikamızda meşələrin və meşə torpaqlarının elmi cəhətdən tədqiqi və mühafizəsi sahəsində akademik Həsən Əliyevin müstəsna rolu olub. Alim ölkəmizin təbii ehtiyatlarına, meşə, meşə-çöl torpaqlarının əmələ gəlməsinə və coğrafiyasına həsr olunmuş dəyərli monoqrafiyaların müəllifidir. Onun əsərləri təkcə respublikamızda deyil, xarici ölkələrdə də nəşr edilib.
Alimin botanika, aqronomluq, ekologiya və digər sahələrdə apardığı tədqiqatlar dünya miqyasında qəbul olunub.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, BDU-nun kafedra müdiri Qərib Məmmədov və digər çıxış edənlər də akademik Həsən Əliyevin Vətən və xalq qarşısında mühüm xidmətlərini vurğulayıb, onun nəcib, xeyirxah insani keyfiyyətlərindən danışıb, xatirələrini söyləyiblər.
Böyük alimin ailə üzvləri adından BDU-nun kafedra müdiri, professor Sevinc Hacıyeva çıxış edərək akademik Həsən Əliyevin elmi irsinin, ideyalarının əhəmiyyətindən bəhs edib, iştirakçılara təşəkkürünü bildirib.
Tədbir bölmə iclasları ilə davam edib.
Beynəlxalq konfrans noyabrın 8-də başa çatacaq.
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
