Əbu-Dabidə keçiriləcək “ADIPEC 2025” enerji forumunda 45 ölkədən nazirlər iştirak edəcəklər
31.10.2025 [23:18]
Noyabrın 3-də Əbu-Dabidə işə başlayacaq “ADIPEC 2025” forumu enerji ekosistemində qlobal liderlərin ən böyük toplantısına ev sahibliyi edəcək. AZƏRTAC rəsmi “Emirates” agentliyinə istinadla xəbər verir ki, tədbirdə 45-dən çox nazir və 250-dən çox rəhbər heyəti bir araya gələcək. Bu toplantıda dünyanın daha çox enerjiyə olan ehtiyacını ödəmək üçün tərəqqini təmin edən dayanıqlı sistemlər qurmaq və onları miqyaslandırmaq məsələlərinin müzakirəsi nəzərdə tutulur.
ADNOC tərəfindən təşkil edilən “ADIPEC 2025” forumu “Enerji. Kəşfiyyat. Təsir” mövzusunda keçiriləcək və enerji, texnologiya, maliyyə və digər sahələrdən liderləri, siyasətçiləri, innovatorlar və akademikləri bir araya gətirəcək.
Açılış mərasimində moderatorluq edəcək nazirlər paneli Amerika Birləşmiş Ştatlarının sabiq naziri Daq Burqumun və BƏƏ-nin energetika naziri Suhail Mohamed Əl-Mazroueinin sədrliyi ilə keçiriləcək. Müzakirələrdə Almaniya, İtaliya, Qətər, Oman və digər ölkələrin nazirləri, həmçinin “Microsoft”un prezidenti Bred Smit, OPEC-in Baş katibi Haysam Əl-Qais, Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin baş direktoru Françesko La Kamera, nəhəng enerji şirkətlərinin rəhbərləri iştirak edəcəklər.
Forum çərçivəsində tələbələr üçün hazırlanmış 11 komponent də təqdim olunacaq. Məqsəd 1000-dən çox lisey şagirdi və 400 universitet iştirakçısını enerji texnologiyalarının modernləşdirilməsi üzrə proseslərin öyrənilməsinə cəlb etməkdir. Forumun keçiriləcəyi Konqres Mərkəzində onlara xüsusi “İnnovatorlar” zonası ayrılacaq.
“ADIPEC 2025”də, həmçinin BƏƏ-də yerləşən lisey şagirdləri üçün metan emissiyalarını azaltmaq üzrə innovativ ideyaları nümayiş etdirmək məqsədilə müsabiqə də təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

