Azərbaycan poeziyasının “Bəxtiyar” şairi 98 yaşında...
16.08.2023 [11:50]
Günel ABBAS
Xoşbəxtlik hər bir insanın arzusudur. Lakin heç də hamı xoşbəxt ola bilmir, ya da bunu əldə etməyi bacarmır. Kimi xoşbəxtliyi ailənin əhatəsində sağlam yaşamaqda görür, bir çoxları isə düşünür ki, pulun, var-dövlətin varsa, dünyanın ən xoşbəxt insanı ola bilərsən. Bəxtiyarlıq isə tamam başqa bir anlayışdır, bu mənada, tam anlamı ilə deyə bilərik ki, hər kəs bəxtiyar da ola bilməz...
Xoşbəxtlik daha çox müasir dövrün adlandırılmasına bənzəyir. Bəxtiyarlıq, bəxtiyar olmaq isə, böyüklərimizin dilindən tez-tez eşitdiyimiz, kökü qədimlərə dayanan bir ifadədir. Ona görə də bizdən əvvəl böyük işlər görən, böyük əsər yaradanlar da, bu əsərləri oxuyanlar da daha bəxtiyar idilər. Onlardan biri isə sözün hər iki mənasında, öz dövrünün “Bəxtiyar”ı idi.
Dili də, özü də sadə şair
Hələ qədim dövrlərdən müdriklər insanları bir yerə yığaraq dünyanın yaranışını, onun mahiyyətini, bəşəriyətin təyinatını, şüur, əxlaq və ləyaqət anlayışlarını onlara sadə bir dildə, xalqın başa düşə biləcəyi qədər sadə bir dildə anlatmağa çalı??blar. Lakin buna çox az nail ola biliblər. Bu cəhdlər yüz illər və min illər boyunca edilib, lakin dünyanın fəlsəfi fikir tarixində barmaqla sayıla biləcək qədər az mütəfəkkirlərin adı qalıb. Bəxtiyar Vahabzadə isə ən adi bir məişət mövzusunu, ən sadə bir təbiət təsvirini dahiyanə bir şəkildə ən yüksək idrak səviyyəsində təhlil edərək, ona fəlsəfi, etik və hətta siyasi məna verə bilirdi. Eyni zamanda, anlaşılması o qədər də asan olmayan ən mürəkkəb fəlsəfi məfhumları asanlıqla insanların beyninə və qəlbinə yazmaq bacarığı var idi. Bunu yalnız fəlsəfə elminin ən böyük ustadı edə bilərdi. Bunu öz elmi və qeyri-adi zəkası ilə bütöv kainatı qavrayan, yaşadığı dünyanı sanki öz əlləri ilə qurubmuş kimi içindən hiss edən biri edə bilərdi. Ümumbəşəri dəyərləri nəinki ən sadə bir dildə, həm də insanlar üçün doğma olan poetik bir üslubda təqdim etməklə milyonların zehninə və dərrakəsinə çatdırmaq bəxtiyarlığı yalnız Bəxtiyar Vahabzadəyə nəsib oldu.
Onun şeirləri nə qədər səmimi, nə qədər kədərli və nə qədər mübariz idisə, özü də o qədər istiqanlı, o qədər hüznlü və o qədər cəsarətli idi. O, çox sadə bir insan idi. Lakin bu sadə vücudda adiliyə sığmayan bir söz dühası və əlçatmaz bir fikir dünyası yaşayırdı. Bəlkə elə buna görə, görənlər də, görməyənlər də onu tanıyırmış kimi hiss edirdi. Çünki bütün əlçatmazlığına baxmayaraq o, sadəcə, bu xalqın oğlu və bu millətin şairi idi.
Şairlə söhbət...
Bəxtiyar Vahabzadənin əsərlərini oxuyan adama elə gəlir ki, onunla söhbət edir. Oxucu onu öz yanında, öz ailəsində, öz evində görür və onu özünə doğma sanır. Bəxtiyar Vahabzadə gerçəkliyinə bu cür yanaşsaq deyə bilərəm ki, hər birimiz kimi mən də onu lap uşaq yaşlarımdan tanımışam. Üzbəüz görmədən, səsini eşitmədən necə onu tanıya bilmişdik və necə onu sevmişdik? Əslində, şairin misralarının sirri də bundadır. Onu görməsən də, tanımasan da, səndən əsrlər əvvəl yaşasa da, bir misrasında özünü onunla söhbət edərkən tapacaqsan.
Azadlığın misralardakı dadı
Bir çağırışla milyonlarla insanı azadlıq sədaları altında bir meydana yığmaq üçün hələ ondan 30 il öncə bu azadlığın həsrəti ilə yanmaq və öz sözünün qüdrəti ilə azadlığın nə olduğunu hələ də tam təsəvvür etməyən bir xalqa bu azadlığın dadını tanıtmağı məhz Bəxtiyar Vahabzadə bacara bilərdi. “Ana dili” söz birləşməsi yalnız Bəxtiyar Vahabzadənin deyimində və tələffüzündə insanlara öz dilini ana kimi sevməyi, Vətən sevgisi ilə ana sevgisini eyniləşdirməyi təlqin edə bilərdi. Bəxtiyar Vahabzadə şairlik etmək xatirinə şeir yazmadı. Hər sətri dərin fəlsəfi yük daşıyan bu əsərlərdə şəxsi məna kəsb edən, yalnız Bəxtiyar Vahabzadəyə aid olan heç nə tapmaq mümkün deyil. Onun əsərlərində bütün xalqın, bütün millətin dərd-səri, kədəri və sevinci var. Bəxtiyar Vahabzadə sadəcə, ədəbiyyat yaratmadı. O, öz ədəbiyyatı ilə xalqımızın gerçək tarixini yaratdı. Tariximizin milli özünüdərk səhifəsini yenidən yazdı.
Buna görə də Bəxtiyar Vahabzadə türk millətinin tarixində ədəbi, ictimai, siyasi və mənəvi bir hadisədir. O, bir vətəndaşın deyil, bütöv bir xalqın missiyasını öz üzərinə götürdü. O, ömrünün sonuna qədər millətin dərdlərini öz çiyinlərində daşıdı, beynində çözdü, ürəyində yaşatdı. O, bütöv bir xalqa onun gələcəyini, nəyin uğrunda və necə mübarizə aparmağın yollarını öyrətdi. Xeyiri şərdən, ağı qaradan, dostu düşməndən seçə bilməyi öyrətdi. O, böyük bir xalqın müəllimi oldu. Müəllimlər isə ənənələrimizə görə hər birimiz üçün valideynlərimiz qədər müqəddəs sayılırlar.
Bəxtiyar Vahabzadə Azərbaycanın bəxtiyarlığına gedən yolda əbədi ulduz kimi daim parlayıb, bundan sonra da şairin əsərlərini oxuyan hər kəsin yolunda bəxtiyarlıq çırağıtək işıq saçacaq.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

