Yeni sərmayə institutu...
01.11.2025 [10:38]
Azərbaycan-Qazaxıstan İnvestisiya Fondunun yaradılması birgə layihələrin icrasını təmin edəcək
Azərbaycan və Qazaxıstan arasında birgə müəssisələrin və özəl investisiya fondlarının yaradılması imkanları müzakirə olunur. Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Ayjan Bijanova bildirib ki, investisiya fondunun yaradılması birgə investisiya layihələrinin həyata keçirilməsinə möhkəm maliyyə təminatı yaradacaq. İnvestisiya Fondunun əsas fəaliyyət istiqamətlərinə bərpaolunan enerji, aqrar-sənaye, nəqliyyat və logistika infrastrukturu daxildir. Fond vasitəsilə iki qardaş ölkə öz kapitalını prioritet strateji layihələrə yönəltməklə qarşılıqlı maliyyə dayanıqlılığını təmin edəcək. Yeni iqtisadi struktur tərəflər arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi və investisiya fəaliyyətinin fəallaşdırılmasını təşviq edəcək, iki dövlətin işgüzar dairələri arasında birbaşa əlaqələrin inkişafında vasitəçilik funksiyasını həyata keçirəcək. Həmçinin dövlət və özəl sektorun nümayəndələrini vahid sərmayə platformasında birləşdirərək onların qarşılıqlı sərmayə qoyuluşlarının istiqamətlərini müəyyənləşdirərək sərmayə proqramlarının icrasında koordinasiyaedici rol oynayacaq.
Dövlət başçısının təşəbbüsü ilə...
Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstana səfəri çərçivəsində Qazaxıstanın ən nəhəng maliyyə institutu olan “Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi” imzalanıb. Həmçinin, “Samruk Kazına” ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) arasında Əməkdaşlıq Memorandumu” sənədinə imza atılıb. Bu hüquqi-iqtisadi baza Azərbaycan və Qazaxıstan arasında birgə investisiya fəaliyyətinin qurulmasını təmin etməklə, müştərək fondun təsis edilməsinə də zəmin yaradır.
Hazırda Azərbaycan İnvestisiya Holdinqi ilə Qazaxıstanın müvafiq İnvestisiya Holdinqi arasında birgə investisiya fondunun yaradılması yekunlaşma mərhələsindədir və yaxın vaxtlarda bu təsisatın da qurulması təmin ediləcək.
Qırğızıstan və Özbəkistan nümunəsi
Qeyd edək ki, belə bir təsisatın formalaşdırılması türk dövlətləri arasında son illərdə iqtisadi-maliyyə gündəliyinin əsas xəttini təşkil etməkdədir. Belə ki, 2023-cü ildə Azərbaycan-Qırğız İnkişaf Fondu təsis edilib ki, bu qurum aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrinə investisiyalar yatırmağı təşviq edir. Fond hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərir və nəticədə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə təkan verməkdədir.
Həmçinin, bir il əvvəl “Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti” yaradılıb ki, məqsəd iki ölkə arasında sərmayələrin qarşılıqlı təşviqinə nail olmaqdır. Fondun maliyyə portfeli hər iki ölkənin resurs imkanları hesabına formalaşır və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49 faizədək paya sahib olmaqla biznesin maliyyələşməsini təmin edəcək. Ofisi Daşkənd şəhərindəki “Trilliant Tower 1” Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 milyon dollardır. Fondun əsas prioritetlərinə birgə müəssisə statusunda istehsal, emal, ixracyönümlü sahələri qurmaq, idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalını təşviq etmək, müştərək istehsal zənciri qurulmasına töhfə verməkdir. İnvestisiya şirkəti Azərbaycan və Özbəkistan arasında birgə sərmayələrin təşviqi ilə yanaşı, üçüncü ölkələrin ərazisində də qarşılıqlı maraq doğuran istiqamətlərdə ixracyönümlü müəssisələrin yaradılması üzrə birgə layihələrin maliyyələşdirilməsində fəal rol oynamaq niyyətindədir.
Türk dövlətlərinin vahid investisiya xəzinəsi
Bu model türk dövlətlərinin hər biri üçün önəm daşıdığından vahid investisiya platforması qurulmasına qərar verilib. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən 2 il əvvəl qarşılıqlı maliyyə və investisiyaların hərəkətini stimullaşdırmaq, birgə sərmayə yatırımlarını təşviq etmək məqsədilə Türk İnvestisiya Fondu yaradılıb. Ötən il noyabrın 1-dən fəaliyyətə başlayan fondun nizamnamə kapitalı 500 milyon dollar təşkil edir. Fond ilk layihələrin icrasına start verib və yeni sahələrdə sərmayə qoyuluşları planlarını nəzərdən keçirir. İnvestisiya Fondu türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.
Yeni sərmayə xətləri həm dövlət, həm də özəl sektoru nəzərdə tutur. Xüsusilə də, fondun maliyyə vizyonu daha çox yeni iqtisadiyyat quruculuğu prioritetlərinə əsaslanır ki, burada bərpa olunan enerji, rəqəmsal kənd təsərrüfatı və turizm kimi bir çox sahələrə investisiyaların artırılması mühüm yer tutur. Bundan başqa, ofndun investisiya fəaliyyəti beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlığı təmin etmək, nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək, mikro, kiçik və orta müəssisələrin layihələrini maliyyələşdirmək, rəqəmsal iqtisadiyyatı təşviq etmək və digər prioritetlərə fokuslanıb.
Bu məqsədlərə çatmaq üçün fondun maliyyə portfelinin növbəti mərhələdə daha da artırılaraq 1 milyard dolları ötəcəyi istisna olunmur. Gələcəkdə TİF-nun nəhəng bir maliyyə institutu kimi türk dövlətlərinin Mərkəzi banklarının aktiv maliyyələşməyə cəlb edilməsi, müxtəlif layihələrdə donorluq etməsi, ələlxüsus da səhm və müxtəlif investisiya alətlərinin emissiyasında rol almasında da rolunun artacağı istisna deyil. Eyni zamanda, investisiya fondlarının da bu prosesə qoşulması mümkündür.
Göründüyü kimi, Azərbaycan və Qazaxıstan arasında yaradılacaq İnvestisiya Fondu ümumilikdə, türk dövlətlərinin vahid iqtisadi hədəf strategiyalarının tələblərindən irəli gələn çağırışlardan biridir. Bu qurumun fəaliyyəti sayəsində Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın səviyyəsi daha da yüksələcək. Bu strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

