Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qafqaz üçün ciddi təhlükə: buzlaqların 40 faizi əriyib

Qafqaz üçün ciddi təhlükə: buzlaqların 40 faizi əriyib

02.11.2021 [11:30]

Böyük Britaniyanın Şotlandiya əyalətinın Qlazqo şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 26-cı İqlim Dəyişikliyi Konfransında (COP26) çıxış edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qafqazı gözləyən ciddi təhlükə barədə həyəcan təbili çalıb. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili iqlim dəyişikliyi səbəbindən zəngin təbiətə malik Qafqaz regionunun buzlaqlarının 40 faizini itirdiyini bildirib.

İqlim dəyişikliyinin Gürcüstanın təbiətinə və ümumilikdə Qafqaz regionuna ciddi ziyan vurduğunu qeyd edən Qaribaşvili deyib ki, Qafqaz dağlarının artıq buzlaqlarının mühüm hissəsi əriyib: “Təkcə son iki onillikdə Gürcüstanın şərqində itkilərin sürəti XX əsrin sonundakı proqnozları üstələyib".

Qlobal təbii fəlakətlərin qarşısını almaq üçün bütün ölkələrin mümkün olan ən effektiv şəkildə mübarizəyə qoşulmalı olduğunu deyən İ.Qaribaşvili BMT baş katibinin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Şuraya təqdim etdiyi son hesabatla tam şəkildə razılaşdıqlarını qeyd edib.

Paylaş:
Baxılıb: 1064 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30