Heydər Əliyev Fondunun 10 illik fəaliyyətini əks etdirən kitab-albom çapdan çıxıb
21.05.2014 [09:22]
Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə qurumun 2004-2014-cü illərdəki fəaliyyətini əks etdirən kitab-albom çapdan çıxıb.
AzərTAc xəbər verir ki, kitab-albom Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sözləri ilə açılır.
Daha sonra bu sanballı nəşrin girişində Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti haqqında məlumat verilir.
Heydər Əliyev Fondunun yaranması tarixindən bəhs edilərək bildirilir ki, bu gün bütün dünyada humanizm və xeyirxahlıq mücəssəməsinə çevrilmiş Fond ən yeni tariximizə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, Onun zəngin dövlətçilik irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək 2004-cü il mayın 10-da - Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günündə yaradılıb.
Nəşrdə qeyd edilir ki, Heydər Əliyev Fondunun məqsədi milli mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir.
Kitab-albomda diqqətə çatdırılır ki, onillik fəaliyyəti dövrü ərzində Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olub. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Kitab-albomu diqqətlə nəzərdən keçirərkən məlum olur ki, Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən Heydər Əliyev Fondu yarandığı gündən təhsilin inkişafına yönəlmiş proqram və layihələr həyata keçirir. Eyni zamanda, Heydər Əliyev Fondu həyata keçirdiyi layihələrlə əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edir.
Fondun yaranmasından ötən dövr ərzində milli mənəvi dəyərlərimizin və mədəni irsimizin qorunub saxlanması, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması, yaradıcı gənclərin dünyanın aparıcı ali məktəblərində təhsil almasının dəstəklənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Eyni zamanda, öz fəaliyyətində sosial məsələləri daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondu yerli əhəmiyyətli problemlərin həllinə yardımçı olur, infrastruktur layihələrini reallaşdırır, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək əlini uzadır.
Yeni nəşrlə tanışlıq zamanı bir daha məlum olur ki, fəaliyyət göstərdiyi illər ərzində təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması, nadir və nəsli kəsilməkdə olan qiymətli heyvan və bitki növlərinin mühafizəsi və bərpa olunması sahəsində tədbirlərin görülməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi Heydər Əliyev Fondunun xüsusi diqqət yetirdiyi məsələlərdən olub və hazırda Fond tərəfindən bu proses uğurla davam etdirilir.
Heydər Əliyev Fondunun onillik nəhəng fəaliyyətinin əks olunduğu kitab-albomda, həmçinin bu qurumun informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi sayəsində informasiya cəmiyyətinə keçid üçün əlverişli şəraitin yaradılmasına, əhalinin bütün kateqoriyaları, o cümlədən əlil və sağlamlıq imkanları məhdud olan insanlar üçün İKT-dən istifadənin genişləndirilməsinə, təhsil müəssisələrində kompyuterləşdirilmiş otaqların yaradılmasına xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılır.
Eyni zamanda, məlum olur ki, gənclərin hərtərəfli inkişafına diqqətlə yanaşan Heydər Əliyev Fondu uşaq və yeniyetmələrdə idmana marağın artırılması, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir.
Məlumdur ki, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi 10 il ərzində müasir Azərbaycanın bir nömrəli problemini daim diqqət mərkəzində saxlayıb. Kitab-albomu vərəqləyərkən bir daha əmin olursan ki, ölkəmizin tarixi həqiqətlərinin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, XX əsrin ən dəhşətli soyqırımı hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuş Xocalı faciəsinin, münaqişə nəticəsində ölkəmizə vurulan ekoloji, sosial-psixoloji, iqtisadi və maddi-mənəvi zərərin, işğal olunmuş ərazilərdə törədilən vandalizmin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması Heydər Əliyev Fondunun əsas hədəflərindən biridir.
Heydər Əliyev Fondu, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasına, dünyanın bir çox ölkəsində genişmiqyaslı layihələrin reallaşmasına, Bakıda bir sıra dövlətlərin iştirakı ilə konfrans və festivalların keçirilməsinə müvəffəq olub.
Fondun dünya ədəbiyyatı incilərinin Azərbaycan dilinə, klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələrinin isə xarici dillərə tərcümə edilərək nəşr olunmasına, ölkəmizin tarixi həqiqətlərini, milli mədəniyyət və incəsənətimizi əks etdirən çoxsaylı çap məhsullarının hazırlanmasına xüsusi əhəmiyyət verdiyi yeni nəşrdə öz əksini tam dolğunluğu ilə tapıb.
Yüksək poliqrafik səviyyədə, nəfis tərtibatda hazırlanmış və 473 səhifədən ibarət kitab-albomda Heydər Əliyev Fondunun bütün bu illər ərzindəki fəaliyyəti haqqında məlumatlar çoxlu sayda fotoşəkillərlə birlikdə təqdim edilib.
Xəbər lenti
Hamısına baxAnalitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
Hadisə
31 Oktyabr 08:12
Mədəniyyət
31 Oktyabr 08:11
Mədəniyyət
31 Oktyabr 08:10
İdman
31 Oktyabr 08:08
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

