Din kimi poeziya, peyğəmbər kimi şair
03.06.2023 [12:16]
Rayner Mariya Rilkenin poetik yaradıcılığı haqqında
Sevgidən şeirlər yazmayın, çoxdan bəlli olan tanış formalardan gen gəzin, bunlar işin ən çətin tərəfləridir... Gözəl obrazların olduğu bir yerdə özününkünü yaratmaq üçün möhtəşəm, yetkin güc lazımdır. Gündəlik həyatınızın Sizə diktə elədiyi ümumi mövzulardan xilas yolu axtarın: öz kədərinizi, arzularınızı, ötəri niyyətlərinizi, hansısa gözəlliyə inamınızı qələmə alın - bu haqda təsirli, həzin, təvazökar bir tövrlə yazın, özünüzü ifadə etmək üçün Sizi əhatə eləyən şeylərə, öz yuxularınızın obrazlarına, xatirələrinizin predmetinə üz tutun. Əgər gündəlik həyatınız Sizə kasad görünürsə, günahı özünüzdə axtarın, boynunuza alın ki, həyatın yeknəsəqliyindəki bütün bu zənginliyi canlandırmaq üçün, sadəcə, Sizin şairliyiniz yetərli deyil, çünki yaradıcı ruh üçün kasadlıq deyilən anlayış yoxdur, adamı biganə qoyan belə kasad yerlər ümumiyyətlə mövcud deyil.
Əgər dünyanın bircə sədasının belə hissiyyatınıza gəlib yetişmədiyi həbsxana divarları arasında olsaydınız, Siz öz uşaqlığınızın, misilsiz zənginliklə dolu bu xatirələr xəzinəsinin yiyəsi olmayacaqdınızmı? Fikrən ona üz tutun. Bu böyük zamanın içində unutduğunuz nə varsa, hamısını yaddaşınızda diriltməyə çalışın - onda Sizin şəxsiyyətiniz öz təsdiqini tapacaq, tənhalığınızın hüdudları genişlənib, toranlıqda kənardan insan səs-küyünün dalğası duyulan bir evə çevriləcək.
Əgər özünüzə xitabdan, şəxsi dünyanıza qapılmadan şeirlər doğulsa, həmin şeirlərin yaxşı, ya pis olması barədə nəsə soruşmaq Sizin heç ağlınıza da gəlməyəcək. Onda Siz qətiyyən marağında olmayacaqsınız ki, yazılarınız barədə jurnalların rəyi necədir. Siz bu şeirlərdə canınız-qanınız bahasına başa gələn həyatınızın səsini, cilasını görəcəksiniz.
Sənət əsəri o halda yaxşıdır ki, daxili zərurətdən yaranmış olsun...
Rayner Mariya Rilke - “Gənc şairə məktublar”dan
Rilkenin şeirləri Əhdi-ətiq peyğəmbərlərinin dualarına, nəğmələrinə, bəzən də qarğışlarına bənzəyir. Onun poeziyası - poeziyadan çox şeir qılafına bürünmüş dindir, şair özü də şairdən çox dərviş, peyğəmbər xislətli missionerdir. Ancaq Rilkenin yaradıcılığını konkret bir konfessiyanın sərhədləri çərçivəsinə sığışdırmaq olmaz. Onun dini ümumbəşəri dindir, hərçənd xristianlığın ideallarından, obrazlarından, simvollarından xali deyil.
Ömrünün beş ilini valideynlərinin təkidiylə getdiyi hərbi məktəbdə çürütsə də, Rilke yaradıcılığa da, şair kimi tanınmağa da çox erkən başlamışdı. İlk poetik toplusu hələ on doqquz yaşı olanda - 1894-cü ildə işıq üzü görmüşdü. İki əsrin qovuşağında Rilke artıq yetkin şair kimi tanınırdı. Ondan iyirmi yaş böyük başqa bir dünya şöhrətli şair - fransızdilli belçikalı Emil Verharn Rilkeni Avropanın bir nömrəli şairi adlandırmışdı. Nəzərə almaq lazımdır ki, Verharn hələ Rilkenin öz şah əsərlərini - “Duinez elegiyaları” ilə “Orfeyə sonetlər”i yazdığı zamana qədər yaşamamışdı.
Rilke daim öz şair tənhalığının sərhədlərini, eynən gənc şairə tövsiyələrində yazdığı kimi, genişləndirməyə, öz mənəvi səltənətinin ərazisini böyütməyə çalışırdı. Ancaq bu işləri yalnız xəyallarının hesabına görmürdü, Praqada dünyaya gəlmiş Avstriya vətəndaşı olsa da, doğma şəhərinə sığmırdı - bir ucu Almaniya, İtaliya, Fransa, İsveçrə, bir ucu Rusiya - çox gəzir, çox dolaşırdı. Rus torpağını o, ruhunun vətəni, instinktlərinin qaynağı, duyğularının beşiyi adlandırırdı; deyirdi ki, Rusiya Tanrı dərgahı ilə həmsərhəddir. Şübhəsiz, şairin bu qənaətə gəlməsində özündən on beş yaş böyük peterburqlu rəfiqəsi Lu Salomenin (bir zamanlar bu ağıllı, xarizmatik qadın Fridrix Nitsşe ilə də sıx ünsiyyətdə olmuşdu), Rusiyada yaxından tanıyıb könül bağladığı Lev Tolstoyun, İlya Repin, Leonid Pasternak (sonralar Rilke ilə məktublaşacaq, onun şeirlərini ruscaya çevirəcək böyük şair Boris Pasternakın atası) kimi görkəmli rəssamların da rolu az olmamışdı. Dostoyevski, Tolstoy, Çexov yaradıcılığıyla Rilke ciddi maraqlanırdı, rus dilini öyrənib, bu dildə hətta bir neçə şeir də yazmışdı.
Rilke Avropa ədəbiyyatında ardıcılı olmayan sonsuz şairdir. Qlobal savaşların, epidemiyaların tüğyan elədiyi, xalqların, millətlərin ümidsizlik bataqlığında boğulduğu bir dönəmdə mistik şairin dini yaşantıları, ilahi illüziyaları, işıqlı xəyalları, çox güman, tragik zamanın kontekstinə sığmayıb, iki dünya müharibəsi arasındakı dövrün sənətkarları ya diqqəti daha çox sosial-siyasi reallıqların ifşasına yönəldiblər, ya da dekadansa, pessimizmə, ateizmə, materializmə, satanizmə yuvarlanıblar. Hər halda on doqquzuncu yüzildə böyük örnəkləri yaradılmış “dini” ədəbiyyat nümunələrinə iyirminci əsrdə çox az rast gəlinir. Belə sənət möcüzələri yaradan tək-tək adlardan biri də Rayner Mariya Rilkedir.
Rilke konseptual şairdir. Sağlığında da, özündən sonra da onu cürbəcür ədəbi-fəlsəfi cərəyanlara (həyat fəlsəfəsi, fenomenologiya, intuitivizm, simvolizm, modernizm, sürrealizm, ekzistensializm...) calamaq istəyənlər çox olub. Əlbəttə, Rilkenin yaradıcılığında bu cərəyanların, məktəblərin hər birinə aid nəsə tapmaq olar, ancaq bütün böyük qələm adamları kimi onu da hansısa cərəyanın çərçivəsinə salmaq olmaz. Onun hər silsiləsi bəlli bir poetik-fəlsəfi konsepsiya üzərində qurulub. Məsələn, “Dua kitabı” adlı üçbölümlük toplusu kilsə nəğmələri üslubunda, Tanrıyla dialoqa girməyə çalışan bir rahibin monoloqu kimi yazılıb.
“Yeni şeirlər” silsiləsi dahi skulptor Ogüst Rodenin heykəltəraşlıq tərzinin təsiri altında “şeir-əşya” konsepsiyasının ifadəsi kimi meydana gəlib. Konsepsiyanın mahiyyəti təxminən budur ki, biz ətrafımızdakı varlıqlarla, əşyalarla, predmetlərlə daimi ünsiyyətdəyik. Hansısa əşyaya dərindən dalanda biz ona can veririk, həmin predmet bizim ruhumuzda, şüurumuzda öz ifadəsini tapır, bizdə yaşamağa, təkmilləşməyə, mahiyyət qazanmağa başlayır. Yəni şüurumuz quşun, ağacın, daşın “qabığını soymaqla”, “donunu soyundurmaqla” onun gerçək mahiyyətinə nüfuz eləyir, onun qəlbinə yol tapır. Gerçəkdən də, quşa, ağaca, daşa bir şairin münasibətiylə ətrafındakı varlıqların “dilini” bilməyən adi adamın münasibəti arasında yerlə göy qədər fərq var. Müdrik insan hər predmetə, hər mənzərəyə qəlbinin gözüylə - üçüncü gözlə baxır, özündən qıraq aləmə altıncı hiss orqanıyla toxunur. Bu, dahi filosof Edmund Hüsserlin fenomenologiya fəlsəfəsi, ekzistensialistlərin subyektiv dərki ilə səsləşən vacib məqamdır.
“Obrazlar kitabı” toplusu ən müxtəlif həyat, təbiət hadisələrinin, obrazların vahid dini-mistik konsepsiyaya tabe olunması sayəsində poeziya tarixinə simvolizmin misilsiz örnəyi kimi düşüb. Məsələn, bu silsilədən olan “Kitabla baş-başa” şeirinin lirik qəhrəmanı mütaliəyə necə aludə olursa, pəncərəsini döyəcləyən yağışın belə səsini eşitmir. Axşama doğru günəş işığını da götürüb bağ-bağçadan çəkiləndə onun qulağına hansısa dərinlikdən bir yerə yığışıb söhbətləşən adamların səsi gəlir. O, başını qaldırıb boylansa, danışan adamların necə yaxında olduğunu görəcək, belədə isə həmin səslər ona başqa dünyanın hənirtiləri, pıçıltıları kimi çatır. Ona görə də gözünü kitabdan çəkməyib toran qovuşan vaxtı gözləyir. Alaqaranlıqda başını qaldıranda ona elə gəlir ki, evinin çəpəri böyüyüb-böyüyüb bütün kainatı öz içinə alıb. Kəndin sonunda işaran sonuncu ulduz isə ona sonuncu evin çırağı kimi görsənir.
Davamı gələn sayımızda
F. Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

