Ermənistan müxalifətində parçalanma prosesi davam edir
21.04.2021 [08:50]
Artıq seçkiqabağı mərhələyə qədəm qoyan məğlub Ermənistanda siyasi böhran davam edir. Ermənistan mediası yazır ki, son günlər birləşmiş müxalifətin kütləvi aksiyalardan imtina etməsi daxili çəkişmələrdən qaynaqlanır. Belə ki, seçkiqabağı dövrdə müxalifətdə parçalanma müşahidə edilir. Qeyd edək ki, indiyə qədər “Vətən” partiyası başda olmaqla müxalifətin birləşdiyi “Vətənin xilası naminə hərəkat”da təmsil olunan bəzi partiyaların seçkidə iştirakı barədə açıqlamalar verməsi düşərgə daxilindəki vəziyyəti daha da mürəkkəbləşdirib.
Yerli medianın yazdığına görə, aylardır qəti şəkildə mövcud hökumətin istefası tələbi ilə çıxış edən “Vətənin xilası naminə hərəkat”ın daha bir üzvü fərqli mövqe sərgiləyib. “News.am” yazır ki, bu dəfə “Daşnaksutyun” partiyası növbədənkənar seçkilərə qatılmaq barədə qərar qəbul edib. Bununla bağlı partiyanın ali orqanının yaydığı bəyanatda deyilir ki, müharibədən sonrakı dövrdə ölkədəki siyasi vəziyyəti və cəmiyyətdəki mənəvi-psixoloji atmosferi nəzərə alaraq partiya “xəyanətkar hakimiyyət”in kənarlaşdırılması üçün seçkiyə gedir. Bəyanatda o da vurğulanır ki, partiyanın ali orqanı seçkilərdə mümkün iştirak formatı barədə qərar qəbul etmək hüququnu özündə saxlayır. Bu o deməkdir ki, uzun müddətdir ki, özlərinə lider tapa bilməyən daşnakların Robert Koçaryanın rəhbərliyi altında digər bir neçə partiya ilə bir blokda seçkiyə getməsi ehtimalı reallaşır. Yeri gəlmişkən, qeyd edək ki, müxalifəti təmsil edən və seçkidə iştirak etmək niyyətini açıqlayan “Vətən” partiyasının lideri Artur Vanetsyan baş nazir N.Paşinyana və onun mətbuat katibi Mane Gevorkyana qarşı qaldırdığı məhkəmə iddiasını geri götürüb. “News.am” yazır ki, hakim Lilit Sarkisyanın sədrliyi ilə keçirilən məhkəmə zamanı iddiaçının nümayəndələri bu barədə yazılı vəsatət təqdim ediblər: “Paşinyanın siyasəti nəticəsində Ermənistan utancverici bir məğlubiyyətə uğrayıb və 2020-ci ildə o, Ermənistana və bütün erməni xalqına xəyanət edib, təslimçilik sənədini imzalayıb. Mənəvi baxımdan öz şərəfini itirmiş bir şəxsdən nəsə tələb etməyin absurdluğunu nəzərə alan iddiaçı A.Vanetsyan N.Paşinyana qarşı iddianı geri götürür”.
Bununla yanaşı, baş nazirə və hakimiyyətə qarşı müxtəlif kəsimlərdən ittihamların ünvanlanması da davam edir. “News.am”ın yazdığına görə, baş nazirin keçmiş köməkçisi Armen Gevorkyan deyib ki, Ermənistan hakimiyyəti 24 apreldən öz təbliğatı üçün istifadə etmək niyyətindədir: “Bu, milli rüsvayçılığımızın davamı olacaq”.
“Tert.am”ın yazdığına görə isə politoloq Hrant Melik-Şahnazaryan deyib ki, Paşinyan hakimiyyəti Ermənistanı fəlakətə sürükləyir: “Mənə elə gəlir ki, Ermənistandakı ən ağlı başında olan insanlar belə, başımıza gələn fəlakətin miqyasını və dərinliyini tam olaraq dərk etmirlər. Hər kəs öz qayğıları və gündəmi ilə yaşayır: biri seçkilərə hazırlaşır, digəri xain liderlərlə görüşür, üçüncüsü yalnız ölkəni necə tərk etmək üçün planlar qurur”.
Göründüyü kimi, seçkilərə iki aydan az vaxt qalsa da, Ermənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. Əksər siyasi qüvvələr bir-birini satqınlıqda, xəyanətdə ittiham edirlər. Bu şəraitdə seçkiyə gedən məğlub ölkədə normal seçim mühitinin olacağı da şübhəlidir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

