İRƏVAN ZİYALILARINDAN MİRZƏ HÜSEYN HƏSƏNZADƏ İRƏVANİ
15.04.2026 [09:17]
Mirzə Hüseyn Axund Hacı Baba oğlu Həsənzadə 1869-cu ildə İrəvanda anadan olmusdur. İlk təhsilini İrəvandakı şəhər ibtidai məktəbində almışdı. Sonra isə Qori Müəllimlər Seminariyasını, daha sonra Tiflis Aleksandr Müəllimlər İnstitutunun nəzdindəki qısa müddətli kursu uğurla bitirmişdir. Maarif sahəsində böyük əzmlə çalışmısdı. 1890-cı illərdə Ahısqa qəzasının Azqur kənd məktəbində, sonralar Tiflis üçüncü oğlanlar gimnaziyasında müəllim, Tiflis Puşkin adına şəhər ibtidai məktəbində müdir işləmisdi. Tiflis Xalq Universitetləri idarəsinin üzvü, Güney Qafqaz şiə ruhani idarəsində katib köməkçisi və dəfələrlə duma üzvü olmuşdu. Gürcüstanda azərbaycanlılar üçün ilk gecə məktəbini də Qori Müəllimlər Seminariyasının yetirmələri olan Ələkbər Abbasovun, İbrahimxəlil Hacılarovun Tiflis Xalq Universitetləri idarəsinin köməyi ilə o təşkil etmişdi.
Mirzə Hüseyn Həsənzadə İrəvani demokratik respublika dövründə Gürcüstanın ictimai-siyasi həyatında fəallıq göstərmiş, Gürcüstan Milli Şurasının - Parlamentinin üzvü seçilmişdi. Millət vəkili kimi Gürcüstan azərbaycanlılarının mədəni-maarif problemlərinin həllində var qüvvəsi ilə çalışmışdı. Bu illərdə o, Xarpux 2-ci məktəbində müəllim, həm də bu təhsil ocağının müdiri işləmişdi. Görkəmli ədəbiyyatşünas alim Əziz Şərif “Keçmiş günlərdən” adlı xatirələr kitabında Mirzə Hüseyn Həsənzadə İrəvanini tanınmış ziyalı, maarif xadimi kimi yüksək dəyərləndirib. Mirzə Hüseyn yaradıcı müəllimlərdən olub. O, bir neçə dərsliyin, hekayələr kitabının müəllifidir. O 1912-ci ildə Tiflisdə “Kultura” mətbəəsində çap edirmiş “Tamam əlifba” dərsliyini özünün tərtib etdiyi əlifba islahatı əsasında hazırlamışdı. 38 səhifədən ibarət olan bu kitab ibtidai məktəblərin 1-ci sinfi üçün nəzərdə tutulmuşdu. Kitab Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda (VII-802 şifrəsi ilə) qorunub saxlanılır. Bu dərslikdə ərəb əlifbasına sait səslər əlavə olunmuş və artıq samit səslər çıxarılmışdı, bağlaşmalar sadələsdirilmiş, Azərbaycan dilinin qrammatikasının öyrədilməsi asanlaşdırılmışdı. Sövqi üsulla tərtib olunmuş bu dərslikdə xeyli şəkillər, kiçik ibrətamiz mətnlər, hekayələr, şeirlər verilmişdir. Müəllif “Qabaqlama” sərlövhəli müqəddimədə yazır: “Bu tazə çıxardığım”Tamam əlifba” kitabı ilə hər bir şəxs bircə ayın içində türkcə kamil yazıb, öyrənə bilər. Çün əlifbamızdan ərəbə məxsus hərfləri atandan sonra 9 ədəd zildə məstur hürufatı artırmışam. Mənim ümidim, arxadaşlarım dərs verən müəllimlərdir. Çün bununla mənim muradım ad, ya pul qazanmaq olmayıb, yalnız millətə kömək etməkdir”. Müəllif özünün tərtib etdiyi bu əlifba layihəsini öyrəymək məqsədilə gecə kursları təşkil etmişdi. Mirzə Hüseynin yazdığı bu dərsliyə böyük maraq olmuş və məktəblərdə ondan geniş şəkildə istifadə etmişlər.Kitabın sözsonunda Mirzə Hüseyn Həsənzadə yazır: “Bu kitabı mütaliə edən əşxasdan rica edirəm, əvvələn köhnəçilik etməyib, köhnə yazının təəssübünü çəkməyib, məhz dala qalmış millətimizin qabağa getmək yolunu nəzərə alıb, mənim də zəhmətimi bu yolda kömək edərmi, ya etməzmi məsələsi ilə məşğul olsunlar”.
Mirzə Hüseyn dövrü mətbuatda müxtəlif imzalarla çıxış etmişdir. O, mətbuatda daha çox “H.zadə” imzası ilə çıxış etmişdi. O, yazılarında,mətbuat səhifələrində maarifin bəşər mədəniyyətindəki rolundan, insanların savada yiyələnmək zərurətindən danışır, maariflə qeyrəti vəhdətdə götürür, xalqını maarif uğrunda mübarizəyə səsləyir, ana dilində yeni məktəb quruculğunun vacibliyini qeyd edirdi. Bu baxımdan onun Tiflisdə gənclərin nəşr-məarif cəmiyyətinin “Vətən” adlı türk məcmuəsinin 1920-ci il 1-ci nömrəsində çıxan “Məarif” adlı məqaləsi səciyyəvidir. Məqalədə müəllif maarifi obrazlı şəkildə günəşə ona görə bənzədirdi ki, onun zənnincə, millətin tərəqqi yoluna işıq saçan maarifdir. Daha sonra müəllif maarifi ruh aləmi kimi obrazlandıraraq yazırdı:”İnsan üçün yeganə mədari-səadət maarif olduğu meydandadır”. Məqalədə həmçinin yazır ki, “Məarif bir günəşdir ki, hər yerdə tülu edər, ziyalandırdığı məhəllələri tamamilə tənəvvür edər, afaq insaniyyəti işıqladar. Dünyada olan heyvanat və nəbatatın daim həyanlarına vasitə yeganə aydınlanan günəş olduğu kimi, aləmin də parlaqlıq saçan, tərəqqi olmasına xidmət edən maarifdir. Bu millətin rifahəti, halı, izzət və iqbalı maarif sayəsində tərəqqi edilir, maarif sayəsində aləmə işıq artıran heyrət olur”. Mirzə Hüseyn Həsənzadə maarifi, mədəni tərəqqini gəlişigözəl sözlər kimi tərifləmirdi. O, maariflə səy və qeyrəti bir-birindən ayrılmaz komponentlər kimi qəbul edirdi: “Səy qeyrət olmasa, maarifdən zərrə qədər əsər görülməz. Demək olur ki, maarif bir cismdir, o cismə o hərəkət və iqtidarı verən ruh, yəni səy və qeyrətdir”. Beləcə, Mirzə Hüseyn burada sadəcə xalq müəllimi kimi deyil, maarifin əhəmiyyətini dərindən dərk edib öz həmkarlarını maarif yolunda əzmlə çalışmağa, gəncləri səylə təhsil almağa çağıran ziyalı kimi çıxış etmişdi. Bu məqalə həm də regiondakı azərbaycanlı müəllimlərin pedaqoji fikir nümunəsi kimi də əhəmiyyətlidir. Qabaqcıl ziyalı, tanınmış pedaqoq Mirzə Hüseyn Həsənzadə İrəvani həmin dövrlərdə böyük ictimai, maarifçilik missiyasını həyata keçirən Əliheydər Qarayev, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Şərif Mirzəyev, Eynəli bəy Sultanov, Hüseyn Minasazlı, Əziz Şərif, Mirzə Rza Əlizadə və digər ziyalılarla çiyin-çiyinə xalqımızın yüksəlişi uğrunda fədakarlıqla çalışmışdır. Bu ziyalılar azərbaycanlıların təhsilə olan ehtiyaclarının təmin olunmasında danılmaz xidmətlər göstərmişlər. Ömrünü xalqının maarifinə həsr etmiş Mirzə Hüseyn 1948-ci ildə vəfat etmişdir.
Cəlal Zəngi
filologiya üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12

