Qorxulu nağılların yarandığı, qorxulu nağılların yaşandığı evin sahibi - Süleyman Sani Axundov
05.02.2022 [10:09]
İlhamə RƏSULOVA
Uşaqlığımız onun nağıllarını oxumaqla keçib. Yazdığı təsirli həyat hekayələri uşaq ürəyi üçün ağır gəlsə də, reallıqları əks etdirir, əslində həyata çəhrayı gözlüklərlə baxmamağa dəvət edirdi. Ədibin “Qorxulu nağıllar” başlığı altında yazdığı “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” kimi hekayə və povestlərini oxuyub kövrəlməmək mümkün deyildi. Söhbət həm yazıçı, həm də pedaqoq kimi şöhrət tapmış Süleyman Sani Axundovdan gedir. Süleyman Sani Axundov ötən əsrin əvvəllərində Azərbaycan xalqının mədəni inkişafında müstəsna rolu olan şəxslərdən biri, görkəmli yazıçı, nasir və maarif xadimi idi.
Şuşa torpağının yetirməsi olan Süleyman Sani Axundovun adı ictimai-bədii fikir tariximizə hekayə ustası, görkəmli dramaturq, məşhur xalq müəllimi, mədəniyyət xadimi kimi yazılıb. XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında Süleyman Sani Axundovun böyük xidmətləri olub. “Qaraca qız”ı onun yaradıcılığında şah əsər hesab eləmək olar. Azərbaycan ədəbiyyatında ilk dəfə məhz Qaraca qız obrazı ilə qaraçı ailəsindən olan kasıb uşağın çox təsirli, faciəvi, ən əsası da unudulmaz srəti yaradıldı. Əsər çox sevildi, ekranlaşdırıldı, ekran həyatı da uğurla alındı. Bu gün Qaraca qız obrazını tanımayan azərbaycanlı təsəvvür eləmək çətindir.
“Qaraca qız” povesti klassik Avropa və rus uşaq ədəbiyyatı nümunələri arasında özünəməxsus bədii, ictimai-əxlaqi, estetik dəyəri ilə seçilən, fərqlənən əsəridir.
Süleyman Sani Axundov 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyümüşdü.1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra, 19 yaşında müəllim kimi fəaliyyətə başlayır. III dərəcəli rus-tatar məktəbində dərs deyir. O, ömrünün sonuna kimi pedaqoji fəaliyyətini davam etdirmiş, şagirdlərinin əz əziz müəllimi statusunu qazana bilmişdi. Qabaqçıl maarifçi fəaliyyəti nəzərə alınmış, 1906-cı ildə Azərbaycan müəllimlərinin I qurultayında iştirak üçün dəvət almışdı.
Axundov 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışıb. Maraqlıdır ki, onun işlədiyi məktəblər el arasında Süleyman San məktəbi adıyla tanınırdı...
Axundov 1908-ci ildə A.Şaiq, M.Mahmudbəyov və başqa qabaqcıl maarif xadimləri ilə birlikdə məktəblilər üçün “İkinci il” adlı dərsliyi tərtib edib. Diqqətçəkən məqamdır ki, dərslik təmiz Azərbaycan türkcəsində yazılmış, müəlliflər alınma sözlərdən istifadə etməməyə çalışmışdılar.
Onu tanıyan hər kəs qeyd edirdi ki, Süleyman Sani şagirdlərin qəlbinə yol tapa bilən ustad bir müəllim idi. Elə bədii əsərlərindən də onun həssasiyyəti, uşaq psixologiyasını gözəl bilməsi hiss olunur. Xüsusilə, kasıb ailələrin uşaqlarına diqqət yetirir, onların təhsilinin davamlı olmasına çalışırdı.
Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri Mirzə Fətəli Axundovun “Hacı Qara” əsərinin təsiri altında yazılmış “Tamahkar” (1899-cu il) komediyası idi. Lakin görkəmli pedaqoqun hekayələri daha böyük maraqla qarşılanırdı.
“Qonaqlıq” ,”Kövkəbi-hürriyyət”, “Yuxu” onun ilk hekayələridir. Onun bu klassik əsərlərinin yazılmasında 1905-ci ildə baş vermiş acı hadisələr mühüm rol oynamışdı. Süleyman Saninin “Qan bulağı” (1923), “Ümid çırağı” (1923), “Cəhalət qurbanı” (1923), “Nə üçün” (1925), “Təbrik” (1925), “Sona xala” (1926), “Namus” (1926), “Mister Qreyin köpəyi” (1927), “Son ümid” (1927), “İki dost, iki düşmən” (1927), “Gənc maşinistka və qoca yazıçı” (1935) hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələri hesab olunur. Bu əsərlər dövrün reallığını əks etdirir, tarixin güzgüsü rolunu oynayır.
Yazıçının 1907-ci ildə qələmə aldığı “Dibdat bəy”, “Türk birliyi” adlı pyesləri ilə Azərbaycan teatr səhnəsinə ilk dəfə komediya janrında siyasi-ictimai mövzu daxil olub. Axundovun “Laçın yuvası”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Səadət zəhmətdədir”, “Molla Nəsrəddin Bakıda”, “Eşq və intiqam” və s. pyesləri uzun illər teatrların repertuarına daxil edilib.
XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında Axundovun hekayələri xüsusi rol oynayıb. Mütəxəssislərin fikrincə, Süleyman Saninin hekayələri Azərbaycan uşaq ədəbiyyatına forma, məzmun, üslub baxımından yenilik qatıb.
Süleyman Sani 1918-ci ildə Bakıda sovet hakimiyyəti qurulanda ilk maarif komissarı kimi maarif sahəsində böyük həvəslə çalışıb. O, tərcümeyi-halında yazır: “1918-ci ildə mən cəlb olunmuş üzv sifəti ilə xalq maarifi işində işləmişəm... Buradakı əsas işim məktəblər üçün proqram yaratmaq, məktəbləri avadanlıqla təchiz etmək, Bakı şəhəri və rayonlarındakı maarifçilərin bütün heyətini siyahıya alıb yoxlamaqdan ibarət idi...”
1922-ci ildə Süleyman Sani M.Məmmədbəyov, S.Əbdürrəhmanzadə, F.Ağazadə, A.Şaiq, Ə.Əfəndizadə ilə birlikdə “Yeni türk əlifbası” dərsliyini yazır. Həmin ildə o, Azərbaycan ədib və şairlər ittifaqının sədrliyinə seçilir. Ümumiyyətlə, 1920-ci illərdə Süleyman Sani xalqın ictimai-mədəni inkişafı üçün böyük əmək sərf edib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi 1932-ci ildə Süleyman Sani Axundovun pedaqoji-ədəbi, həmçinin ictimai-mədəni fəaliyyətini nəzərə alaraq ona “Əmək qəhrəmanı” adını verib. Süleyman Sani Axundov 1939-cu il mart ayının 29-da Bakıda vəfat edib. I Fəxri xiyabanda dəfn edilib.
Şuşaya səfər edərkən bir zamanlar bu xalq müəlliminin, görkəmli yazıçının yaşadığı evi ziyarət etməyi özümüzə borc bildik. Bir zamanlar “Qorxulu nağıllar”ın yaşandığı bu ev, 29 illik işğal dövründə qorxulu nağılların yaşandığı evə çevrilib. Düşmən Şuşada nə qədər qədim tikili, tarixi abidə varsa, yalnız onları vəhşicəsinə dağıdıb. Sovet dönəmində tikilmiş 5 mərtəbəli yaşayış binalarını saxlasalar da (özləri yaşayırdılar deyə), görkəmli şəxsiyyətlərin yaşadığı, onların izlərini daşıyan bütün evləri, abidələri məhv etməyə çalışıblar. Süleyman Saninin evi də düşmən münasibətinin qurbanına çevrilib.
Bu gün Şuşa yenidən tikilir, ucaldılır. Şuşada yaşayıb-yaratmış bütün görkəmli şəxsiyyətlərin evləri, abidələri bərpa edilir. Belə şəxsiyyətlərin sayı isə bir deyil, beş deyil. Demək olar ki, 10 şuşalıdan biri adını tarixə yazdırmış, ölkənin ictimai, mədəni həyatında mühüm rol oynamış insandır. Elə buna görə də Şuşa mədəniyyətimizin beşiyi və paytaxtı hesab olunur. Elə buna görə, hər daşı, hər cığırı, hər küçəsi tarix qoxuyan Əziz Şuşanı gözümüz kimi qoruya bilək deyə, 2021-ci il iyunun 22-də Prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında Fərman imzalayıb.
Xəbər lenti
Hamısına baxHadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17

