Yazılmamış epopeyanın xülasəsi
12.02.2026 [09:31]
Professor Müseyib İlyasovun “Maarif fədaisi: Müseyib İlyasov” adlı kitabı üzərində gəzişmələr
Əvvəli ötən sayımızda
Kitabda müəllif İlyaslar nəslinin bizə bəlli bütün qolları, tirələri, keçmiş-keçəni, törəmələri haqqında məlumat verir, sovet dövrü dünyaya gəlmiş sonuncu nəsillərin nümayəndələrini belə imkan çərçivəsində yaddan çıxarmır. Üstəlik, doğma Oğuldərə kəndinin ilin dörd fəslinə xas mənzərələrini, zəngin fauna-florasını bədii dillə təsvir eləməklə oxucunu faktların, sənədlərin “zəhmindən”, ağırlığından qurtarmağa çalışır.
***
1893-cü il təvəllüdlü Müseyib Kərbəlayı İbrahim oğlu İlyasov Minkənd rus-tatar məktəbini bitirəndən sonra 1906-1907-ci illərdə Şuşada Haşım bəy Vəzirovun müdiri olduğu qəza məktəbində oxuyur. Elm öyrənməyə həvəsi, çalışqanlığıyla diqqət çəkdiyinə görə böyük ədəbiyyatşünas, maarifçi, pedaqoq Firidun bəy Köçərli başqa bir neçə gənclə birgə onun da təhsilini Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında davam etdirməsini məsləhət bilir. Qoridə təhsil almağa 1908-ci ildə başlayan Müseyib seminariyanı 1912-ci ildə bitirir. Bundan sonra vətənə qayıdıb, üç il Bakıdakı ikinci rus-tatar məktəbində müəllim işləyir. 1915-ci ildə öz ərizəsiylə tutduğu vəzifədən azad olunur.
Kitabın “Müseyib İlyasovun pedaqoji fəaliyyəti” adlı bölməsində müəllif daha sonra yazır: “1915-18-ci illərdə Müseyib İlyasov Xosrov bəy Sultanovla birlikdə onun rəhbərlik elədiyi xeyriyyə cəmiyyətinin xəttiylə İrana və Türkiyəyə getmiş, aclıq çəkən yoxsul əhaliyə yardımlar göstərmişdi. Atam deyirdi ki, buradan qızıl pul aparıb, orada daha çox taxıl alıb camaata paylayırmışlar. Azərbaycanda hakimiyyət dəyişikliyi ilə əlaqədar geri qayıdanda xərclənməmiş iyirmi kilo qızılı gətirib Bakıda banka təhvil verib. Deyirdi əmimdən soruşduq ki, onu tələb eləyirdilər, yoxsa özünüz verdiniz? Dedi ki, heç kim istəmirdi, özüm aparıb verdim. Soruşduq ki, verməyə bilərdin? Onda cavabı sərt oldu: - Heç elə şey olardı? Mənə etibar eləmişdilər, o pul xalqın puluydu, xalqa da qaytarılmalıydı”.
***
1920-ci ildə Şuşa şəhərində açılan Müəllimlər Seminariyasının - darülmüəllimin ilk yaradıcısı, təşkilatçısı da Müseyib İlyasov olmuş, seminariyanın ilk direktoru kimi 1925-ci ilə qədər bu vəzifədə çalışmışdı. Onun rəhbərliyi dövründə sonralar bütün ölkənin tanıyacağı görkəmli şəxslər - Süleyman Rəhimov, Əli Vəliyev kimi Azərbaycan sovet ədəbiyyatının birinci nəslinə mənsub yazıçılar bu seminariyada təhsil almışdılar. Süleyman Rəhimov hətta illər sonra (1931-32) özü də Şuşa Pedaqoji Texnikumunun direktoru olmuşdu - yazıçının xatirələrində həmin dövrlə bağlı çox maraqlı məqamlar var. Əli Vəliyev də bir ara Şuşa seminariyasında müəllim işləmiş, sonralar Laçın rayonunda maarif şöbəsinin müdiri vəzifəsində çalışmışdı. Kitabın müəllifi Müseyib müəllimin atası İbrahim İlyasov da əmisi Müseyibin təşkilatçılığıyla yaradılmış seminariyanın ilk məzunlarından olmuşdu.
1974-cü ildə Şuşa şəhərində pedaqoji texnikumun ilk buraxılışının 50 illiyi təntənəylə qeyd olunub. Həmin tədbirdə Müseyib İlyasovun qızı, o zaman Təhsil Nazirliyində metodist vəzifəsində işləyən Firuzə İlyasova da iştirak eləyib...
1924-cü ildə mərkəzi Laçın şəhəri olmaqla Kürdüstan qəzası yaradılandan sonra Müseyib əfəndi (onu belə də çağırarmışlar) qəza maarif şöbəsinin müdiri təyin olunur, bu vəzifədə çalışdığı beş il ərzində bölgədə əhalinin savadlanması, məktəblərin açılması yolunda böyük fədakarlıq, əvəzsiz xidmət göstərir. 1930-cu ildə o, Bakıya qayıdıb üç il respublika Maarif Komissarlığında işləyir. 1934-də maarif şöbəsinin müdiri qismində yenidən Laçın rayonuna göndərilir, ancaq nədənsə altı ay keçmiş yenə Bakıya dönüb fəaliyyətinə paytaxtda davam eləyir. Sonrakı dövrdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında bir sıra məsul işlərdə, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rus dili kafedrasında müəllim vəzifəsində çalışır. Həmin illərdə Laçın rayonunda əhalinin etnik tərkibinin öyrənilməsi məqsədilə təşkil olunan xüsusi ekspedisiyanın işində fəal iştirak eləyir. Bütün bunlarla yanaşı, Müseyib əfəndi 1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilmiş I Türkoloji Qurultayın da iştirakçısı olub. Sonralar onun repressiyaya uğramasında yəqin ki, bu faktın özü də bəlli bir rol oynayıb.
***
Kitabın “Müseyib İlyasovun ailəsi” adlı fəslində müəllif yazır:
“1918-ci ildə o, zadəgan nəslindən olan bir xanımla ailə qurur. Bu evliliyin də maraqlı tarixçəsi var.
Həmin vaxt Rusiyadan Azərbaycana bir qrup adam gəlir. Onların arasında bir qız yolda bütün sənədlərini itirir. Qıza məsləhət görürlər ki, Müseyib müəllimə müraciət eləsin. Müseyib əfəndi ona sənədlərini düzəltməkdə kömək göstərib qızı işə götürür. Bir müddətdən sonra ona deyir: “Mənim qardaşım Gəncədə olur (həmin vaxt Molla Zülfüqar təqibdən yayınmaq üçün Gəncədə yaşayırdı), sənə bir məktub versəm, onu mənim qardaşıma aparıb çatdıra bilərsənmi?” Qız razılaşır. Müseyib əfəndi əski əlifbayla bir məktub yazıb verib onu yola salır. Zülfüqar qızı üç gün evində qonaq saxlayır, sonra məktuba cavab yazıb onu Şuşaya qardaşına göndərir. Məktubda belə yazılıbmış: “Bu qızın hərəkətləri, davranışı xoşuma gəldi. Əgər islam dinini qəbul edərsə, onunla evlənməyinə etirazım yoxdur”. Sən demə, Ziba başqa millətdən olduğuna görə Müseyib din xadimi qardaşından onunla evlənməyə icazə istəyibmiş”.
Bundan sonra Müseyib əfəndi həm öz niyyətini, həm də qardaşının fikrini açıb qıza deyir. Qız razılaşır. Şuşalı bir din xadimi ona bir müddət təlim keçir, dilimizi, dinimizi, ayinlərimizi, adətlərimizi öyrədir. Bütün bunlardan sonra qıza müsəlman adı verib Şuşa məscidində and içdirir, Ziba xanımın kəbinini Müseyibə kəsirlər:
“Ziba nənə həqiqətən xanım-xatın qadın idi. Azərbaycan dilində sərbəst danışırdı, ləhcəsi belə duyulmurdu. Müseyibin, demək olar, savad dalınca düşən bütün qardaşı uşaqları təhsil illərində onun evində olmuş, Ziba xanım onların hər birinin əziyyətini çəkmişdi. Mən Ziba nənənin ailə albomuna, uşaqkən ata-anası, bacı-qardaşıyla çəkdirdiyi şəkillərə baxanda onun həqiqətən də zadəgan, aristokrat bir ailədən çıxdığına inandım. Öyrəndim ki, Ziba xanımın illər əvvəl Azərbaycana gəlməsinin başlıca səbəbi də vətəndaş müharibəsi qoynunda çalxanan Rusiyadakı dözülməz vəziyyət, valideynlərinin zadəgan olduqlarına görə bolşeviklər tərəfindən təqibə məruz qalması olub. Bunu da deyim ki, Ziba xanım o zadəganlığı, kübarlığı 1972-ci ilin 31 mayına - ömrünün sonuna qədər qoruyub saxladı”.
Davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxAnalitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49
Sosial
20 Fevral 11:37
Siyasət
20 Fevral 11:28
Gündəm
20 Fevral 11:27
Hadisə
20 Fevral 11:19
Siyasət
20 Fevral 11:01
Gündəm
20 Fevral 10:56
Gündəm
20 Fevral 10:40
Sosial
20 Fevral 10:38
İqtisadiyyat
20 Fevral 10:36
İqtisadiyyat
20 Fevral 10:36
Gündəm
20 Fevral 10:30
İqtisadiyyat
20 Fevral 10:17
MEDİA
20 Fevral 09:53
İqtisadiyyat
20 Fevral 09:35
YAP xəbərləri
20 Fevral 09:32
YAP xəbərləri
20 Fevral 09:25
Müsahibə
20 Fevral 09:16
Analitik
20 Fevral 08:51

