Qum dəryasında əsirlik
28.07.2023 [11:33]
Kobo Abenin “Qumlaq qızı” romanı haqqında
Kant da belə demişdi - nizam yaranmamışdan kainatda mütləq xaos, kosmik tozanaq, hüdudsuz qum fırtınası hökm sürüb. Abenin qumlağı da kainatın körpəlik çağını xatırladır, ancaq bu xaosu nizama salmaq mümkün deyil, bu nizamsızlığın özü elə bir nizamdır. Həm də burjua sivilizasiyasına, kapitalist nizamına qarşı qoyulmuş nizam.
***
Tokiodakı məktəblərin birində dərs deyən entomoloq Niki Dzümpey öz kolleksiyasını səhrada yaşayan nadir həşərat növləriylə, unikal böcəklərlə zənginləşdirmək üçün üç günlük məzuniyyətə çıxıb, əvvəlcə qatarla S stansiyasına, oradan avtobusla sonuncu dayanacağa, oradan da piyada dənizə yaxın qumlaq vadidə binə salmış kəndə qədər yol gedir. Kəndin yaxınlığında nəfəsini dərəndən sonra Niki qumun üstündə cığır aça-aça üzü dənizə yeriyir. Getdikcə yol onu yorur, dörd yanda qumsal təpəliklərdən, səhradan başqa heç nə görünmür.
Yolda bir qocayla rastlaşır. Məlum olur ki, böcək aşiqi sonuncu avtobusa gecikib, bu gün evinə qayıda bilməyəcək. Qoca onun prefekturadan gəlmədiyini, yəni hökumət adamı, müfəttiş olmadığını biləndən sonra qonağı qum dağının ətəyindəki çökəklərdən birinə - tək yaşayan qadının komasına aparır. Entomoloqu komaya kəndir pilləkənlə endirirlər. Gənc qadın şəhərdən gəlmiş qonağı xoş qarşılayır, onu yedirib içirir. Kişi yuyunmaq istədiyini dilə gətirəndə qadın deyir ki, suyu yalnız birisigün gətirəcəklər. Niki o vaxta qalmayacağını söyləyəndə qadın onun sözünü istehzalı təəccüblə qarşılayır.
Qum dəryasında solğun çiçəyə bənzəyən qadının taxta komasını gecə-gündüz hər yandan qum yağışı vurur, qonağın yeməyinə qum tökülməsin deyə qadın onun başının üstünə kağız çətir tutur. Bununla belə Nikinin ağzında yenə qum xırçıldayır, üstünə səpilən narın qum tərini canına çəkib onun bədəninə suvaşır. Qadın deyir ki, keçənilki tayfunda əriylə qızı qum dəryasına qərq olub, ondan sonra tək qalıb. Koması qum altında batmasın deyə qadın hər gecə qumu qapısından kürüməyə məcburdur. Yuxarıdakı gözətçi məntəqəsindən qadına qonaq gəldiyini görənlər aşağıya bir kürək, bir də bidon atırlar. Qonaq hələlik nə baş verdiyini anlamır.
Qadın kürüdüyü qumu bidonlara yığıb pilləkənin ayağına gətirir, yuxarıdan ona kəndirlə səbət sallayırlar, qadın bidonu səbətə qoyandan sonra kəndiri yuxarı dartırlar. Qumu gecələr kürümək daha asandır, çünki gecə qum nəm olur, gündüz kürəkdə durmur. Qonaq ev yiyəsinə kömək eləməyə girişəndə qadın ona deyir ki, qum nə özü dincəlir, nə də bizə dinclik verir, üstəlik yoluna çıxan hər şeyi, evin taxtalarını belə az müddətə çürüdür. Kişi heyrətə gəlir: demək, bu kənddə adamların işi-gücü ancaq qum kürümək, qumla mübarizə aparmaqdır. O, belə bir puç, mənasız həyatla, könüllü köləliklə heç vaxt barışa bilməz!
***
Gecə uzun müddət qonağın gözünə yuxu getmir, o, qum dəryasının amansızlığı haqqında düşünür, qum kürüyən qadının kürəyinin səsini dinşəyir. Oyananda görür qadın ocağın qırağında lüt-üryan yatıb, yalnız başını dəsmalla bürüyüb ki, qum yağışından qorunsun. Sabah ertə qonaq dinməzcə aradan çıxmaq istəyəndə baxır ki, kəndir nərdivan asıldığı yerdə yoxdur, gecə qum daşımağa gələnlər onu özləriylə aparıblar. Kişi hiss eləyir ki, tələyə düşüb. Kürəyi qum təpəsinin ətəyinə sancıb qəzəblə qazmağa başlayanda qum seli, qum uçqunu üstünə gəlir, kişi huşunu itirib özündən gedir. Qadın düşünür ki, qonağı gün vurub, onu yatağına sürüyüb qulluğunda durur.
Kişinin bu tələyə düşdüyü artıq bir həftədir, yəqin iş yoldaşları onu axtarışa veriblər. Niki özünü ağır xəstəliyə vurur, istəyir ki, qadın da, onu bu qumlu çökəkdə əsir saxlayanlar da gəlmə adamı özlərinə yük bilib ondan canlarını qurtarsınlar. Kişi qadının hər gün təkrarlanan güzəranından bir məna, məntiq hasil eləyə bilmir, onu inandırmağa çalışır ki, gözəl yerlərdə gəzib-dolaşmaq insana böyük zövq verir. Qadın isə bunda bir zövqü-səfa görmür, “işsiz-gücsüz yol ölçmək havayı yerə özünü yormaqdır” deyir.
Qonaq qaçmağa daha bir cəhd göstərir, gecə qadın qum kürüyəndə qəfil onun üstünə atılıb ev yiyəsini girov götürür, qadının əl-qolunu sarıyıb qumdaşıyanların gəlməyini gözləyir. Səbətli adamlar çökəkliyin başında görünəndə şərt qoyur ki, qadının salamatlığını istəyirlərsə, onu yuxarı qaldırsınlar. Nikini qaldırmağına qaldırırlar, ancaq yarı yolda kəndiri boşaldıb onu yenidən çökəkliyin dibinə atırlar. Sonra da salladıqları kəndiri onun əlindən qoparıb çıxıb gedirlər.
Növbəti gün yuxarıdan aşağı içində üç qutu siqaret, bir şüşə araq olan paket tullayırlar. Kişi buna tezliklə azad olunacağının əlaməti kimi baxır, fəqət qadın onu başa salır ki, belə bir pay bu kənddə həftədə bir dəfə bütün kişilərə verilir. Entomoloq maraqlanır: ondan başqa da buralara azıb təzib gələn olubmu? Qadın deyir bir neçə nəfər olub, biri gələn kimi ölüb, biri indiyəcən yaşayır, ancaq buradan qaçmaq hələ heç kimə nəsib olmayıb. Kişi əmindir ki, bu məsələdə siftəni özü eləyəcək. Daha sonra çənə göz yetirəndə suyun qurtardığını görür, anlayır ki, onun inadını qırmaq üçün su gətirməyiblər, qadının iztirabları da burada heç kəsi maraqlandırmır. Kişi qadının əl-qolunu bu şərtlə açır ki, onun icazəsi olmadan ev yiyəsi əlinə bel-kürək almasın.
***
Niki komanın pərdilərini söküb onlardan nərdivan düzəltmək istəyir. Qadın qollarından sallaşıb ona mane olmağa çalışır. Süpürləşmənin axırı yataq səhnəsiylə bitir. Kişi anlayır ki, qadınla cəngə çıxmağın faydası yoxdur, ondan yalnız xoşluqla nəsə qopara bilərsən. Qadına deyir yuxarıdakılarla danışığa girib onlardan su istəsin. Qadın cavab verir ki, yuxarıdakılar onları qüllədən durbinlə müdam izləyirlər, onlar işə başlayan kimi su da gələcək. Kişi kürəyi əlinə alandan sonra yaşlı bir kişi onlara su gətirir. Niki ona deyir ki, barəsində axtarış verilib, onun izinə düşsələr, buradakıların axırı yaxşı olmayacaq. Kişinin tükü də tərpənmir, arxayın-arxayın cavab verir ki, əgər bu on gündə onu itirib-axtaran olmayıbsa, bundan sonra da çətin ola. Hədədən bir şey çıxmayanda o, qocanı şirnikləndirməyə çalışır, söz verir ki, bu kəndin güzəranını yaxşılaşdırmaq üçün əlaqələrindən istifadə eləyəcək, mətbuatda kampaniya başladacaq; di gəl, qoca yenə ona məhəl qoymur, sözünü sonacan dinləməyib gedir.
Boş vaxtlarında kişi gizlicə kəndir toxuyur. Girovluğunun qırx altıncı günü, nəhayət, düşdüyü çaladan qurtula bilir. Qüllədən onu sezməsinlər deyə aşağı sinib toran qovuşmasını gözləyir. Ondan sonra entomoloq səbətlə qum daşıyanlar hələ işə başlamamış sürətlə kəndin içindən keçib yola düzəlməlidir. Qaranlıqda yolunu azan Niki kəndə girəndə itlər üstünə tökülüşür. Kənd əhli onun izinə düşür, dizəcən quma batan şəhərli təqibçilərindən imdad diləyir. Üç kişi qumu qazıb onu tələdən qurtarır, sonra onlar Nikini gəldiyi yerə qaytarıb çökəyin dibinə, qumlu çalaya tullayırlar.
Ardı növbəti sayımızda...
F. Uğurlu
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
03 Oktyabr 16:18

Xəbər lenti
03 Oktyabr 16:17

İqtisadiyyat
03 Oktyabr 15:33

Xəbər lenti
03 Oktyabr 15:32

Asiya
03 Oktyabr 15:21

Xəbər lenti
03 Oktyabr 15:10

Xəbər lenti
03 Oktyabr 14:53

Xəbər lenti
03 Oktyabr 14:39

Xəbər lenti
03 Oktyabr 14:13

Xəbər lenti
03 Oktyabr 14:12

Xəbər lenti
03 Oktyabr 14:04

Dünya
03 Oktyabr 13:31

Xəbər lenti
03 Oktyabr 13:22

Xəbər lenti
03 Oktyabr 13:14

Maraqlı
03 Oktyabr 13:12

Xəbər lenti
03 Oktyabr 12:45

Mədəniyyət
03 Oktyabr 12:39

Maraqlı
03 Oktyabr 12:36

Xəbər lenti
03 Oktyabr 12:11

Siyasət
03 Oktyabr 11:55

Xarici siyasət
03 Oktyabr 11:53

MEDİA
03 Oktyabr 11:49

Siyasət
03 Oktyabr 11:41

Siyasət
03 Oktyabr 11:36

Xəbər lenti
03 Oktyabr 11:34

Siyasət
03 Oktyabr 11:23

Xəbər lenti
03 Oktyabr 11:18

Siyasət
03 Oktyabr 11:15

Xəbər lenti
03 Oktyabr 11:11

Xəbər lenti
03 Oktyabr 11:10

Xəbər lenti
03 Oktyabr 11:08

Xəbər lenti
03 Oktyabr 11:08

Siyasət
03 Oktyabr 11:07

Xəbər lenti
03 Oktyabr 11:06

Xəbər lenti
03 Oktyabr 11:05

Xəbər lenti
03 Oktyabr 11:04

Xəbər lenti
03 Oktyabr 10:55

Xəbər lenti
03 Oktyabr 10:53

Siyasət
03 Oktyabr 10:45

Siyasət
03 Oktyabr 10:30

Gündəm
03 Oktyabr 10:20

Analitik
03 Oktyabr 10:10

Gündəm
03 Oktyabr 10:00

Xəbər lenti
03 Oktyabr 09:35

Gündəm
02 Oktyabr 20:40

Xəbər lenti
02 Oktyabr 20:37

Xəbər lenti
02 Oktyabr 20:35

Xəbər lenti
02 Oktyabr 19:41

Xəbər lenti
02 Oktyabr 18:24

Xəbər lenti
02 Oktyabr 18:11

Xəbər lenti
02 Oktyabr 17:46

Xəbər lenti
02 Oktyabr 16:50

Xəbər lenti
02 Oktyabr 16:35

Xəbər lenti
02 Oktyabr 16:28

Siyasət
02 Oktyabr 16:26

Siyasət
02 Oktyabr 16:20

Xəbər lenti
02 Oktyabr 16:11

Xəbər lenti
02 Oktyabr 16:00

Xəbər lenti
02 Oktyabr 15:46

Xəbər lenti
02 Oktyabr 15:33

Xəbər lenti
02 Oktyabr 15:07

Xəbər lenti
02 Oktyabr 15:05

Xəbər lenti
02 Oktyabr 14:42

Xəbər lenti
02 Oktyabr 14:09

Xəbər lenti
02 Oktyabr 13:48

Xəbər lenti
02 Oktyabr 13:46

Siyasət
02 Oktyabr 13:42

Xəbər lenti
02 Oktyabr 13:39

Xəbər lenti
02 Oktyabr 13:13

Xəbər lenti
02 Oktyabr 13:10
