Şənbə üçün nəzm
14.12.2024 [09:49]
Mən daha yerinə bir rəsm cızdım,
Saçları boyasız bəm-bəyaz ana.
O gün ki, sən mənə
yeni yol yazdın,
Az qaldı balaca qəlbim dayana.
Daha xatırlaya bilmirəm səni,
Üzünün rəngini, təbəssümünü.
Körpələr evinin astanasında,
Ele o qapıda unutdum səni.
Son dəfə gözümə baxdı gözlərin,
Bilmirəm qaraydı, yoxsa qəhvəyi.
Səndən daha heç nə xatırlamıram,
Soyuq ürəyindən başqa heç nəyi.
Suallar, sorğular didir qəlbimi,
Sən nəyi qazandın, nəyi itirdin.
Əgər sənin üçün dəyərsizdimsə,
Məni bu dünyaya niyə gətirdin?
Mənim xəyalımdan anam çağırır ,
Mənə lay-lay deyir ,
”can” deyir qadın.
Sənin həyatında çoxmu yer tutdum,
Ay, mənə can verən,
can alan qadın?
Körpələr evi də isinmir heç vaxt,
Sənin o sonuncu əllərin kimi.
Cızır hər saniyə vərəm çöpləri,
Dağıdır günbəgün ciyərlərimi.
Həkimlər ümidə bükürlər məni,
Gözəl göstərirlər mənə sabahı.
Basdırdım qəlbimə ümidlərimi,
Həsrətin vərəmi
sağalmır axı...
***
Ayrılıq qapımın
astanasında
Mən ona baxıram,
o mənə baxır.
Dikilib gözlərim
xatirələrə,
Göz yaşı yerinə
gözümdən axır.
Axır illər boyu
yaşadıqlarım,
Əksini gözümdən
süzüb aparsın.
Yaza bilmədiyim
hekayələri,
Tale dəftərimdən
dartıb qoparsın.
Ən böyük acımın
acısı olub,
Ağlasın sürünən
bu güzarıma.
Yad etsin sinəmdə
gömdüklərimi,
Bir çiçək gətirsin
qəlb məzarıma.
Son dəfə üzünə
baxsın vicdanın,
Baxsın oda düşmüş oduna sevgim.
Bir dünya sandığım
xatirələri
Odumda yandırıb
külə çevirdim ...
***
Belə də yaşayır insan,
Belə də... keçirir ömrü.
Bitənəcəndi sevgilər
Keçir, batır, itir ömrü.
Uzağı 4 - 5 ay çəkir,
Sonra yaddan çıxıb keçir
Ölənəcən də çək-çevir,
40-a güclə yetir ömrü.
Nə tutmuşam günü yasa,
40-na 3 il qaldısa?
Bax, bu şeir kimi qısa,
Yaşayıram sətir ömrü..
Bu neçənci yaradı?
Saydım, sarıdım,olmur.
Elə yanır ki, canım
Qollarımı “sən” etdim
bərk bərk sarıldım...
Olmur...
Təqvimin
yarpaq yarpaq
Xəzəl edir ömrümü
Qoca qarılar kimi
sayıram günlərimi
Öz saçıma əl çəkib,
üzümü oxşayıram
Özümçün darıxanda
dizimi oxşayıram
Bir az gülümsəyəndə
özümə oxşayıram
Sənə darıxdığımçün,
“məndən” olmur ki, olmur
Hər küçə, hər tin, dalan
Yığılıblar qəsdimə
Adam insafsız olmaz
Bütün xatirələri bu
şəhərdə buraxıb
Sən də atdın üstümə.
Necə izah edim ki,
Hər gün ölmək dirilmək
Zülümdən də zülmdür.
Necə izah edim ki..
Öldürməyən yaralar
Ölümdən də zülmdü.
Sən də yaşa, unut, sil
Özünə təsəlli ver..
De ki qismət nədirsə
ondan artığı olmur.
Qədəri bu qədərmiş
Bax bu həyat belədi,.
Neyləyə bilərəm ki...
Ölənlə ölmək olmur.
Müşfiqə Baladdinqızı
Xəbər lenti
Hamısına baxElm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55

