Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Aİ elektrik şəbəkələrinin modernləşdirilməsinə 584 milyard avro ayıracaq

Aİ elektrik şəbəkələrinin modernləşdirilməsinə 584 milyard avro ayıracaq

24.11.2023 [16:14]

Avropa Komissiyası yaşıl energetikaya uyğunlaşdırılması məqsədilə elektrik şəbəkələrinin modernizə edilməsinə və yenidən qurulmasına 584 milyard avro sərmayə cəlb etməyi planlaşdırır.

Avropa Komissiyası gələn həftə elektrik şəbəkəsinin modernləşdirilməsi planını təqdim etmək niyyətindədir. Layihənin dəyəri Avropa İttifaqının illik büdcəsindən təxminən üç dəfə çoxdur.

Planın əsas məqsədi Avropa İttifaqının köhnəlmiş elektrik şəbəkələri sistemlərini yeniləməkdir. Bu, onları bir neçə böyük ənənəvi enerji mənbəyindən minlərlə kiçik bərpa olunan enerji mənbələrinə, o cümlədən külək turbinlərinə və günəş panellərinə uyğunlaşdırmağa imkan verəcək.

Gücü daim dəyişən cərəyan mənbələrinə malik belə elektrik şəbəkələri çox çevik idarəetmə alqoritmlərinin yaradılmasını tələb edir. Avropa Komissiyası bu məqsədlə ağıllı rəqəmsal elektrik şəbəkəsinin idarəetmə sistemlərindən, gələcəkdə isə süni intellektdən istifadə etmək niyyətindədir.

Paylaş:
Baxılıb: 652 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30